İqbal Vamiq oğlu Məmmədəliyev () — Azərbaycan kino rejissoru və prodüseri.

Həyatı İqbal Məmmədəliyev 23 sentyabr 1978-ci ildə Bakıda anadan olub. 1985–1995-ci illərdə 113 saylı orta məktəbdə oxuyub. 1989–1994-cü illərdə 10 saylı musiqi məktəbində tar sinfini bitirib. 1996–2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisası üzrə teatr və kino sənəti fakültəsini, 2002-ci ildə isə teatrşünaslıq üzrə magistraturasını bitirib.

Ailəlidir, dörd övladı var. Tarzən Vamiq Məmmədəliyevin oğlu, rejissor Salam Məmmədəliyevin qardaşıdır.

Fəaliyyəti 1996–1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti, "Gənclik və İdman" baş redaksiyasında ştatdankənar müəllif kimi fəaliyyətə başlayıb. 1998–2000-ci illərdə "Soy" şirkətində rejissor vəzifəsində çalışıb, 2000–2004-cü illərdə Media Holdinq şirkətinin Lider televiziyasında rejissor kimi fəaliyyətini davam etdirərək 5 televiziya layihəsinin, 200-dən çox müxtəlif səpkili televiziya verilişlərinin, eləcə də konsert, tamaşa və canlı yayımların rejissoru və 60-dan çox sənədli filmin müəllifi olub.

2002–2004-cü illərdə Azərbaycan Kinematoqrafçılar Birliyində bir çox filmləri nümayiş olunaraq peşəkar tənqidçilər tərəfindən müzakirəyə çıxarılıb. 2003-cü ildən Azərbaycan Kinorejissorlar Gildiyasının üzvüdür. 2003-cü ildə ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aspirantı kimi "Kinoda montaj strukturu" mövzusunu tədqiq edir. 2004-cü ildə "Salnamə" sənədli filmlər studiyasına dəvət olunub və bir neçə sənədli filmin rejissoru və montaj rejissoru olub. 2005-ci ilin iyun ayında yenicə fəaliyyətə başlayan İctimai Televiziya və Radio Yayımları Şirkətinə dəvət alıb. Telekanalın bədii-estetik dizaynı ilə məşğul olsa da musiqi xadimləri haqqında bir neçə film-portret də çəkib. 2006-cı ilin noyabrında yenidən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" sənədli filmlər studiyasına dəvət olunub. 2006-cı ilin dekabrında aspiranturanı əla qiymətlərlə bitirib. 2008-ci ildən MDB Kinematoqrafçılar İttifaqının və Baltikyanı ölkələr Kinematoqrafçılar Konfederasiyasının üzvüdür.

2009-cu ildən Yevlax şəhərində fəaliyyət göstərən YevlaxTV MMC-nin ELTV brendi kimi yayımlanan televiziyasının baş direktorudur. 2016-cı ildə "Aranfilm" yaradıcılıq Mərkəzini yaradıb. İndiyə kimi telekanalın özünəməxsus simasının formalaşmasında idarəetmədən savayı rejissor bilgilərini də kollektivdən əsirgəmir. 2022-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Audiovizual sənətlər kafedrasının müəllimi kimi televiziya rejissorluğu fənnini tədris edir və yeni kadrların yetişməsi üçün kurs rəhbəri kimi pedaqoji fəaliyyətlə də məşğul olur.

Mükafatlar "Sükutun səsi" filmi III Beynəlxalq Audiovizual Festivalda nümayiş olunan ən yaxşı sənədli film nominasiyasının qalibi olub. (2003) Ötən ildəki fəaliyyətinə və qazandığı uğurlara görə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin təsis etdiyi "İlin ən yaxşı gənc rejissoru" mükafatı (2 fevral 2004) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Günü münasibətilə təsis etdiyi mükafat və diplom (2005) "Qədim Azərbaycanın abidələri" filminə görə Qazaxıstanın Aktau şəhərində keçirilən "Kaspi Dostluq Dənizi" festivalında laureat diplomu (2006) "Qədim Azərbaycanın abidələri" filminə görə Rumıniyada keçirilən "Eko-Etno-Folk" festivalının "etno folk turizm" bölməsində fərqlənmə diplomu (2006) "Sükutun səsi" filminə görə Gürcüstanın Tbilisi şəhərində keçirilən "Footprints" Sənədli Film Festivalında 3-cü baş mükafatı (2006) "Qədim Azərbaycanın abidələri" filminə görə Hindistanda keçirilmiş qısametrajlı sənədli filmlər festivalında Mükafat (2007) "Zəhmətlə yoğrulanlar" filmi Bakıda keçirilən II Milli Turizm Festivalında "Ən yaxşı etnoqrafiya filmi" nominasiyasının qalibi olub. (2007) "Heydər Əliyev. Vətənin keşiyində" filminə görə Bakı şəhər İdman və Gənclər Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyilə keçirilən sabiq prezident Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev və müstəqil Azərbaycan" qısametrajlı sənədli filmlər festivalında 1-ci mükafat və diplom (2007)

Filmoqrafiya Rejissor kimi Mahur hindi (film, 2001) — film-konsert Elçi daşı (film, 2001) — film-veriliş Səfəvilər (film, 2001) — film-veriliş İldırımlı yollarla (film, 2001) — film estetikalı portretlər silsiləsi …Və alqışlar, alqışlar (film, 2001) — etüd Başlanğıc (film, 2001) — etüd Səhnəyə aparan yol (film, 2001) — etüd "Edelveys" və dəmir biləklər (film, 2001) — sənədli-xronikal Qırmızı rəngin ekspressiyası (film, 2002) — elmi-kütləvi Yaşıl rəngin qamması (film, 2002) — elmi-kütləvi Qara rəngin harmoniyası (film, 2002) — elmi-kütləvi Baş tutmayan səfər (film, 2002) — detektiv araşdırma Payız (film, 2002) — etüd Lənkəran (film, 2002) — etnoqrafik etüd Quba (film, 2002) — etüd Səkkiz dəqiqəlik düşüncə və ya xarı bülbül (film, 2002) — film-düşüncə Özgə vaxtın doğma anları (film, 2002) — portret Cəsarətin heyrət məqamı (film, 2002) — sənədli Tanrı adamı (film, 2002) — portret Jurnalist (film, 2002) — portret Çətin sınaqlar (film, 2002) — sənədli film İsmipünhan (film, 2002) — sənədli film Güzgü (film, 2002) — etüd Pərdəsiz səhnə (film, 2002) — etüd Bizi oyatmayın (film, 2002) — sənədli Ali məqam (film, 2002) — ədəbi-bədii kompozisiya Yaddaş etüdləri (film, 2002) — etnoqrafiya Yaddaş etüdləri-2 (film, 2002) — etnoqrafiya Yaddaş etüdləri-3 (film, 2002) — etnoqrafiya Qoru və artır (film, 2002) — tanıtım Həzrə (film, 2002) — etnoqrafiya Zamanın sığalı (film, 2002) — etnoqrafiya Qusar (film, 2002) — etüd İlham Əliyev. Yeni neftin strategiyası (film, 2002) — siyasi portret İlham Əliyev. "Olimp"in fəthinə doğru (film, 2002) — siyasi portret İlham Əliyev. Diplomatiyada uğur rəmzi (film, 2002) — siyasi portret İlham Əliyev. Ümidlərin gerçəklik məqamı (film, 2003) — siyasi portret Hərb tariximizdən. Atropat (film, 2003) — elmi-kütləvi Sükutun səsi (film, 2003) — müəllif filmi Göy rəngin melodiyası (film, 2003) — elmi-kütləvi Bir haqq bayrağı var əlimdə (film, 2003) — kompozisiya Ağ rəngin simfoniyası (film, 2003) — elmi-kütləvi Zəhmətlə yoğrulanlar (film, 2003) — etnoqrafiya Qalanın əfsanəsi (film, 2003) — etnoqrafiya Torpağa bağlananlar (film, 2003) — etnoqrafiya Yaddaşın əbədi yükü (film, 2003)- etnoqrafiya Dövlətin vizit vərəqi (film, 2004) — tanıtım Novruz töhfələri (film, 2004) — elmi-kütləvi Qədim Azərbaycanın abidələri (film, 2005) — tanıtım Qarabağ xanəndələri (film, 2005) — tanıtım Şəfiqə Axundova (film, 2005) — portret Rəqslər (film, 2005) — elmi-kütləvi Ağaxan Abdullayev (film, 2005) — portret Xanım İsmayılqızı (film, 2005) — portret Arif Babayev (film, 2005) — portret Ağacəbrayıl Abbasəliyev (film, 2005) — portret Köhnə… Yeni Naxçıvan (film, 2006) — tanıtım Novruz Bayramı (film, 2006) — film-konsert, ssenari müəllifi Azərbaycan... Əbədiyyət yolu (film, 2006) — tanıtım-tolerantlıq Azərbaycan. Vahid Məmləkət (film, 2006) — video-art Heydər Əliyev. Dünyaya pəncərə (film, 2006) — portret Azərbaycanın mədəni irsinə qarşı müharibə (film, 2007) — sənədli Heydər Əliyev. Vətənin keşiyində (film, 2007) — portret Heydər Əliyev. Azərbaycan mədəniyyətinin hamisi (2007) — portret Ömər Eldarov. Monoloq (2007) — sənədli 125 illik yol — sənədli Həqiqətin özü (film, 2008) — sənədli Sofya (2008) — sənədli Sualtı səltənətimiz (2008) — sənədli Parisli azərbaycanlı. Ramiz Abutalıbov (2009) — sənədli Həqiqətin özü (3 bölümlü, Türk dilində sənədli film, 2009) — sənədli Sualtı səltənətimiz (3 bölümlü sənədli film, 2009) — sənədliMontaj üzrə rejissor kimi Yaddaşın keçdiyi yol (film, 2001) — etnoqrafiya Elegiya (film, 2005) — portret Unudulmuş qəhrəman (film, 2005) — sənədli Həyat formulu (film, 2005) — sənədli Azərbaycan... Əbədiyyət yolu (film, 2006) Bakıdan Helsinkiyə (film, 2006) — tanıtımProdüser kimi Bir gecə (film, 2002) — film-tamaşa Sərçələrin payı (bədii film, 2011) — sənədli Tbiliso (bədii film, 2013) — sənədli Səsdən usanmışlar (bədii film, 2014) — sənədli Düdəngədən Münhenə (sənədli film, 2015) — sənədli Qars vətənimdir (film, 2016) (Hacalı Nəcəfoğlu haqqında portret) — sənədli Səssiz zaman (bədii film, 2016) — sənədli Sakit gün (film, 2016) — sənədli Ürək yaddaşı (film, 2016) — sənədli İqlimlər (film, 2016) — sənədli Bu Azərbaycan sirkidir (film, 2016) — sənədli Atadan oğula (film, 2017) "Əsgərlər unudulanda ölürlər" (sənədli film)Əsgərlər unudulanda ölürlər . azertag.az, 11.10.2018Mətn oxuduğu film Qədim şəhərin hekayəti (film, 2003) — etnoqrafiyaSsenari müəllifi kimi Azərbaycan. Vahid Məmləkət (film, 2006) — video-artLayihə rəhbəri kimi'' Qədim yurd yeri — Yevlax (sənədli film, 2014) — sənədli

İstinadlar

Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Bakıda doğulanlar