Pol Anri Holbax () — fransız materialist filosofu, ateist.

Həyatı Mənşə etibarilə alman baronudur, lakin həyatının çoxunu Fransada keçirmişdir. Başlıca əsəri "Təbiətin sistemi" (1770) Paris parlamentinin qərarı ilə odda yandırılmışdır. Digər əsərləri: "İfşa edilmiş xristianlıq" (1761), "Cib ilahiyyatı" (1768), "Sağlam düşüncə" (1772). Holbax dini və idealist fəlsəfəni, xüsusilə Berkli təliminin tənqidini vermişdir. Holbax idealizmi sağlam düşüncəyə zidd xülya adlandırırdı. Dinin meydana gəlməsini bəzilərinin avamlığı, keçirdiyi qorxu hissi ilə və digərlərinin aldanılması ilə izah etmişdir. Holbaxa görə "Hər bir tərzdə hisslərimizə təsir edən bütün şey" materiyadır. Materiya əsas xassələri sahədən, çəkidən, fiqurdan nüfuzedilməzlikdən ibarət dəyişməz və bölünməz atomlardan ibarətdir. Həmçinin materiyanın atributu kimi başa düşdüyü hərəkəti Holbax cisimlərin məkanda sadə yerdəyişməsi kimi nəzərdən keçirmişdir. Holbaxın nəzərincə insan təbiətin bir hissəsi olub, onun qanunlarına tabedir. Holbax determinizmi müdafiə etsə də, səbəbiyyəti mexanistcəsinə başa düşmüşdür. Təsadüflərin obyektiv mövcudluğunu inkar etmiş, səbəbləri məlum olmayan hadisələr kimi müəyyənləşdirmişdir. İdrak nəzəriyyəsində Holbax, sensualizmə tərəfdar olmuşdur, aqnostizmə qarşı çıxmışdır. Siyasətdə Holbax konstitusiyalı monarxiyanın, bəzən isə maarifçi mütləqiyyətin mühafizəsində durmuşdur. Cəmiyyətə baxışlarında idealistir; göstərirdi ki, "dünyanı fikirlər idarə edir". İnsanların azadlıq, qurtuluş yolunu maarifdə görürdü. Holbaxa görə öz xüsusi təbiətini bilməməsi bəşər nəslini buna gətirib çıxarmışdır ki, o əsarətə məruz qalmış və hökumətlərin qurbanına çevrilmişdir.

İstinadlar

Xarici keçidlər Sağlam düşüncə,. Kitabın archive.org-da skan edilmiş versiyası.

Kateqoriya:Almaniya filosofları Kateqoriya:Almaniya yazıçıları Kateqoriya:Fransa filosofları Kateqoriya:Fransız yazıçılar Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Ontoloqlar Kateqoriya:Metafiziklər Kateqoriya:Epistemoloqlar Kateqoriya:Ateist filosoflar Kateqoriya:Elm filosofları Kateqoriya:Almaniya politoloqları Kateqoriya:Siyasi filosoflar Kateqoriya:Ensiklopediyaçılar Kateqoriya:XVIII əsr fəlsəfəsi Kateqoriya:XVIII əsr filosofları Kateqoriya:Din tənqidçiləri Kateqoriya:İncəsənət filosofları Kateqoriya:Maarifçilər Kateqoriya:Mədəniyyət filosofları Kateqoriya:Fransa politoloqları Kateqoriya:Sankt-Peterburq Elmlər Akademiyasının fəxri üzvləri