Billboard Hot 100 — ABŞ-də ən məşhur və nüfuzlu musiqi hit-paraddır. Həftəlik hazırlanan hit-parad "Billboard" jurnalı tərəfindən tərtib edilir. Qrafik reytinqləri ABŞ-dəki satışlara (fiziki və rəqəmsal), onlayn və radio dinlənmə sayına əsaslanır.

thumb|Hazırki loqosu|240x240px

Cədvəl çərşənbə axşamı Billboard veb-saytı tərəfindən onlayn olaraq ictimaiyyətə təqdim edilir, amma tarix olaraq jurnalın yayımlandığı növbəti şənbə günü qeyd edilir. Satışlar üçün həftəlik izləmə aralığı 2015-ci ilin iyulunda dəyişdirildikdən sonra hazırda cümə-cümə axşamıdır.

Billboard Hot 100-ün ilk bir nömrəli mahnısı 4 avqust 1958-ci ildə Ricky Nelsonun "Poor Little Fool" mahnısı olmuşdur. 16 mart 2024-cü ildə bitən həftənin buraxılışına görə qrafikdə hazırda bir nömrəli mahnı Kanye Westin Ty Dolla Sign və Rich the Kid ilə əməkdaşlıq etdiyi "Carnival"dır.

Xarici keçidlər Vebsayt

Kateqoriya:Reytinqlər Kateqoriya:ABŞ musiqisi Kateqoriya:Hit-paradlar