Ayzek Azimov (); ilk adı İsaak Yudoviç Ozimov (; ) — ABŞ-də fəaliyyət göstərmiş Rusiya yəhudisi mənşəli yazıçı-fantast. 500-ə yaxın bədii və elmi-populyar əsərin müəllifi. Elmin kütləviləşməsi üçün çalışmış, ixtisasca biokimyaçı olmuşdur.

"Kimyanın qısa tarixi" əsərinin müəllifidir.

Fantastik əsər müəlliflərinə verilən Hyuqo və Nebyula mükafatlarının laureatıdır. Onun əsərlərindəki bəzi yeni söz və ifadələr bir çox dillərə daxil olmuşdur. Məsələn, robotics (robotexnika, robotika), positronic (pozitron), psychohistory (psixotarix) və s. İngilisdilli ədəbiyyatda Artur Klark və Robert Haynlaynla birlikdə yazıçı-fantastların "Böyük üçlüyünə" daxil edilir. Məşhur amerikan fantastı, ixtisasca biokimyaçı olan Ayzek Azimov 1964-cü ildə İngiltərədə çap edilmiş "Adding a Dimension" ("Daha bir ölçü") kitabında yazırdı: "Elmin tarixi vacib həqiqətləri dərk etməyə kömək edir". Azimov yazırdı: "Əgər elm ilahi kəşf deyilsə, insan ağlının məhsuludursa, onun sonrakı inkişafı da labüddür. Əgər elmi qanun əbədi həqiqət sayılmırsa deməli, bunun üçün tələbat yaranarsa dəyişilə bilər. Elmi həqiqət özündə sonrakı təkmilləşməni formalaşdırır". Azimov öz kitabının ön sözünü bu sözlərlə bitirmişdir və onların altından hər bir alim imza ata bilər: "Fərziyyələr və yanlışlıqlar, açıqlama və həqiqətlə gizlənpaç oyunları yüz il bundan öncə aşkar edilə bilərdi, lakin şişirdilmiş avtoritetlər və tacsız "peyğəmbərlərin" gizli fikirləri buna maneə törədərək mübarizəni daha riskli, nəticəni isə qeyri-müəyyən edirdi. Elm tarixində çətinliklərin nəticəsi olaraq indiki elmi uduşlar bizim üçün daha qiymətli olur. Daha səmimi olaq. Bəzən hamı belə fikirləşir. Bəs bunlar nəyə lazımdır? Olmaz ki, biz artıq digərləri tərəfindən tapılmış həqiqətlərdən hazır şəkildə istifadə edək? Əslində bu belədir, lakin başqalarının artıq sərf etdiyi zamana biz qənaət etməklə özümüz üçün vaxt qazanmırıq. Nə mənası var ki, səhər tezdən durub, bütün günü sahildə balıq tutaq, əvəzində yuxudan duran kimi dükandan balıq sifariş etmək daha yaxşı olar. Öz etüdlərimi yazanda mən bu haqda fikirləşirdim və bununla mən ümidsizliyə qapılıram ki, elmin keçmişi onun gələcəyini zənginləşdirmir".

Əsərləri Mən, Robot Təməlçilər Kosmik axınlar" Robotlar və İmperiya Günəşin Tanrıları Dəmir Mağaralar

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:ABŞ fantastika yazıçıları Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:Nyu-Yorkda vəfat edənlər Kateqoriya:Biokimyaçılar Kateqoriya:Kişi feministlər Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:XX əsrin ABŞ romançıları Kateqoriya:ABŞ kişi romançıları Kateqoriya:Hüqo mükafatı laureatları Kateqoriya:ABŞ ateistləri Kateqoriya:Rusiya ateistləri Kateqoriya:ABŞ feministləri Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Boston Universitetinin müəllimləri Kateqoriya:XX əsr bioloqları Kateqoriya:Alimlər Kateqoriya:SSRİ-dən ABŞ-yə mühacirət edənlər Kateqoriya:SSRİ-dən ABŞ-yə mühacirət edənlər