right|300px

İqlimi və coğrafi mövqeyi Naftalan kurortu Bakıdan 338 kilometr qərbdə yerləşir. Naftalan kurortu Qafqaz sıra dağlarının ətəyində, dəniz səviyyəsindən 220 – 250 metr yüksəklikdə qərar tutmuşdur. Kurortun iqlimi mülayim – tropikdir. Orta illik temperatur müsbət +14 dərəcə Selsidir. Yağıntılar az miqdarda olub, ildə 100 – 250 millimetr təşkil edir. Az küləklidir. Küləklər əsasən musson xarakterli şimal – qərb küləkləridir. Kurort insan əli ilə salınmış, əsasən şam ağaclarından ibarət meşə parkda yerləşmişdir. Bunun nəticəsində kurortun havası təmizdir. "Naftalan Sanatoriyası" – nın tərkibində 3050 yerlik sanatoriya kompleksi tikilsə də , bunun 2000 – dən çox yerində məcburi köçkünlər yerləşmişdir

Şəfa mənbəyi kimi Naftalan nefti

Naftalan nefti respublikamızın ən qiymətli təbii sərvətlərindən biridir. Ta qədimdən indiyə kimi saysız-hesabsız xəstə bu neftin şəfaverici keyfiyyətindən bəhrələnmişdir. Müalicəvi xassələrə malik olan Naftalan nefti sümük – oynaq, dəri, qadın xəstəliklərindən və uroloji xəstəliklər, əsəb, genikoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq hərəkət aparatına aid olan oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitə kimi bütün dünyada məşhurdur. Elə buna görə respublikamızın şəhər və rayonlarından hər il çoxlu sayda xəstə bura pənah gətirir. Həmçinin Naftalan nefti güclü iltihabəleyhi, ağrıkəsici, allergiyaəleyhi və hormonabənzər.təsirlərə malikdir. Trofik və mübadilə proseslərini stimulə edir, ovogenezi və spermatogenezi surətləndirir. Bu müalicəvi xususiyyətlərinə görə naftalan nefti ilə 70-dən artıq xəstəliyin muvəffəqiyyətli müalicəsi mumkundur.

Təsadüfi deyildir ki, qədim rəvayətə görə Medeya adlı cadügar qadın qədim yunan eposunun qəhrəmanı arqonaft Yasona qəribə bir məlhəm bağışlamışdır. Bu məlhəm onu oddan və yanğından qoruyur, bədəninə alov təklükəsi olmamaq xassəsi bəxş etmişdir. Hələ qədim zamanlardan Asiyanın müxtəlif güşələrindən, eləcə də uzaq Hindistandan Azərbaycana üz tutan minlərlə adam müxtəlif xəstəliklərdən xilas olmaq üçün buradan Naftalan nefti aparır, öz vətənlərində həmin neftin köməyi ilə müalicə olunurdu. Neft tuluqları yüklənmiş dəvə karvanları buradan Şərq ölkələrinə yollanırdı. Naftalan nefti dünyada yeganə neft olub öz müalicəvi əhəmiyyətinə görə əfsanəvi xarakter daşımaqla fiziki-kimyəvi xassəsinə görə başqa neftlərdən fərqlənir. Bu neft üçün əsas xarakter yüksək xüsusi çəkiyə (d420=0,9395 q) malik olması, tərkibində yüngül fraksiyanın və bərk parafin karbohidrogenlərin olmamasıdır. Tərkibində kifayət miqdarda qatran (14%) olması su ilə möhkəm emulsiya əmələ gətirməsi naftalan neftini başqa neftlərdən fərqləndirir. Müalicəvi xassəsinə görə dünyada yeganə neft olan Naftalan nefti Azərbaycan Respublikasında Gəncə şəhərindən 50 km aralı Murov dağ silsiləsinin ətəyində yerləşir.

Azərbaycan Elmi Tədqiqat Aşqarlar Kimyası İnstitutunun direktoru, mərhum akademik Ə. M. Quliyev, mərhum akademik Yusif Məmməd Əliyevin Naftalan nefti haqqında söylədiyi nəzəriyyəni əsas götürərək bu ecazkar neftin kimyəvi tərkibinin hər tərəfli tədqiq olunmasını qarşısına məqsəd qoymuşdur.

Bioloji tədqiqat və həkimlərin müxtəlif xəstəlikləri müalicə etməklə müəyyənləşdirdilər ki, Naftalan neftindən ayrılan naften karbohidrogen qrupu bu neftin ən aktiv bioloji komponenti olub müalicə üçün tətbiqində ilk müalicəvi təsir edən naften karbohidrogenləridir. Naften karbohidrogen qrupu orqanizmin bütün-fizoloji funksiyasına müsbət təsir etməklə toksiki xassə göstərmir.

Gəncə şəhərində "Naftalan Sağlamlıq Mərkəzində" (2006-cı ildən fəaliyyət göstərir) dünya şöhrətli naftalan nefti ilə eləcə də Naftalan neftindən otaq temperaturunda ayrılmış bioaktiv maddə olan müalicəvi naften yağı ilə müxtəlif xəstəliklər o cümlədən:

Sümük əzələ sistemi xəstəlikləri – revmatik, artrit, poliartritlər, osteoartrit, osteoartrozlar, travmatik artritlər, spondilyoz, spondiloartroz, osteoxondroz, angiloziriyuşiy spondiloartrit, (bexterev xəstəliyi) spondilit, miozit, tendovaginit, epikondilit, sümük sınaqlarının fəsadlarının müalicəsi, yanıqların fəsadlarında, xroniki osteomielit, oynaqların kontrakturasında və dyupyuitren sindromunda, trofiki yaralarda.

Dəri xəstəlikləri – psoriaz, heyrodermit, dəmirov, ixtioz, keratodermiya, ekzema, seboreya, allergik dermatitlər,

Qadın cinsiyyət organlarının xəstəlikləri – xroniki salpingit, oforit (salpingo-oforit), parametrit, çanaq organlarının spaykasında, endometrit, infantilizim, uşaglığın hipoplaziyasında, uşaqlığın düzgün olmayan vəziyyətində, yumurtalıgların funksional pozğunluğunda, menstrual siklin pozulmasında, amenozeya, qadın sonsuzluğu, uşaqlıq boynunun eroziyası.

Kişi cinsiyyət organlarının xəstəlikləri – kişi sonsuzluğu, xroniki prostatit, uretritlər, xroniki sistit.

Mədə bağırsaq sistemi xəstəlikləri – xroniki qəbzlik, metiorizm, həzmin pozulması;

Damar xəstəlikləri – aşağı ətraf arterial damarların aterosklrozu, oblitirasiyaedici endarterit gan dövranı pozğunluğunun I–II dərəcəsi, aşağı ətraf vena damarlarının varikoz genişlənməsi, flebiti, tromboflebiti.

Dayaq – hərəkət aparatının və sümük əzələ sisteminin xəstəlikləri – Revmatik artrit və poliartrit – Podaqra poliartriti – Bruselyoz poliartriti -Posttravmatik poliartrit – Deformasiyaedici osteoartroz – Onurğa sutununun osteoartrozu – Onurğa sutununun spondillyozu -Bexterev xəstəliyi – Miozit və mialgiyalar – Bursit və tendovaginitlər – Miofassitlər

Periferik sinirlərin xəstəlikləri – Nevrit və nevralgiyalar -Radikulit və pleksitlər

Periferik damar xəstəlikləri. – Aşağı ətrafların bliterasiyaedici endarteriti və obliterasiyaedici aterosklerozu – Aşağı ətrafların varikoz damar genişlənməsi -Aşağı ətrafların səthi və dərin venalarının tromboflebiti -Reyno xəstəliyi

Dəri xəstəlikləri – Psoriaz – Ekzema – Neyrodermit – Allergik dermatitlər

Ginekoloji xəstəliklər – Qadın cinsi sferasının iltihabi xəstəlikləri (adneksit, salpinqooforit, parametrit, perimetrit, metrit və s.) – Yumurtalıqların disfunksiyası – Birincili və ikincili sonsuzluq – Çanaq peritonial bitişmələr

Androloji xəstəliklər – Xroniki prostatitlər – Uretrit – Sonsuzluq

O cümlədən

Gəncə Naftalan Sağlamlıq Mərkəzində yuxarıda qeyd olunan xəstəliklərin müalicəsi Naftalan vannaları, işıq müalicəsi, Yod-bromvannaları, masaj və s. proseduraların köməyilə yüksək səviyyədə aparılır.

Ağ naftalanla müalicə — müalicəvi naften yağı ilə tromboflebitin, radikulitin, qızıl yelin, burun – qulaq və boğaz xəstəliklərinin müalicəsi, ağız boşluğunda əmələ gələn səpkilər və qızartıların müalicəsi, dişlərin dibinin iltihablaşmasında müalicə aparılır. Ən maraqlı hadisələrdən biridə Gəncə şəhərində fəaliyyət göstərən naftalan sağlamlıq mərkəzində müalicəvi naften yağı ilə zob və mədəaltı vəzilərin funksiyası pozulduqda ona qarşı effektli müalicələr aparılır.

Bu bioaktiv maddə zədələnmiş sinirin rengenerasiyasını tezləşdirir, sinir liflərinin keçiricilik xassəsini bərpa edir, hərəkət pozulmalarını aradan qaldırır, vegetativ sinir sisteminin (parasimpatik şöbə) ağrı hissiyyatı həddini və oyanma xassəsini yüksəldir, liflərin regenerasiyasına köməklik edir, bakteriostatik xassəyə malikdir. Damarları geniləşdirməklə yaranın ətrafında qan dövranını yaxşılaşdırır. Mədə və onikibarmaq bağırsaq yaraları olan xəstələr 18–20 gün ərzində müalicəvi naften yağı qəbul etdikdə yarası tam sağalır. Müalicəvi naften yağı kimi yanıq xəstəliyini çox yüksək səviyyədə müalicə edir;

Geniş naften karbohidrogen qrupunun 420–500, 500–5250 °C temperatu-runda qaynayan fraksiyalarında müəyyən edilmiş bioloji aktiv və optiki xassəyə malik olan birləşmələrdən birinin quruluşu.

Gəncə "Naftalan Sağlamlıq Mərkəzində" dünya şöhrətli Naftalan nefti və ondan alınmış müalicəvi naften yağı ilə kompleks müalicə olunmaq istəyənlər ilin istənilən fəslində bu sağlamlıq mərkəzinə müalicə üçün gələ bilər.

Həmçinin Naftalan nefti yaraların, dəri, sinir, uroloji və ginekoloji xəstəliklərin, həmçinin qaraciyər, oynaqların və oynaq ətrafındakı yumşaq toxumaların, dayaq – hərəkət aparatının müalicəsi üçün çox səmərəli vasitədir. Naftalan şəhəri eyniadlı kiçik kəndin yerində salınmışdır. Bu adın əsasını təşkil edən "Nafta" sözü isə Azərbaycan ərazisindəki qədim dövlət qurumlarından biri olmuş Midiya dilində "axan, süzülən" deməkdir. Azərbaycanda hələ bir neçə min il bundan əvvəl müxtəlif məqsədlər üçün neftlə bərabər, Naftalandan da istifadə etməyi bacarırdılar. Naftalan neftindən yaraların müalicəsi üçün istifadə edən təkcə yerli sakinlər olmamışdır. Vaxtilə Azərbaycana hücum etmiş Makedoniyalı İsgəndərin əsgərləri Roma legionerləri və vikinqlər, Həmçinin alanlar, xəzərlər və digər qəbilələrin nümayəndələri Naftalan neftindən yaraların müalicəsi və qanaxmanın dayandırılması məqsədilə istifadə etmişlər.

Naftalan həm də ixrac məhsulu olmuşdur. Onu karvan yolları ilə başqa ölkələrə – Kiyev Rus dövlətinə, Mərkəzi Asiyaya, Əfqanıstana, Hindistana, Fars körfəzi ölkələrinə daşıyırdılar. Orta əsrlərin məşhur səyyahı Marko Polo Naftalan neftini " Dəri xəstəliklərinin çarəsi olan sehrli məlhəm " kimi təsvir etmişdir.

19.cu əsrdə Bakıda neft sənayesi sürətlə inkişaf etməyə başlayanda Azərbaycanda Avropadan gəlmiş mühəndislərin, sənayeçilərin və bankirlərin sayı xeyli artmışdır.1874-cü ildə alman mühəndisi Yager yerli sakinlərin Naftalan nefti barədə söylədikləri ilə maraqlanmış və Almaniyada "Naftalan" mazının istehsalını tənzimləmişdi. O həmin məlhəmi dünyanın müxtəlif ölkələrinə ixrac edirdi.

Aydındır ki, Azərbaycan Naftalanı əsasında məlhəmlər istehsal edən almanlar yaxşı menecerlər olmuşdur, çünki bu məlhəmdən təkcə Avropa ölkəlirində istifadə etmirdilər.1904-cü ildə Rus – Yapon müharibəsi zamanı yapon əsgərlərinin aptek dəstinə içərisində "Natalan mazı" olan bankalar da daxil idi. Bu maz ilk tibbi yardım vasitəsi kimi istifadə edilirdi. Həmin bankaların üzərinə belə yazılmışdı "Kimin əlində bu məlhəm varsa, o, heç bir yaradan qorxmasın"

Naftalan nefti 1868–1914-cü illər ərzində əl ilə qazılıb 20-yə qədər quyudan çıxarılmışdır. Bu quyulardan 1905–1914-cü illərdə cəmi 1000 tona yaxın Naftalan nefti çıxarılmışdır. XIX əsrin axırlarında alman mühəndisi Eger Naftalan neft yatağını istismar etmək hüququ əldə etmişdir. O, bu neftin müalicəvi əhəmiyyətini bilərək iki növ məhsul istehsalını qaydaya salmışdı: "Naftalan" və "Kojelan". Bu məhsullara böyük tələbat vardı və əsasən də onlardan dəri xəstəliklərinin müalicəsi üçün geniş istifadə olunurdu.

O vaxtlar Eger kiçik bir zavod tikdirmiş və bu müəssisədə Naftalanın hazırlanma texnologiyasını gizli saxlayaraq sürtgü yağı adı ilə istehsal etmişdir. Bu məhsul dünyada çox geniş yayıldı və şöhrət qazandı. O vaxtlar Naftalana aid heç bir ədəbiyyat və oxu məlumatı yox idi. İlk yazılı ədəbiyyat Egerin reklam nəşri oldu. Bu məcmuəyə Eger Naftalan neftinin reklam xarakterli təbliği materialından başqa görkəmli həkimlərin 600-dən artıq müsbət mülahizələri və fikirləri də daxil edilmişdi. Naftalan neftinə aid ilk mülahizələr 1896–1897-ci illərdə rus dilində Rozenbaum, ondan sonra Malışev, Mendeleyev, Boruzoviçə aiddir. Beləliklə, Birinci Dünya müharibəsi başlandıqdan sonra Eger öz işlərini dayandırmış, onun kiçik zavodu dağılmış, məhsul istehsalının resepti yoxa çıxmışdır.

Naftalan neftindən istifadənin yeni mərhələsi 1927-ci ildən başlanır. Həmin ildə 10 quyu bərpa olunur. 1928-ci ildə qazıntı işlərinin aparılması Azərdağkimya Trestinə tapşırılır. Bununla da müalicə yeri yaradılır, axtarışlar davam etdirilir. 1929–30-cu illərdə 14, 15, 16 saylı quyular qazılır və Naftalan mədənləri Azneftin tabeliyinə keçir. Qazma işləri yenidən həyata keçirilir, burada qəsəbə salınır, yaşıllaşdırılır, asfalt yol çəkilir və abadlıq işlərinə başlanılır.