Şahan Natali (Haqop der Haqobyan) (; ) — erməni yazıçısı, "Nemezis əməliyyatı"nın təşkilatçılarından və rəhbərlərindən biri.

Haqqında 1884-cü ildə Osmanlı imperiyasında (Elazığ ilində) anadan olmuşdur. Boston universitetində təhsil almışdır. Şahan Natali daşnakların Osmanlı və Azərbaycan rəhbərliyində olmuş, və ermənilər tərəfindən erməni soyqırımının təşkilində günahlandırdıqları şəxslərin qətli məqsədilə keçirilmiş "Nemezis əməliyyatı"nın ilhamvericilərindən və rəhbərlərindən biri olmuşdur. Şahan Natali əməliyyatın maddi təminatı ilə məşğul olan xüsusi fonda rəhbərlik edirdi. 1920-ci ildə Natalinin Daşnaksütunla münasibətləri korlanır və o, partiyanı tərk edir, bir sıra antidaşnak qazetlərinin redaktoru vəzifədində çalışır.

Şahan Natali "erməni məsələsi"nə dair bir sıra əsərlərin müəllifidir "Türklər və biz", "Ankaradan Bakıyacan türkçülük" "Yeni əlavə: "Necə" və "Niyə" Aleksondropol müqaviləsi" (1955 il). 1970–1980-ci illərdə Şaan Natali erməni terror dəstələrinin fəaliyyətini təqdir etmiş, və onlara bəraət qazandırmağa çalışmışdır. 1983-cü ildə Massaçusets ştatının (ABŞ) Vottertaun şəhərində vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər ШАГАН НАТАЛИ

Həmçinin bax Erməni terrorizmi Nemezis əməliyyatı

Kateqoriya:Terrorçular Kateqoriya:Ermənilər Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:Ermənistan Demokratik Respublikası Parlamentinin I çağırış deputatları Kateqoriya:Ermənistan Demokratik Respublikası Parlamentinin II çağırış deputatları Kateqoriya:Nemezis əməliyyatı Kateqoriya:Ermənistan sosialistləri Kateqoriya:Ermənistan inqilabçıları Kateqoriya:Ermənistan milliyyətçiləri Kateqoriya:Osmanlı imperiyasından ABŞ-yə mühacirət edənlər Kateqoriya:Viqilantlar