Əliməmmədoba — Azərbaycan Respublikasının Quba rayonunun Hacıhüseynli kənd inzibati ərazi dairəsində kənd. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir.

Toponimikası Əliməmmədoba oyk, mür. Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi Küsnət kəndindən olan Əliməmməd adlı şəxsə məxsus oba yerində salınmışdır. Oykonim "Əliməmmədə məxsus oba" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 946 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri