Toşiro Mifune () — Yaponiya aktyoru. Daha çox rejissor Akira Kurosavanın filmlərindəki rolları ilə tanınır.

Həyatı Toşiro Mifune 1 aprel 1920-ci ildə Çin Respublikasının Sindao şəhərində yapon ailəsində anadan olmuşdur. Onun atası Tokudzo Mifune tacir olmaqla yanaşı, bir fotoatelyenin sahibi idi. Toşiro ailəsinin 1925-ci ildə köçdüyü Dalyan şəhərində böyüyür. Gəncliyində Toşiro öz atasının fotoatelyesində işləyirdi. 20 yaşına qədər Çində yaşamasına baxmayaraq, bir yapon vətəndaşı kimi Yaponiya ordusunda xidmətə çağırılmışdı.

1946-cı ildə Mifune ordudan tərxis edilir və o, Tokioya gəlir. O, operator köməkçisi kimi "Toho" kino şirkətində işə girir. Bu zaman baş vermiş tətildən sonra kinostudiyadan böyük aktyor qrupu çıxıb getmişdi. Beləliklə, kinostudiya "yeni sima" axtarışına çıxırБиографии знаменитых людей — Тосиро Мифунэ. Buraya 4000-dən artıq insan qatılır. Mifune isə rejissor Kadziro Yamamotonun diqqətini cəlb edir. Elə bu müsabiqədə Toşiro Mifune aktrisa Satiko Yosimine ilə tanış olur. Sonradan (1950-ci ildə) bu tanışlıq onların evliliyinə gətirib çıxaracaqdı.

Mifunenin iştirakı ilə çəkilən ilk 2 film 1947-ci ildə ekranlara çıxmışdır. Bu filmlər Kadziro Yamamotonun "Yeni səfehlərin zamanı" və Sengiti Taniqutinin "Gümüşü dağların arxasında" idi.

İkinci filmin çəkilişlərində o, Akira Kurosava ilə tanış olur. 1948-ci ildə Akira Kurosavanın çəkdiyi və Toşiro Mifunenin baş rolda oynadığı "Sərxoş mələk" filmi ekranlara çıxır. Elə bu filmdən sonra Kurosava və Mifunenin çoxillik əməkdaşlığı başladı. Mifuneyə beynəlxalq şöhrət gətirən rol isə 1950-ci ildə "Raşomon" filmində ifa etdiyi quldur Tadzyomaru rolu olmuşdur.

1951-ci ildə Akira Kurosava Fyodor Dostoyevskinin "İdiot" romanını ekranlaşdırır. Burada Mifune tacir Roqojin obrazının yapon variantını ifa edir. "Yeddi samuray" isə həm Kurosavanın, həm də Mifunenin yaradıcılığında olduqca vacib olan filmə çevrilir. Filmdə 7 samurayın kəndi quldurlardan qorumalarından bəhs olunur. Mifune burada yalançı samuray Kikutiyo rolunu canlandırmışdı.

Mifune bir çox başqa rejissorların da filmlərində rol almışdır, lakin gündən-günə uğurları artan Kurosava-Mifune əməkdaşlığı nəticəsində "Qan üstündə hakimiyyət", "Gizli qalada üç əclaf", "Cangüdən" kimi növbəti ekran əsərləri ortaya çıxdı. 1962-ci ildə aktyor "Mifune prodakşn" (Mifune Production) şirkətini yaradır.

Mifunenin Akira Kurosava ilə sonuncu işi "Qırmızı saqqal" (1965) filmində olur. Onların arasında yaranmış ziddiyyət bu gözəl əməkdaşlığa son qoyur. Məsələ burasında idi ki, Toşiro Mifune samuray obrazından yenidən istifadə etmək istəyirdi. Kurosava isə onun bu təklifilə qəti razılaşmırdı.

1960-cı illərin əvvəllərində Mifune fəal surətdə Avropa və Amerika kinosunda çəkilməyə başlayır. Terens Yanqın "Qırmızı günəş" vesternində (1971) o, səfir olan yapon samurayını canlandırmışdı. Bu filmdə onun tərəf-müqabili məşhur aktyor Alen Delon idi. 1979-cu ildə o, Stiven Spilberqin "1941-ci il" satirik komediyasında yapon sualtı qayığının komandiri rolunda çəkilir.

1992-ci ildə Toşiro Mifune ürəyi ilə bağlı ciddi problemlərlə yaşamağa başladı. Bu hadisədən sonra o, bir daha kinoda çəkilmədi. Aktyor Toşiro Mifune 1997-ci ildə vəfat etdi. Onun dəfn mərasimi "Toho", "Mifune Production" və "Kurosawa Production" şirkətləri tərəfindən həyata keçirildi.

Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol1947 Gümüşü dağların arxasında Eydzima1947 Yeni səfehlərin zamanı 1948 Sərxoş mələk Masunaqa1949 Sakit döyüş Ködzi Fudzisaki1949 Kimsəsiz köpək detektiv Murakami1950 Qalmaqal İtiro Aoe1950 Raşomon quldur Tadzomaru1951 Səfeh Denkiti Akama1952 Araki Mataeon: Açar dükanının yanındakı kəsişmədə duel Araki Mataemon1952 Yelbeyin O-Harunun həyatı Kasunosuke1952 Limana gələn kişi 1954 Yeddi samuray Kikutiyo1954 Samuray: Döyüşçünün yolu Takedzo1954 Ləpədöyənin səsi Utaşima-marunun kapitanı1955 Samuray 2: Məbəd qarşısında duel Takedzo1956 Samuray 3: Adada döyüş Takedzo1956 Qadın ürəyi 1957 Qorxu içində yaşayıram Kiiti Nakadzima1957 Qan üstündə hakimiyyət Vasidzu1957 İki aşiq üçün xoşbəxtlik 1957 Yaqyu qəbiləsinin heyakəti: Nindza sənəti Tasaburo1957 Dərinlikdə Sutekiti1957 Yaqyu qəbiləsinin gizli dəstəsi Tasaburo1958 Muhomasunun həyatı Masuqoro1958 Gizli qalada üç əclaf general Rokurota Makabe1959 Samuray əfsanəsi Heyhaçiro Komaki1959 Yaponiyanın doğuluşu Yamato Takeru1960 Sakit okenda qasırğa Tamon Yamaquçi1960 Pis adamlar yaxşı yatır Koiti Nisi1961 Osaka qalasının tarixçəsi Moheyi1961 Cangüdən samuray Sandzuro Kuvabatake1962 Vacib şəxs Animas Truyano1962 47 ronin 1962 Cəsur samuray Subaki Sandzüro1963 Cənnət və cəhənnəm Kinqo Qondo1963 Quldur samuray 1963 Sinbadın itirilmiş dünyası Sukezaymon Naya1965 Qatil samuray 1965 Qırmızı saqqal Ködze Niide1965 Kiskadan geri çəkilmə Omura1966 Tale qılıncı Toranoske Simada1966 Böyük mükafat İzo Yamura1967 Samurayların qiyamı İsaburo Sasahara1967 Yaponiyanın ən uzun günü Koretika Anami1968 Kurabe üzərində günəş Kitaqava1968 Sakit okeanda cəhənnəm kapitan Suruhiko Kuroda1969 Samuray bayrağı Kansuke Yamamoto1969 Qırmızı şir Qonzo1969 Şinsenqumi İsami Kondo1970 Samurayların döyüşü cangüdən1970 Ölüm dərəsində pusqu 1970 Hərbçilər 1971 Qırmızı günəş Kuroda Zübey1975 Kağız pələng Kaqoyama1976 Yarı yolda admiral İsoroku Yamamoto1977 İnsanın sınağı Qun Yohey1978 Ako qalasının süqutu Suçiya Miçinao1979 1941-ci il Akiro Mitamura1979 Ölüm gətirən qış Akiro Mitamura1980 Söqun Daymö Yosi Toranaqa1981 Busido qılıncı Abe Masahiro1982 İnxon Saito-San1982 Çağırış Yoşida1984 Co Petrelin möcüzəsi balıqçı1987 Tora-san şimala gedir 1987 Aydan gəlmiş şahzadə Miyasuko1989 Çay dəstgahında ustadın ölümü Rikü1992 Canavar kölgəsi Krumak1995 Fotoqraf gəlin bensi1995 Dərin çay Sukada

İstinadlar

Mənbə Генс И. Ю. Тосиро Мифунэ. — М.: Искусство, 1974. — 128 с., 23 л. ил. с. — (Мастера зарубежного киноискусства).

Xarici keçidlər

Официальный сайт

Тосиро Мифунэ на сайте shinema.ru

Kateqoriya:Yaponiya aktyorları Kateqoriya:Çində doğulanlar Kateqoriya:Tokioda vəfat edənlər Kateqoriya:"Müqəddəs xəzinə" ordeni ilə təltif edilənlər Kateqoriya:Yaponiya protestantları Kateqoriya:III dərəcəli "Müqəddəs xəzinə" ordeni kavalerləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Yaponiya kişi film aktyorları Kateqoriya:İkinci Dünya müharibəsi