Əhməd Cəlayır (tam adı: Qiyasəddin sultan Əhməd Bahadır; ; d. naməlum — ö. 30 avqust, 1410, Təbriz) — Cəlairilər sultanlığının hökmdarı, şair. 1382–1410-cu illərdə fasilələrlə hakimiyyətdə olmuşdur.
Cəlairi taxtına 1382-ci ildə qardaşı sultan Hüseyn Cəlaləddini devirərək çıxmışdır. İk dövrlərində daxili üsyanlarla məşğul olmuş və ilk növbədə qardaşı Şeyx Əlini, daha sonra isə digər qardaşı Bəyazidi və onun müttəfiqi Əmir AdiliBəzi mənbələrdə "Sarı Adil" və ya "Adil ağa". məğlub edərək İraqda və Azərbaycanda tam hakimiyyət qurmuşdur.
Sultan Əhmədin hakimiyyət dövründə Yaxın Şərqdə və Qafqazda siyasi vəziyyət stabil deyildi. XIV əsrin 80-ci illərindən etibarən Cəlairi hakimiyyətini qorumaq üçün Teymurilərlə mübarizə aparmışdır. Əmir Teymur tərəfindən Cəlairilər 1786-cı ildə Azərbaycan, 1393-cü ildən sonra isə İraqdan çıxarıldılar. Daha sonra Əhməd Cəlayır qısa müddətlik Bağdad ətrafında hakimiyyətini bərpa etsə də, 1399-cu ildə yenidən İraqı tərk etdi.
1399–1405-ci illərdə sürgün həyatı yaşamışdır. Bu dövrdə Teymurilərin təqibindən Osmanlılara və Məmlüklərə sığınmışdır. Əmir Teymurun Məmlüklərə təzyiqi ilə 1404–1405-ci illərdə Hələbdə həbsdə saxlanılmışdır.
1405-ci ildə Əmir Teymurun ölümü ilə sultan Əhməd İraqda hakimiyyətini bərpa etdi. Azərbaycan isə aralarında olan razılaşmaya əsasən Qara Yusifin hakimiyyətinə verildi. Lakin bir müddət sonra, 1410-cu ildə, Əhməd Cəlayır böyük ordu ilə Qaraqoyunlular üzərinə yürüşə çıxdı və Təbrizə daxil oldu. Həmin il Təbriz yaxınlığında Qara Yusiflə döyüşdə məğlub edildi və əsir alındı. Sultana İraqın və Azərbaycanın Qara Yusifin oğullarına verilməsi ilə bağlı fərman yazdırıldı və daha sonra öldürüldü.
Sultan Əhməd həmçinin şair fəaliyyəti ilə də tanınırdı. Azərbaycan-türk dilində, farsca və ərəbcə şeir və qəzəllər yazmışdır. Şairləri, alimləri və musiqiçiləri himayə edirdi.
İlk illəri və hakimiyyətə gəlməsi thumb|Əhməd Cəlayırın Ərdəbildəki Səfəvi sülaləsinə güzəştlər edilməsi barədə fərmanı, 1372|239x239px
Əhməd Cəlayır sultan Üveys Cəlayırın 5 övladından biridir. Doğum tarixi ilə bağlı mənbələrdə məlumat yoxdur. Şəhzadəlik dövründə Ərdəbil və ətrafını, daha sonra isə Bəsrə bölgəsini idarə etmişdi.
1382-ci ildə sultan Hüseynin bütün ordunu Reyə göndərməsindən istifadə edən Əhməd Cəlayır Muğana və Arrana getdi. Orada qardaşına qarşı xeyli qoşun topladı. Həmin il Hüseyn Cəlayır üzərinə hərəkətə keçdi və müdafiəsiz vəziyyətdə olan Təbrizə daxil oldu. Beləliklə, sultan Hüseyni öldürərək Cəlairi taxtına çıxdı.
Birinci hakimiyyəti
Hakimiyyətdaxili böhranların aradan qaldırılması Əhməd Cəlayırın özünü sultan elan etməsindən sonra qardaşları Bəyazid və Şeyx Əli onun hakimiyyətini qəbul etmədilər. Bu dövrdə Sultaniyəyə qaçan qardaşı Bəyazid, Əmir Adil tərəfindən hökmdar elan edildi və Təbrizə doğru hərəkətə başladı. Əmir Adilin Təbrizə gəldiyindən xəbər tutan Əhməd Cəlayır Mərəndə çəkildi və Əmir Adilin qüvvələri Təbrizə daxil oldu. Lakin Əhməd Cəlayırın Əmir Adilin əmirlərindən bir çoxunu öz tərəfinə çəkməsi ilə onun gücü önəmli dərəcədə sarsıldı və yenidən Sultaniyəyə qayıtmağa məcbur oldu. Əhməd Cəlayır Təbrizə dönmək istəsə də, digər qardaşı Bağdad hakimi Şeyx ƏlininBəzi mənbələrdə "Şah Əli". ordusunun artıq şəhər yaxınlığında olduğu xəbərini aldı. Təbriz yaxınlığında, Həftrüd adlı yerdə baş vermiş hərbi toqquşma zamanı Əhməd Cəlayırın Ömər Qıpçaki başda olmaqla önəmli əmirlərinin Şeyx Əli tərəfinə keçməsi nəticəsində Əhməd Cəlayır Naxçıvana doğru geri çəkildi. Həmin vaxt Naxçıvanda olan Qaraqoyunlu hökmdarı Qara Məhəmmədin yardımı ilə Şeyx Əlinin qüvvələri məğlub edildi və Şeyx Əli öldürüldü. Bundan sonra sultan Əhməd Qara Məhəmmədin qızıyla evlənərək Qaraqoyunlularla əlaqələrini möhkəmləndirdi.
Şeyx Əlinin məğlubiyyətindən sonra sultan Əhməd Əmir Adil ilə sülh üçün danışıqlara başladı. Ancaq Əmir Adil danışıqlardan imtina etdi və böyük bir qoşunla sultan Əhməd üzərinə hərəkətə keçdi. Sultan Əhməd əvvəlcə Arana, sonra isə Muğana doğru geri çəkildi. O, burada şirvanşah Huşəngin yardımı ilə Əmir Adilin qüvvələrinə qarşı mübarizə apardı. Şirvanşah Huşəng qardaşlar arasında danışıqlar aparılmasına nail oldu. Nəticədə tərəflər arasında sülh əldə edildi və sülhün şərtlərinə görə Azərbaycan sultan Əhmədə, Əcəm İraqı Bəyazidə, Ərəb İraqı isə sultan Əhmədlə Əmir Adilin ortaq hakimiyyətinə verildi. Sülhdən bir müddət sonra Əmir Adil Ərəb İraqının tamamilə ələ keçirmək üçün qardaşı oğlu Dursunu Bağdada göndərdi. Bundan xəbər tutan sultan Əhməd Bağdada doğru yürüşə başladı və şəhərə daxil oldu. Dursun isə edam edildi. Bundan sonra 1383-cü ildə yenidən Təbrizə geri döndü. Dursunun ölümü ilə tərəflər arasında qarşıdurma yenidən başladı və Əmir Adil yenidən qoşunla sultan Əhmədə qarşı yürüşə başladı. Marağada Neylan adlı yerdə tərəflər arasında döyüş baş verdi. Lakin döyüş nəticəsiz oldu və onlardan heç biri qələbə əldə etmədi və geri çəkildilər. Əmir Adil Şah Şüca ilə ittifaq bağlayaraq yenidən sultan Əhmədin üzərinə yürüş təşkil etmək fıkrinə düşdü, lakin sultan Əhməd onların ittifaqını pozaraq, Şah Şücanı öz tərəfinə cəlb etdi. Sultaniyəyə hərəkət edən sultan Əhməd şəhəri döyüşsüz ələ keçirdi və Bəyazidi əsir alaraq özü ilə Təbrizə apardı.
Beləliklə, Əhməd Cəlayır Ərəb və Əcəm İraqına, həmçinin Azərbaycana tam nəzarəti ələ keçirdi.
Toxtamış xana qarşı mübarizə 1385-ci illərdə Qızıl Orda xanı Toxtamış Cənubi Qafqaza və Azərbaycana yürüş təşkil etdi. Toxtamış 90 minlik ordu iləOrdu 9 tüməndən ibarət idi və hər birində 10 min nəfər hərbi qüvvə var idi. Dərbənddən Şirvana daxil oldu. Qızıl Orda qüvvələri sürətli şəkildə Təbrizə doğru hərəkətə başladılar və şəhəri mühasirəyə aldılar. Lakin 8 gün ərzində şəhərə daxil ola bilmədilər. Toxtamış Cəlairilərin şəhər valisi əmir Vəli ilə danışıqlara başladı. Toxtamışla əmir Vəli arasında əldə olunan razılığa görə Qızıl Orda qüvvələri 250 tümən qızıl qarşılığında mühasirəni dayandıraraq şəhər ətrafını tərk etməli idilər. Şəhər əhalisi Qızıl Orda qüvvələrinin geri çəkildiyini görüb müdafiə mövqelərini tərk etdikdən sonra, Toxtamış ani hücumla şəhəri ələ keçirdi. Şəhər qarət edildi və alimlər və sənətkarları isə paytaxt Saraya aparıldı.
Əhməd Cəlayır şəhərin geri alınması üçün ordu göndərsə də, bu qüvvə Təbriz yaxınlığında məğlubiyyətə uğradıldı və geri çəkildi. Daha sonra Qızıl Orda qüvvələri Mərənd, Naxçıvan və Marağa istiqamətlərinə irəliləyərək şəhərləri qarət etdilər. Sonra isə Qarabağda toplaşaraq oradan şimala, öz ərazilərinə geri döndülər. 1386-cı ildə Əhməd Cəlayir yenidən Təbrizə daxil oldu.
Əmir Teymura qarşı mübarizə 1384-cü ildə Əmir Teymur seçmə süvari qoşunu ilə Reyə gəldi. Bu zaman Əhməd Cəlayır Sultaniyədə idi. O, Əmir Teymurun yaxınlıqda olması xəbərini aldıqdan sonra şəhərin müdafiəsini möhkəmləndirərək Bağdada çəkildi. Əmirin Sultaniyə üzərinə hərəkətə keçməsi ilə Əhməd Cəlayırın oğlu, şəhər hakimi Ağbuğa geriyə, Təbrizə doğru çəkildi. Teymuri ordusu ciddi müqavimət olmadan şəhərə və qalaya daxil oldu. Həmin dövrdə Əhməd Cəlayırın rəqibi Əmir Adil Şirazda idi. O, burada Əmir Teymurla görüşərək ona itaətini bildirdi. Əmir Teymur Sultaniyə və Təbrizin idarəsini ona verdi.
Toxtamış xanın gedişindən sonra Əhməd Cəlayir 1386-cı ilə Təbrizi geri aldı. Həmin il İranda olan Əmir Teymur da şəhəri ələ keçirmək üçün ağır yüklərini yolda buraxaraq sürətli şəkildə şəhərə doğru hərəkətə başladı. Əhməd Cəlayir Bağdada çəkildi. Təbriz və ətrafı isə Teymurilərin nəzarətinə keçdi və yenidən Əmir Adil şəhərə hakim təyin olundu. Əmir Teymurun bölgədən uzaqlaşmasından sonra Əhməd Cəlayır yenidən ordu ilə Təbrizə doğru yürüş etdi. Əhməd Cəlayırın qüvvələri Marağaya daxil olduqda Əmir Adil Təbrizdən Ucana doğru geri çəkildi və burada Əmir Teymurun qüvvələri ilə birləşdi. Sultan Əhməd Təbrizə daxil olsa da, Əmir Teymurun qüvvələrinə qarşı müqavimət göstərə bilməyəcəyini anlayıb, Naxçıvana, oradan da yenidən Bağdada çəkildi.
thumb|left|Əmir Teymurun 1393-cü il Bağdad yürüşü, Zəfərnamə
Əmir Teymur 1392-ci ildə İran və Azərbaycan üzərinə ikinci böyük səfər təşkil etdi. Sultan Əhməd dövrün elm və din adamlarından müfti Nurəddin Əbdürrəhman İsfərayini hədiyyələrlə birlikdə Əmir Teymurun yanına göndərdi. Lakin Əmir Teymur sultan Əhmədin ona tabelilik bildirmədiyini və adına sikkə zərb etdirib, xütbə oxutmadığını əsas gətirərək hədiyyələri qəbul etmədi. 1393-cü ildə Bağdad yaxınlığında olan Əmir Teymur sultan Əhmədə məktub yazaraq üzərinə hərəkət edəcəyini bildirdi. Sultan Əhməd məktubu aldıqdan dərhal sonra xəzinəsini Dəclə çayının digər tərəfinə keçirdi və Teymuri ordusunun yolları üzərindəki körpüləri dağıtdırdı. Lakin bunlar Teymuri ordusunun şəhərə daxil olmasının qarşısına ala bilmədi. Sultan Əhməd Bağdadan çıxaraq və qiymətli əşyarını da yolda buraxaraq Fərat çayı istiqamətində hərəkət etdi. Lakin Teymuri qüvvələri yolda sultanı yaxaladılar. Baş vermiş toqquşmada Teymuri ordusu böyük itki versə də, təqibi davam etdirdi. Nəticədə Sultan Əhmədin düşərgəsində olan bacısı Dilşad xatun, oğlu Əlaüddövlə və Əbdülqadir Marağayi də daxil olmaqla dövrün bir çox elm və din adamları tutularaq Bağdada, daha sonra isə Səmərqəndə aparıldılar.
Sultan Əhməd isə Məmlük ərazilərinə doğru hərəkət etdi. O, əvvəlcə Məmlüklərin Suriya valisi Dəmirtaşa sığınmaq istəsə də, bu istəyi rədd edildi. Daha sonra Qahirəyə, Məmlük sultanı Bərkukun sarayına getdi. Bərkuk onu yaxşı qarşıladı və qalması üçün saraylardan biri onun üçün ayrıldı.
Əmir Teymur bölgədən yenidən uzaqlaşmasından sonra sultan Əhməd Misirdən İraqa doğru hərəkət etdi və ordu toplayaraq Bağdada daxil oldu. O, burada bir neçə il hakimiyyətdə oldu. 1399-cu ildə Əmir Teymur bölgəyə yeni bir yürüşəMənbələrdə "yeddi illik yürüş" adlandırılır. başladı. Azərbaycana gələn Əmir Teymurun Bağdad üzərinə qoşun göndərməsindən xəbər tutan Əhməd Cəlayır xəyanət edəcəyini düşündüyü bir neçə əmirini edam etdirdi və az qoşunla Mosula hərəkət etdi. O, Mosulda Qaraqoyunlu hökmdarı Qara Yusiflə görüşdü. Onlar Teymuri ordusunun uzaqlaşmasından sonra Bağdadı yenidən ələ keçirsələr də, Əmir Teymurun yaxınlıqda olması səbəbindən şəhəri tərk etdilər. Bəyazid xan! Biz istəyirdik ki, bizimlə o tərəf arasında dostluq hökm sürsün. Elə buna görə də [sizə] bir neçə məktub yazdıq, [sizdən] sülh və dostluq istədik. İndi siz Əhməd Cəlayırı özünüzdən uzaqlaşdırın, [elə] Qara Yusiflə də o cür hərəkət edin. Əmir Teymurun İldırım Bəyazidə məktubundan. Müttəfiqlər 1400-cü ilin ortalarında Məmlük sultanı Fərəcə məktub göndərərək ona sığınmaq istədiklərini bildirdilər və Məmlük sərhədlərinə doğru hərəkət etdilər. Lakin Məmlüklərin Hələb valisi Dəmirtaş yollarını kəsərək onları Suriyaya buraxmadı. Tərəflər arasında baş vermiş hərbi toqquşma zamanı Dəmirtaş məğlub oldu və geri çəkildi. Bu qarşıdurma onların Məmlüklərlə əlaqələrini pozdu və Misirə sığınmalarına imkan vermədi. Daha sonra müttəfiqlər Osmanlıya sığınmaq üçün hərəkət etdilər və sultan İldırım Bəyazid tərəfindən yaxşı qarşılandılar. Əhməd Cəlayır və sultan Bəyazid qarşı-qarşıya gələrkən hər ikisi atdan endilər və bir-birlərini qucaqladılar. Həmçinin sultan Bəyazid Əhməd Cəlayır üçün qarşılanma mərasimi tərtib etdi və Kütahyanı ona dirlik olaraq verdi.
thumb|Şam qalasının (Dəməşq qalası) bürclərindən biri.|left|267x267px
Həmin dövrdə Osmanlı sərhədlərinin yaxınlığında olan Əmir Teymur Osmanlı sultanından Əhməd Cəlayır və Qara Yusifi tələb etsə də, sultan Bəyazid bu istəyi rədd etdi. Osmanlı-Teymuri münasibətlərinin kəskinləşməsinin səbəblərindən biri də sultan Bəyazidin onların hər ikisinin cəzalandırmaması, yaxud çağatay hökmdarına göndərməməsi olmuşdur.