Məzmun

Kinolent insanın günaha batması haqqındadır. Ərini itirmiş qadın oğlu ilə qəbristanlığa ərinin qəbrini ziyarət etməyə gəlir. Həmin vaxt bir kişi də qızı ilə arvadının qəbrini ziyarət edir. İlk tanışlıq sonradan ehtiraslı sevgiyə çevrilir, ölülərini, hətta övladlarını belə unudurlar. Ehtirasın insan ağlına hakim kəsildiyi bir vaxtda İsa peyğəmbər yenidən zühur edir. Film insanın günaha batması mövzusunda fantaziyadır.

Film haqqında

Film rejissor Şahin Sinanın quruluşçu rejissor kimi kinoda ilk işidir.

Festivallar və mükafatlar

1)1992-ci ildə Göteborq şəhərində(İsveç) keçirilən Beynəlxalq kinofestival Rejissor Şahin Sinaya ən yaxşı debütə görə priz və diplom verilmişdir.

2)1993-cü ildə Sankt-Peterburqda "Bəyaz Gecələr" devizi altında keçirilən "Festivallar Festivalı" beynəlxalq kino baxışı Filmə "Novoe Kino" Prizi və Diplomu verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifi : Şahin Sina Quruluşçu rejissor : Şahin Sina Quruluşçu operator : Nikolay Pokoptsev Quruluşçu rəssam : Andrey Pastuşenko Bəstəkar : Andrey Andersen Səs operatoru : Oksana Struçina Prodüser : Anatollu Qasımov (Anatoli Qasımov kimi)

Rollarda Zemfira Nərimanova Aleksandr Mixayliçenko

Xarici keçid Filmi izlə

Kateqoriya:1992-ci ilin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Mükafat alan Azərbaycan filmləri