Bumın xaqan () — Aşina sülaləsindən olan Göytürk xaqanlığının qurucusu və ilk xaqanı.
Həyatı Aşina Tuvunun ən böyük oğlu idi. Jujan xaqanlığı dövründə tümən komandiri olmuşdur.Christopher I. Beckwith — Empires of the Silk Road: A History of Central Eurasia from the Bronze Age to the Present, səh. 387 545-ci ildə Bumın hələ xaqan deyildi amma Qərbi Vey imperiyasının sərhədlərini pozmağa başlamışdı. Qərbi Vey imperiyasının qəyyumu Yuven Tay An Nuopanto adlı bir soğd tacir ilə Türklərə hədiyyə göndərdi.Shing Müller, "Sogdian in China um 600 n. Chr. Archäologische Zeugnisse eines Lebens zwischen Assimilation und Identitätsbewahrung", NOAG, Vol. 183–184, 2008. 546-cı ildə Bumın xan Oğuzların əcdadları olan Tiele qəbilələrini məğlub edərək özünə tabe etdi.
Xaqanlığa gəlişi 551-ci ildə Jujan xaqanı Anaxuanın qızı ilə evlənmək istədiyini bildirmişdi, xaqan isə öz növbəsində Bumını təhqir edərək ona qızını verməyəcəyini deyir. Bundan istifadə edən Bumın, əvəzində Vey imperatorunun qızını özünə istədi. Anaxuanın qızı Dao Vey imperatoru Ven ilə evli idi. Qəyyum Yuven Tay Bumın xana şahzadə Çanqleni gəlin kimi göndərdi. Bumın xanın övladları bu evlilikdən olmuşdu. Sonrakı il 552-ci ildə Jujan xaqanlığının hökmdarı Anaxuanı devirərək özünü xaqan etmişdi. İndiki Hebei vilayətinin Çjanbei şəhərində baş verən döyüşdə Anaxuan öldürüldü. Bumın xan özü bir neçə aydan sonra vəfat etdi.
Ailəsi thumb|400px|Ongi abidəsində Bumın xaqana həsr olunan hissəQərbi Vey şahzadəsi Çanqle ilə evlənmişdir. Övladları:
Qara İssıq xaqan Muğan xaqan Taspar xaqan Qutluq xaqan Mahan tigin Rudan xaqan
İstinadlar
Kateqoriya:Göytürk xaqanları Kateqoriya:Aşina ailəsi Kateqoriya:Xanlar Kateqoriya:Türk xalqları