Yuxarı Çiyni, Çiyni (?–2015) — Azərbaycan Respublikasının Ucar rayonunun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 29 may 2015-ci ildə Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Çiyni kəndi Yuxarı Çiyni kəndi adlandırılmışdır.
Şirvan düzündədir.Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
Əhalisi Əhalisinin sayı 424 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimikası Yuxarı Çiyni kəndinin oykonimi çiyni tayfasının adını əks etdirir. Etnotoponimdir. XVI əsrdə qızılbaş tayfalarından biri olan və mənşəcə qacar tayfasına mənsub çiyniləri Səfəvi şah Təhmasib (1524–76) üsyankar xarakterlərinə görə ölkənin müxtəlif ərazilərində yerləşdirmişdi. İran ərazisində çiynilər daha geniş yayılmışdılar.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.199
Din Kənddə Çiyni kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2010-cu ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
Həmçinin bax
Ənvər Məmmədxanlı (Ucar) Türkəci
İstinadlar
Kateqoriya:Ucar rayonunun kəndləri