Nikita Vladimiroviç Boqoslovski (; ) — Sovet və Rusiya bəstəkarı, dirijor və pianoçu, SSRİ xalq artisti (1983).
Həyatı Nikita Vladimiroviç Boqoslovski 22 may 1913-cü ildə Sankt-Peterburqda anadan olmuşdur. 1930-cu ildə Leninqrad konservatoriyasının eksternat sinfinə daxil olmuş və 1934-cü ildə orada A. Qlazunovun sinfini müvəffəqiyyətlə başa vurmuşdurНикита Богословский на сайте Энциклопедия отечественного кино.
Onun bəstələdiyi musiqilər bir çox məşhur filmlərdə səslənmişdir. "İki döyüşçü", "Qırıcı təyyarələr", "Aleksandr Parxomenko", "Böyük ömür", "Müxtəlif talelər" kimi ekran əsərləri onların sırasına aid edilə bilər. Onun musiqilər bir çox animasiya və sənədli filmlərdə və müxtəlif tamaşalarda da işlədilmişdir.
Boqoslovskinin musiqisində o, bir istedadlı bəstəkar kimi öz şəxsi fikirlərini ifadə edirdi. O, 1983-cü ildə SSRİ xalq artisti fəxri adına layiq görülmüşdü.
Bəstəkar Nikita Vladimiroviç Boqoslovski 4 aprel 2004-cü ildə vəfat etmişdir.
Filmoqrafiya Petya və Qırmızı Papaq (cizgi filmi, 1958) Köpək Barbos və qeyri-adi qaçış (film, 1961) Araq çəkənlər (film, 1961) Qorxu və tənbeh olmadan (film, 1962)
İstinadlar
Kateqoriya:Rusiya bəstəkarları Kateqoriya:Rus bəstəkarlar Kateqoriya:Rusiya film bəstəkarları Kateqoriya:Opera bəstəkarları Kateqoriya:Operetta bəstəkarları Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:SSRİ kişi bəstəkarları Kateqoriya:SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:SSRİ-nin televiziya aparıcıları Kateqoriya:Rusiyanın televiziya aparıcıları Kateqoriya:Rusiya aktivistləri Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni zabitləri Kateqoriya:SSRİ pianoçuları Kateqoriya:SSRİ klassik musiqiçiləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XX əsr pianoçuları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:XX əsr publisistləri Kateqoriya:SSRİ dirijorları Kateqoriya:Rusiya publisistləri Kateqoriya:Rusiya dirijorları Kateqoriya:SSRİ publisistləri Kateqoriya:Rusiya pianoçuları Kateqoriya:Rusiya klassik musiqiçiləri