Küpçalqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun Hacıhüseynli kənd inzibati ərazi dairəsində kənd. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir.

Toponimikası Küpçalqışlaq oyk., mür. Qudyal çayının sahilində, Qusar maili düzənliyindədir. Kəndin ərazisi vaxtilə Küpçal kəndinə məxsus qışlaq yeri olmuş, XIX əsrdə həmin kənddən çıxan ailələr qışlaqda məskunlaşmış, kollektivləşmədən sonra qışlaq daimi yaşayış məntəqəsinə çevrilmişdir. Oykonim "Küpçal kəndinin qışlağı" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 395 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri