Kəbirli — Azərbaycan Respublikasının Beyləqan rayonunun Kəbirli kənd inzibati ərazi dairəsində kənd. 1938-ci ildə salınıbdır.
Tarixi Mil düzündədir. Yaşayış məntəqəsinin adı qədim xəzərlərin kəbər (kəbirli) tayfasının adı ilə bağlıdır. Məlumdur ki, xəzərlər eranın əvvəllərindən bəri Qafqaz Albaniyası ilə əlaqədə olmuş, erkən orta əsrlərdə buraya dəfələrlə xəzər ailələri köçürülmüşdü.
Xanlıqlar dövründə Azərbaycanda Kəbirli mahalı mövcud olmuş, sonralar Cavad qəzasında Kəbərri, Ərəş qəzasında Gendə Kəbərri (aralı Kəbərri) kəndləri, Cavanşir qəzasında Kəbərdi çayı qeydə alınmışdır. XIX əsrin axırlarında Qarabağın qədim tayfalarından biri olan kəbirlilərin 4 qoldan (qərvəndli, qızılməhəmmədli, arıqməhəmmədli və ulubabalı) və 36 nəsildən ibarət olması haqqında məlumat verilir"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..
Əhalisi Kəbirli kəndi əhalisinin sayına görə Beyləqan rayonunun ikinci kəndidir. Tərəkəmə-Türkmən kəndidir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Beyləqan rayonunun kəndləri Kateqoriya:1938-ci ildə yarananlar