Özbək dili (; ) — əvvəllər türki olaraq bilinən, özbəklərin danışdığı türk dili. Özbəkistanın rəsmi və milli dilidir. Özbək dili dünyada 44 milyon insan (L1+L2) tərəfindən həm ana, həm də ikinci dil kimi danışılır ki, bu da onu Türkiyə türkcəsindən sonra ən çox danışılan ikinci türk dili edir. Özbək dilinin iki əsas variantı var: Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Çində danışılan Şimali Özbək dili və Əfqanıstan və Pakistanda danışan Cənubi Özbək dili.
Özbək dili türk dil ailəsinin şərq türkcəsinə, qarluq qoluna aiddir. Ərəb, fars və rus dillərindən təsirlənmişdir.
Özbək dilinin kiril qrafikalı əlifbası: А а Б б В в Г г Д д Е е Ё ё Ж ж З з И и Й й К к Л л М м Н н О о П п Р р С с Т т У у Ф ф Х х Ц ц Ч ч Ш ш Ъ ъ Ь ь Э э Ю ю Я я Ў ў Қ қ Ғ ғ Ҳ ҳ
Özbək dilinin latın qrafikalı əlifbası: A a B b D d E e F f G g H h I i J j K k L l M m N n O o P p Q q R r S s T t U u V v X x Y y Z z Oʻ oʻ Gʻ gʻ Sh sh Ch ch ʼ
Qeydlər
İstinadlar
Mənbə ASE, VII cild, Bakı, 1983, səh. 403
Həmçinin bax
Xarici keçidlər Узбекско-русский словарь (латиница и кириллица) Pamukkale Universiteti özbəkcə-türkcə lüğət
Kateqoriya:Özbəkistan dilləri Kateqoriya:Əfqanıstan dilləri Kateqoriya:Qazaxıstan dilləri Kateqoriya:Tacikistan dilləri Kateqoriya:Türkmənistan dilləri Kateqoriya:Çin dilləri Kateqoriya:Rusiya dilləri Kateqoriya:Aqqlütinativ dillər