"Qırmızı qatar" — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi.

Məzmun Film XX əsr hadisələri haqqında təsnifatdır. Konkret olaraq burada 70 il mövcud olmuş Sovetlər Birliyinin qırmızı parlaqlığı, dəbdəbə və illüziyası arxasında nə gizləndiyi bütün çılpaqlığı ilə göstərilmişdir. Filmə verilən ad rəmzidir. Söhbət hərfi mənada qırmızı qatardan deyil, sovet adamlarına bəxtəvərlik, firavanlıq vəd edən quruluşun sükançısı olmayan qatar kimi şütüyüb keçməsindən gedir. Yəni əsl mənada rəhbərsiz dövlət elə sükansız qatara bənzəyir.

Film haqqında Film 2 seriyalıdır.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi : Hafiz Fətullayev Quruluşçu rejissor : Hafiz Fətullayev Quruluşçu operatorlar : Əbdürəhim İsmayılov, Eldar İsgəndərov Quruluşçu rəssam : Bəxtiyar Nəzərov Bəstəkar : Yevgeni Şiryayev Səs operatoru : İlkin Kayumov Geyim rəssamı : Mehriban Əfəndiyeva

Rollarda Həsən Məmmədov-Həkim Şəhidə-Pərvinə Rüstəm Urazayev-Pərvin Fuad Poladov-Laber Telman Adıgözəlov-Sısqa oğlan Viktor Pavlenko-Lebi Səyavuş Aslan-Nixes Nikolay İvanov-Qomis Tamara Şakirova-Qomisin arvadı Ulmas Əlixocayev-Turan Mətlubə Əlimova-Gözəl Mixail Kaminski-Zoba Xocaəkbər Nurmatov-Anim Hafiz Fətullayev-Sivi Yelena Orrik-Akimin arvadı

Sponsor "Rimur" Konserni

Mənbə Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1993-cü ilin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Rusca filmlər