() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Şimal-Şərqi Çin, Yaponiya və Koreyada palıd və qarağac meşələrində, çay sahillərində bitir.
Botaniki təsviri Kolun hündürlüyü 4 m-dir. Tünd-yaşıl rəngli yarpaqların uzunluğu 5-8 sm, yumurtavarı və ya ellipsvarıdır, şaxələnmiş çətirin diametri 3-4 m-ə çatır. Çiçəkləməsi 4-5 yaşından başlayır, mayın axırından iyunun əvvəlinə qədər və ya iyunun ikinci yarısına qədər, təxminən 7-9 gün çəkir. Çiçəkləri qıfşəkilli, ağ rəngli olub, uzunluğunu 2 sm-dir. 5-8 yaşından hər il bol meyvə verir, meyvələri avqustun ikinci yarısından sentyabrın birinci yarısınadək yetişir. Giləmeyvələri oturaq, şarşəkilli, sərbəstdir, yeməli deyil.
Ekologiyası Qışa, kölgəyə, quraqlığa, soyuğadavamlıdır, torpağa tələbkar deyil, zərərverici və xəstəliklərə az yoluxur.
Azərbaycanda yayılması Mərkəzi Nəbatat Bağından introdusiya edilmişdir. Mədəni şəraitdə 1860-cı ildən becərilir. Abşeronda tək əkinlərdə, dekorativ qrup əkinində rast gəlinir.
İstifadəsi Dekorativ bitki kimi istifadə edilir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:Avrasiya florası Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Şəxslərin adını daşıyan bitki taksonları