Hacı Bani və ya Hacı Qayıb hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan hamam.Sultanova, P. Cismani paklıq mənbəyi mənəvi-mədəni dəyərə çevriləndə...: [XVI əsr memarlıq abidəsi olan Hacı Qayıb hamamı haqqında] //525-ci qəzet. 2011, 13 may, s.6.

Haqqında Hamam uzun əsrlər boyu torpaq altında qalmışdır. 1964-cü ildə bu ərazidə arxeoloji-təqdiqat işləri aparılarkən orta əsrlərə aid hamam aşkar olunmuşdur.

Hamam XV əsrin sonlarında tikilmişdir. Hamamın sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani olmuşdur. Ona görə də hamama ya Hacı Qayib, ya da Hacı Bani hamamı deyirlər. Müsəlman şəhərlərinin əsas elementlərindən biri olaraq bu hamam karvan yolu üzərində öz irihəcmli görünüşü ilə seçilir.

Memarlıq formalarında mövcud olan otaqların zəngin örtüklər sistemi hətta kiçik kameraların interyerinə belə son dərəcə bədii ifadəlik verir.

Hamama daxil olarkən orada ifadəli memarlıq formalarından, dolğun həcmli plastika üslubundan istifadə edildiyini hiss etmək olur.

2017-ci il Martın 18-də “ABAD”-a qoşulan ailələrin məhsullarının nümayişini həyata keçirtmək üçün tarixi hamamın ərazisində “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.

Həmçinin bax

Hacı Qayıb məscidi Hacı Bani məscidi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İçərişəhər Kateqoriya:Bakı hamamları Kateqoriya:Azərbaycan mədəniyyəti Kateqoriya:Hamamlar Kateqoriya:Bakıdakı binalar və tikililər Kateqoriya:XV əsrdə yarananlar