Fəzlulla xan Mirzə Ələsgər oğlu Dəbirəssəltənə (1844-1902) — İranın ictimai-siyasi xadimi.
Həyatı Fəzlulla xan Mirzə Ələsgər oğlu 1844-cü ildə Təbriz şəhərində doğulmuşdu. İbtidai təhsilini əmisi Məhəmmədrəfi Nizamülüləmadan almışdı. Sonra mədrəsədə oxumuşdu. Müzəffərəddin mirzə Cənubi Azərbaycanın valisi olarkən Fəzlulla xanı sarayına dəvət etmişdi. Rəisi-xəlvət vəzifəsində çalışmışdı.
Müzəffərəddin şah taxta çıxdıqdan sonra Fəzlulla xanı Tehrana aparmış, vəziri-xəlvət vəzifəsinə təyin etmişdi. Ona Dəbirəssəltənə ləqəbini vermişdi.
Ailəsi Mirzə Fəzlulla xanın Əbülfət xan adlı oğlu vardı.
Mənbə Ənvər Çingizoğlu, Diba ailəsi, "Soy" elmi-kütləvi dərgi, 2011, №10, səh.52-64.
İstinadlar
Həmçinin bax Mirzə Əsədulla xan Nizaməddövlə Mahmud xan Əlaülmülk İclaülmülk
Xarici keçidlər
Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:1844-cü ildə doğulanlar Kateqoriya:Dibalar Kateqoriya:Təbatəbailər