Rüstəm Məmməd İbrahim oğlu İbrahimbəyov () — Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycan Respublikasının xalq yazıçısı (1998). Rüstəm İbrahimbəyov həm Azərbaycanda, həm keçmiş postsovet məkanında, həm də bütün dünyada peşəkar ssenarist, dramaturq və rejissor kimi tanınır. Azərbaycanın xalq yazıçısı Maqsud İbrahimbəyovun qardaşıdır. Demokratik Qüvvələrin Milli Şurasının əvvəlcə sədri, ardınca da fəxri sədri (2013); Milli Şuranın Azərbaycan Respublikası prezidentliyinə vahid namizədi.
Həyatı Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnsitutunu bitirmiş, sonralar Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnmişdir.Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilmişdir.
1989-cu ildə əsası qoyulan "İbrus" (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyniadlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğuldur. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub.
7 iyun 2013-cü ildə yaradılan Demokratik Qüvvələrin Milli Şurasının sədri seçilmişdir. 2 iyul 2013-cü il tarixindən Milli Şuranın Azərbaycan Respublikası prezidentliyinə vahid namizədi kimi göstərilmişdir, lakin 27 avqust 2013-cü ildə keçirilmiş MSK iclasında ikili vətəndaşlığı əsas gətirilərək namizədliyinin təsdiq olunmaması haqqında qərar qəbul edilmişdir.Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir (27.08.2013). cec.gov.az 3 dekabr 2013-cü ildə Cəmil Həsənli MŞ-nin sədri, Rüstəm İbrahimbəyov isə fəxri sədri seçilib.Cəmil Həsənli Milli Şuranın sədri oldu FOTO/VİDEO. azadliq.info
Rüstəm İbrahimbəyov 11 mart 2022-ci ildə uzun sürən xəstəlikdən sonra 83 yaşında Moskvada vəfat etmişdir. 13 mart 2022-ci ildə sənətkar ilə Moskvadakı Mərkəzi Kinematoqrafçılar Evində vida mərasimi keçirilmiş və 16 martda nəşi Bakıya gətirilmişdir. Sənətkar Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.Rüstəm İbrahimbəyov dəfn olunur
Şəxsi həyatı İlk həyat yoldaşı Şöhrət İbrahimbəyovadan 1972-ci ildə rejissor Fuad İbrahimbəyov dünyaya gəlmişdir.
İkinci həyat yoldaşı xalq artisiti Lyudmila Duxovnayadan 1974-cü ildə rejissor Fatimə İbrahimbəyova dünyaya gəlmişdir.
Oğlu - Fərhad İbrahimbəyov (2005-ci il təvəllüdlü), anası - Əfəndiyeva Lalə Kamil qızı, Dünya Kinosunun 100 illiyi Fondunun Azərbaycanda direktoru.
Nailiyyətləri "Urqa – məhəbbət dairəsi" (1991) — ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Nikita Mixalkov olan və ABŞ-də "Cənnətə bağlı" (Close to Eden) adıyla tanınan bu film Venesiya Film Festivalının Qızıl Şir mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində "Feliks" mükafatına, ən yaxşı xarici dildə tərcüməyə görə 1992-ci ildə "Amerika film"də Oskar mükafatına namizədliyi irəli sürülüb."Close to Eden" filminin uğurları. — Mənbə: IMDb Ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filmi (rejissor Nikita Mixalkov) 1994-cü ildə "Ən Yaxşı Xarici Dilli Film" kimi Oskar mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5. Rüstəm İbrahimbəyovla Nikita Mixalkovun daha bir müştərək filmi olan "Sibir bərbəri" 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb. 1999-cu ildə Rüstəm İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı fransız direktivi Régis Wargnier olan "Şərq-Qərb" filmi ən yaxşı xarici film nominasiyasında "Oskar" mükafatına namizədlərdən biri olub. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub. 10 aprel 2025-ci ildə Bakıda Rüstəm İbrahimbəyov adına yaradıcılıq mərkəzi olan “IBRUS HALL”un açılışı oldu.
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 dekabr 1976Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı — anl.az saytı Lenin komsomolu mükafatı — 1979 Azərbaycan SSR dövlət mükafatı — 1980 SSRİ dövlət mükafatı — 1981 Rusiya Federasiyasının dövlət mükafatı — 1993, 1995, 1997, 1999 "Rusiya Federasiyasının əməkdar incəsənət xadimi" fəxri adı — 28 dekabr 1995 "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 23 may 1998 ""Xalq yazıçısı" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 1998-ci il tarixli 708 nömrəli Fərmanı. "Şöhrət" ordeni — 4 fevral 1999 —"R. M. İbrahimovbəyovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 fevral 1999-cu il tarixli 88 nömrəli Fərmanı. e-qanun.az . III dərəcəli "Vətənə xidmətə görə" ordeni (Rusiya Federasiyası) — 9 fevral 1999 Ədəbiyyat və İncəsənət ordeni komandoru (Fransa) — 2000 Müstəqil Dövlətlər Birliyinin fəxri fərmanı — 1 iyun 2001 "Teatr Xadimi" qızıl medalı — 2006"TEATR XADİMİ" qızıl medalı Moskva Dövlət Dumasının fəxri fərmanı — 2009 "Qızıl Portağal" mükafatı (Türkiyə) — 2011
Qeydlər Rüstəm İbrahimbəyov həm də 10-dan artıq teatr tamaşasının müəllifidir.
Filmoqrafiya
Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968) (ssenari müəllifi) Bir cənub şəhərində (film, 1969) (ssenari müəllifi) Səhranın ağ günəşi (ssenari müəllifi) Çekist haqqında povest (film, 1969) (ssenari müəllifi) Müharibənin sonunda sakit gün (film, 1970) (ssenari müəllifi) Arzu (film, 1972) (ssenari müəllifi) Təki dam olsun... (film, 1972) (rejissor, ssenari müəllifi) O vaxt mən yox dedim (film, 1973) (ssenari müəllifi) Nəğmə dərsi (film, 1974) (ssenari müəllifi) Ürək... Ürək... (film, 1976) (ssenari müəllifi) Süita (film, 1976) (rejissor, ssenari müəllifi) Ad günü (film, 1977) (ssenari müəllifi) Risqin strategiyası (film, 1978) (ssenari müəllifi) Bir ailəlik bağ evi (film, 1978) (ssenari müəllifi) Kontor (film, 1978) (ssenari müəllifi) Qara Qarayev-60 (film, 1978) (ssenari müəllifi) Məhəbbətlə yarıbayarı (film, 1979) (ssenari müəllifi) İstintaq (film, 1979) (ssenari müəllifi) Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film)-ssenari müəllifi Neft çağırır (film, 1980) (ssenari müəllifi) Bağlı qapı (film, 1981) (ssenari müəllifi) Son söz (film, 1981) (ssenari müəllifi) Başlanğıc (film, 1982) (ssenari müəllifi) İstirahət gecəsi (film, 1982) (ssenari müəllifi) İşgüzar səfər (film, 1982) (ssenari müəllifi) Yeddi gözəl (film, 1982) (ssenari müəllifi) Gəmi saatının sirri (film, 1983) (ssenari müəllifi) İlişdim (film, 1983) (ssenari müəllifi) Nə haqla? (film, 1983) (ssenari müəllifi) Park (film, 1983) (ssenari müəllifi) Bir axşam... (film, 1985) (ssenari müəllifi) Səfillər (film, 1985) (ssenari müəllifi) Talismanım, qoru məni (film, 1986) (ssenari müəllifi) Vurulmayan şillə (film, 1987) (ssenari müəllifi) Sərbəst enmə (film, 1987) (ssenari müəllifi) Özgə ömür (film, 1987) (ssenari müəllifi) Filyör (film, 1987) (ssenari müəllifi) Rüstəm İbrahimbəyov (film, 1988) (filmdə iştirak edən) Ölsəm... bağışla (film, 1989) (ssenari müəllifi) Yanar qəlbin ritmləri (film, 1989) (ssenari müəllifi) Qətldən yeddi gün sonra (film, 1991) (ssenari müəllifi) Urqa – məhəbbət dairəsi (film, 1991) (ssenari müəllifi) Həm ziyarət, həm ticarət... (film, 1995) (ssenari müəllifi) Günəşdən usanmışlar (film, 1994) (ssenari müəllifi) Azərbaycan kinosu-80 (film, 1996) (filmdə iştirak edən) Dağıdılmış körpülər (film, 1996) (ssenari müəllifi, rejissor) Çalışan adam (film, 1996) (rejissor, ssenari müəllifi, prodüser) Xalqlar Dostluğu muzeyi (film, 1997) (rejissor, ssenari müəllifi) Ailə (film) (rejissor, ssenari müəllifi, prodüser) Sibir bərbəri (film, 1998) (ssenari müəllifi) Şərq-Qərb (film, 1999) (ssenari müəllifi) Balalayka (film,2000) (Işıl Özgəntürklə birgə ssenari müəllifi) Etimad telefonu (film, 2001) (rejissor, ssenari müəllifi) Kinorejissor Həsən Seyidbəyli (film, 2002) (filmdə iştirak edən) Ovsunçu (film, 2002) (ssenari müəllifi) Köçərilər (film, 2004) (prodüser) Əbədiyyət elçisi (film, 2005) (arxiv kadrlar) Əli və Nino (film, 2005) (ssenari müəllifi) Əlvida, cənub şəhəri (film, 2006) (ssenari müəllifi, prodüser) Üç qız (film, 2005) (prodüser) Cənnət quşları (film, 2008) (ssenari müəllifi) Kabusun gözüylə (film, 2010) (ssenari müəllifi, rejissor, prodüser)Sara. "Kabusun gözüylə" Parisdə təqdim olunub: [Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur] //525-ci qəzet.- 2010.- 19 iyun.- S. 16. Çılğın, qəzəbli, çox qəzəbli (film, 2011) (ssenari müəllifi) Qafqaz üçlüyü (film, 2015) (prodüser, ssenari müəllifi)Rüstəm İbrahimbəyov filminə görə tənqid olundu
İstinadlar
Mənbə Kapralov, Q. "Ömrə bərabər vuruş" //Ədəbiyyat və incəsənət.- 1988.- 14 oktyabr.- səh. 4. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Həmçinin bax Rüstəm İbrahimbəyov (film, 1988)
Xarici keçidlər Rəsmi Facebook profili Sorğu-Sual Bioqrafiyası (Rusca) Rüstəm İbrahimbəyovla söhbət Письмо к дочери друга
Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan kinoprodüserləri Kateqoriya:Azərbaycan prodüserləri Kateqoriya:Birinci Fəxri xiyabanda dəfn olunanlar Kateqoriya:İbrahimbəyovlar Kateqoriya:SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri Kateqoriya:Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrləri Kateqoriya:"Teatr Xadimi" qızıl medalı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Rusiya dramaturqları Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Azərbaycan dilində yazan yazıçılar Kateqoriya:Bakı yazıçıları Kateqoriya:Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvləri Kateqoriya:Rüstəm İbrahimbəyov