Yelena Yankoviç ( – Serbiya tennisçisi.
Karyerası
Karyerasının əvvəlləri Yankoviç doqquz yaşı olarkən Red Star Tennis Klubunda böyük qardaşı və məşqçisi Marko ilə tennis məşqləri keçməyə başladı. Sonra Nik Bollettieri adına Tennis Akademiyasında təhsilə başladı. 2001-ci ildə Avstraliya Açığı qazandı. 2001-ci ildə WTA-də oynamağa başladı. İlk turniri olan Indian Vells Mastersdə ikinci dövrədə məğlub oldu.
2003-cü ilin oktyabr ayında, Yankoviç Dubayda ITF-dəki ilk müvəffəqiyyətindən sonra reytinqdə ilk 100-lüyə daxil oldu. Üç ay sonra, Yankoviç 2004 Avstraliya Açıq ilk dövrədə dünya reytinqində ilk 10-luqda olan Yelena Dementiyevanı 6–1, 6–4-lük setlərlə məğlub etməyi bacardı. İkinci dövrdə Cill Kraybasla qarşılaşdı və üç setdə məğlub oldu. May ayında, Yankoviç ilk WTA çempionluğunu qazandı, Budapeşt Grand Priksi, finalda Martına Suçanı 7–6, 6–3-lük setlərlə məğlub edərək çempion oldu. Budapeştdəki bu çempionluğundan sonra dünya reytinqində 51-ci sıraya yüksəldi. 2004-cü ildəki digər turnirlərdə, ilk 20-də iştirak edən Nadia Petrovanı , Vera Zvonarevanı, Patti Şneideri və Paola Suarezi məğlub etməyi bacardı. Yankoviç 2004-cü ili dünya reytinqində 28-ci sırada tamamladı.
2005 2005-ci il Yankoviç üçün uğurlu keçdi. Mart ayındakı Dubay Tennis Çempionatının yarı finalında Serena Uiliamsı məğlub edərək finala yüksəldi. Finalda Lindsey Devenport ilə qarşılaşan Yankoviç 6–4, 3–6 və 6–4-lük setlərlə məğlub oldu. Berlində Almaniya Açıqda yarım finalında Nadia Petrovaya 6–4, 6–7 və 6–3-lük setlərlə məğlub oldu. İlk ot kort təcrübəsini, Birminhemdə təşkil edilən DFS Klassikdə finala çıxdı, lakin Mariya Şarapovaya 6–2, 4–6, 6–1-lik setlərlə məğlub oldu. Oktyabr ayında Yankoviç Seulda təşkil edilən Hansol Koreya Açıq Tennis Çempionatında 2005-ci ildəki üçüncü finalını oynayaraq dünya reytinqində 17-ci sıraya yüksəldi. Yankoviç 16 yaşındakı Nikol Vaidisovaya 7–5 və 6–3-lük setlərlə məğlub oldu. Mövsümü 22-ci sırada bitirdi.
2006 2006-cı ildə Yankoviç 10 matçını uduzdu. Yanvar ayının axırından May ayının əvvəlinə qədər heç matç qazana bilmədi. Roma Masters çempionatının 1/4 finalında Venus Uiliamsa üç setdə də məğlub oldu. Strazburqda təşkil edilən Internationauks da Strasburq turnirinin yarım finalında Nikol Vaidisovaya iki setdə məğlub oldu.
Uimbldondan sonra karyerasının beşinci finalını Morgan Çase Opendə oynadı, Sania Mirza, Ana İvanoviç və sonra da yarım finalda Serena Uiliamsı məğlub etdi. 2006-cı ildə Uiliams bacılarının ikisini də məğlub edən tək oyunçudur. Ən sonunda finalda Yelena Dementiyeva ilə oynadığı matçı uduzdu.
2006 Amerika Açığın üçüncü dövrəsində Vaidisovanı, dördüncü dövrədə 2004 Amerika Açıq çempionu Svetlana Kuznetsovanı və 1/4 finalda 2004 Amerika Açıq və Fransa Açıq finalçısı Yelena Dementiyevanı 6–2, 6–1-lik setlərlə məğlub etdi. Yarım finalda Enenə 4–6, 6–4, 6–0-lıq nəticələrlə məğlub oldu.
Amerika Açıqdan sonra ilk turniri olan Çin Açıq yarım finalında Ameli Morezmoya 6–1, 3–6, 7–6-lıq setlərlə məğlub oldu. Pekindəki turnirin ardından Quanco Open yarım finalında Anna Çakvetadze ilə qarşılaşdı və ikinci dəfə məğlub oldu. İlin son dörd çempionatında üç dəfə 1/4 finala yüksəldi.
İlin ikinci yarısındakı müvəffəqiyyətli nəticələrdən sonra Yankoviç ili 12-ci yerdə bitirdi.
2007 İlin ilk WTA turniri olan Tokiodakı Toray Pan Pasifik Open 1/4 finalında həmyerlisi Ana İvanoviçə 3–6, 6–4, 6–2-lik setlərlə məğlub oldu. Dubay Tennis Çempionatının yarım finalında Morezmo ilə edəcəyi matç əvvəlində ayaq biləyində zədəsi olduğu üçün turnirdən ayrılmaq məcburiyyətində qaldı. İrəliləyən həftələrdə Dohadakı Qatar Total Open yarım finalında Enenə üç setdə də məğlub oldu. Bahar sərt kort mövsümü tamamlanarkən, Yankoviç Floridadakı Mayami Masters turnirində üçüncü dövrədə İtalyan Mara Santanqeloya 2–6, 7–6, 6–4-lük setlərlə məğlub oldu.
Yankoviç mövsümün ilk torpaq kort turniri olan Ameli İsland çempionatının 1/4 finalında İvanoviçə 7–5, 6–3-lük setlərlə məğlub oldu. Daha sonra Famili Sirkl kubokunda yarım finalda Venus Uiliamsı 3–6, 6–3, 7–6-lıq və finalda Dinara Safinanı məğlub edərək çempionluğu əldə etdi. Yankoviç Avropadakı torpaq kort müsabiqələrində Enenə üç dəfə məğlub oldu və bir turnirdə məğlub etməyi bacardı. Varşavadakı J&S Cup yarım finalında Enenə 7–5, 2–6, 6–4-lük nəticələrlə məğlub oldu. Almaniya Açıq 1/4 finalında yenə Enenə 3–6, 6–4, 6–4-lük setlərlə məğlub oldu. Yankoviç Roma Masters finalında iki nömrəli tennisçi Svetlana Kuznetsovanı məğlub edərək çempionluğu əldə etdi. Yankoviç 2007 Fransa Açığın yarım finalında Enenə 6–2, 6–2-lik setlərlə məğlub olmadan əvvəl Venus Uiliamsı və Nikol Vaidisovanı məğlub etməyi bacardı. Bu altı torpaq kort müvəffəqiyyətindən sonra Dünya reytinqində 3 nömrəyə yüksəldi. Yankoviç Birminqemdə təşkil edilən çəmən kortda Mariya Şarapovanı məğlub edərək çempionluğu əldə etdi. Bu karyerasında Şarapovaya qarşı əldə etdiyi ilk qalibiyyət kimi yadda qaldı. Yankoviç bir sonrakı həftə Hollandiyada təşkil edilən Ordina Open turnirində finala yüksəldi və 1974-də Kris Evertinin ilin ilk yarısında əldə etdiyi üst üstə 50 matçlıq qalibiyyət rekorduna çatan ilk oyunçu oldu. Yankoviç zədəsinin verdiyi ağrıya görə finalda Anna Çakvetadzeyə qarşı məğlub oldu. Uimbldonda dördüncü dövrədə Fransalı Marion Bartoliyə 3–6, 7–5, 6–3-lük setlərlə məğlub oldu. Uimbldon qarışıq cütlərdə Yankoviç və Cemi Merri ikilisi Conas Bjorkman və Alisiya Moliki finalda 6–4, 3–6, 6–1-lik setlərlə məğlub edərək çempionluğu əldə etdilər.
Yankoviç il sonunda Madriddəki WTA Dövr Çempionatına qatılmaq üçün üç həftəni boş keçirdi, lakin üç matçında da Enen, Çakvetadze və Bartoliyə məğlub oldu. Yankoviç Madriddən sonra daha rahat nəfəs ala bilmək üçün burun əməliyyatı keçirdi. Əməliyyat üç həftə məşq etməsini maneə törətdi.
2008 Avstraliya Açıqdakı ilk matçında Tamira Paszek ilə qarşılaşdı. Matç üç saat on beş dəqiqə davam etdi və Yankoviç matçı 2–6, 6–2, 12–10-luq setlərlə qazandı. Hər iki oyunçu da final setində tibbi dəstəyə ehtiyac duydu. Yankoviç ikinci dövrədə dünya 76 nömrəsi Edina Qallovitsini 6–2, 7–5-lik setlərlə məğlub etdi. Üçüncü dövrdə dünya 29 nömrəsi Virginie Razzanonu 6–2, 4–6, 6–1-lik setlərlə məğlub etdi. Dördüncü dövrədə Avstraliyalı Kesi Dellakuanı 7–6, 6–1-lik setlərlə məğlub edərək 1/4 finala çıxdı. Yankoviç 1/4 finalda turnirin son çempionu Serena Uiliamsı 6–3, 6–4-lük setlərlə məğlub edərək yarım finala çıxdı. Təklərdə karyerasında üçüncü dəfə bir Böyük Dəbilqə serialı tennis turnirində yarım final oynayan Yankoviç dünya 5 nömrəsi Mariya Şarapovaya 6–3, 6–1-lik setlərlə məğlub oldu. Martda Yankoviç Pacific Life Open Indian Vells, Kaliforniya turnirində yarım finalda vətəndaşı Ana İvanoviçə 7–6, 6–3-lük setlərlə məğlub oldu. Bir həftə sonra təşkil edilən Mayami Masters turnirində bu ilki ilk finalına çataraq, finalda Serena Uiliamsa 6–1, 5–7, 6–3-lük setlərlə məğlub olaraq turnirdə ikinci oldu.
thumb|200px|Yankoviç 2009-cu ildə Amerika Açıq turnirində
Yankoviç torpaq kort mövsümünə Çarlzton və Berlin Açıqda 1/4 finallarda məğlub olaraq başladı. Sonra çempionluğunu qorumaq üçün Roma Açıq turnirinə qatıldı. 1/4 finalda dünya 9 nömrəsi Venus Uiliamsı 5–7, 6–2, 6–3-lük setlərlə məğlub etdi. Yarım finalda Mariya Şarapova zədəli olduğu üçün matça çıxa bilmədi və beləcə Yankoviç finala çıxdı. Finalda gənc fransız tennisçi Alize Korneti 6–2, 6–2-lik setlərlə məğlub edərək bu ilki ilk çempionluğunu qazandı.
İlin ikinci böyük turniri Roland Garrosda Yankoviç karyerasının dördüncü yarım finalına çıxaraq vətəndaşı Ana İvanoviçə 6–4, 3–6, 6–4-lük setlərlə məğlub oldu. Yankoviç matçı qazansaydı dünya 1 nömrəli tennisçisi olacaqdı. Ancaq məğlub olaraq dünya 2 nömrəsi oldu.
Yankoviç Uimbldonda üçüncü dövrdə Karolina Voznyatski matçında zədəli olmağına baxmayaraq matçı 2–6, 6–4, 6–2-lik setlərlə qazandı. Dördüncü dövrədə Tamarin Tanasuqarna 6–3, 6–2-lik setlərlə zədəsi olduğu üçün məğlub oldu.
Yankoviç dünya 1 nömrəsi olmaq üçün Los Anceles və Rocers Kubokunda əlinə fürsətlər keçdi. Ancaq, Yankoviç iki turnirdə də matçlarını uduzaraq 1 nömrəyə çıxmağı bacara bilmədi. Yankoviç 11 avqust 2008 tarixində Ana İvanoviçi 1 nömrədən endirərək onun yerinə keçdi. O, dünya 1 nömrəliyinə yerləşən 18-ci tennisçi oldu. 1 nömrə olduqdan sonra Pekin Olimpiadasında 1/4 finalda Dünya 6 nömrəsi Dinara Safinaya 6–2, 5–7, 6–3-lük setlərlə məğlub oldu. Beləcə Yankoviç dünya 1 nömrəliyində yalnız 1 həftə qaldı və Ana İvanoviç 1 nömrə mövqeyini geri qazandı.
Nyu Yorkda reallaşan Amerika Açıqda Yankoviç Karyerasının ilk Böyük Dəbilqə serialı tennis turnirində finala çıxdı. Finalda dünya 3 nömrəsi Serena Uilliamsa 6–4 və 7–5-lik setlərlə məğlub olaraq ikinci oldu. Matçı qazanan Serena Uiliams isə dünya 1 nömrəsi oldu.
Yankoviç daha sonra arxa-arxaya 3 turnir qazanaraq dünya 1 nömrəsi oldu və Serena Uiliamsi 1-cilikdən etdi. Yankoviç ilk olaraq Çin Açıqda dünya 7 nömrəsi Svetlana Kuznetsovanı 6–3, 6–2-lik setlərlə məğlub etdi. Sonrakı həftə Yankoviç Porşe Tennis Grand Pri Ştuttqartda yarım finalda dünya 8 nömrəsi Venus Uiliamsı 6–7, 7–5, 6–2-lik setlərlə məğlub etdi. Finalda Nadiya Petrovanı 6–4, 6–3-lük setlərlə məğlub edərək çempion oldu. Sonra Kremlin Kubokunda yarım finalda turnirin son çempionu və dünya 4 nömrəsi Yelena Dementiyevanı 0–6, 6–1, 6–0-lıq setlərlə məğlub edərək finala çıxdı. Finalda dünya 9 nömrəsi Vera Zvonarevanı 6–2, 6–4-lük setlərlə məğlub edərək turniri qazandı. Beləcə 2005-dən bu yana ilk dəfə bir oyunçu arxa arxaya 3 turniri qazanmağı bacardı.
Yankoviç ilin son turniri olan il Sonu Çempionatına dünya 1 nömrəsi olaraq qatıldı. İlk matçında dünya 4 nömrəsi Ana İvanoviçi 6–3, 6–4-lük setlərlə, ikinci matçında isə dünya 7 nömrəsi Svetlana Kuznetsovanı 7–6, 6–4-lük setlərlə məğlub etməyi bacardı və yarım finala çıxdı. Yankoviç yarım finalda Venus Uiliamsa 6–2, 2–6, 6–3-lük setlərlə məğlub olaraq yarışmanı tərk etdi. Yankoviç ili 1 nömrədə bitirdi və ITF dünya çempionu seçildi. Əldə etdiyi 4 çempionluqla ilin ən çox turnir qazanan üç qadın tennisçisindən biri oldu.
2009 Yankoviç 2009-cu ilə dünyanın 1 nömrəsi olaraq Qrup Klassik turnirində başladı. Yankoviç turnirdə Avropa adından çıxış etdi. İlk matçını cütlərdə portuqaliyalı Mişel Larçer da Brito ilə Amerika komandasına qarşı oynadı. Amerika komandasında Venus Uiliams və Koko Vandeveqeye 6–4, 7–5-lik setlərlə məğlub oldular. İkinci matçında dünya 6 nömrəsi Venus Uiliamsa 6–2, 6–2-lik setlərlə matçı uduzdu. Daha sonra xəstəliyi səbəbiylə turnirdən çəkildi.
Yankoviç ilin ilk Böyük Dəbilqə serialı tennis turniri Avstraliya Açığa 1 nömrəli tennisçi olaraq başladı. Yankoviç ilk dövrədə Yvonne Meusburqeri 6–1, 6–3-lük setlərlə məğlub etdi. İkinci dövrədə Kirsten Flipkensi 6–4, 7–5-lik setlərlə məğlub etdi. Üçüncü dövrədə dünya 26 nömrəsi Ai Suqiyamanı 6–4, 6–4-lük setlərlə məğlub etdi. Dördüncü dövrədə dünya 17 nömrəsi Marion Bartoliyə 6–1, 6–4-lük setlərlə məğlub oldu. Yankoviç beləcə dünya 1 nömrəliyini Serena Uiliamsa təhvil verdi.
Yankoviç bir sonrakı turnir olan Paris Açıq turnirinə 2 nömrəli tennisçi olaraq qatıldı. İlk dövrədə dünya 37 nömrəsi Franseska Skiavoneni 7–5, 7–6-lıq setlərlə keçdi. İkinci dövrədə dünya 28 nömrəsi Li Nanı 6–0, 3–6, 6–2-lik setlərlə məğlub etdi. 1/4 finalda dünya 13 nömrəsi Alize Kornetini 5–7, 6–4, 6–4-lük setlərlə məğlub edərək yarım finala çıxdı. Yarım finalda dünya köhnə 1 nömrəsi Ameli Morezmoya 6–2, 0–6, 6–1-lik setlərlə məğlub oldu.
Yankoviç Dubay Tennis Turnirinə 3 nömrəli tennisçi olaraq qatıldı. Yankoviç ikinci dövrədə dünya 48 nömrəsi Monika Nikuleskunu 6–3, 6–2-lik setlərlə məğlub etdi. Üçüncü dövrdə dünya 24 nömrəsi Kaia Kanepiyə 6–2, 7–5-lik setlərlə məğlub oldu. Yankoviç matçdan sonra "karyeramın ən pis matçı idi" dedi. Yankoviç İndian Vells turnirində ikinci dövrədə dünya 42 nömrəsi Anastasia Pavlyuçenkovaya 6–4, 6–4-lük setlərlə məğlub oldu. Yankoviç sonrakı həftə Mayami Açıqda ikinci dövrədə dünya 35 nömrəsi Gisela Dulkoya 6–4, 7–6-lıq setlərlə məğlub olaraq turnirlə ikinci dövrədə vidalaşdı.