() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. QlobalIUCN Statusu: LC.

Qısa morfoloji təsviri Ağacdır, yarpaqları qabıqlı, kənarları qeyri-hamardır, yumurtavaridir və ya yumurtavari-lansetşəkillidir, kənarlardan qatlanmış iti dişlidir, üstdən tend-yaşıl, hamar və ya kələ-kötür, alt hissədən boz-yaşıl rənglidir. Uzunluğu 4-8 sm, eni 2,5-5 sm-dir. Meyvələri şarvaridir, qırmızımtıl-sarı rənglidir və ya tünddür. Toxumları qırışlıdır. Yarpaqlaması və çiçəkləməsi eyni vaxtda baş verir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə sentyabr-oktyabr aylarına baş verir. Aşağı və orta dağ qurşağında, meşə və meşə olmayan rayonlarda qaya və daşlıq yerlərdə rast gəlinir.

Bioloji xüsusiyyətləri Qafqaz dağdağanı adi dağdağana çox bənzəyir. Təbiətdə hündürlüyü 15 m-ə qədər olan ağacdır. Yarpaqları kiçik olub, 4,5 sm-ə qədər uzunluğunda və 2-4 sm-ə qədər enində ola bilir. Yumurtaşəkillidir və kənarlarında dişlərin sayı azdır. Yarpağın üst hissəsi tüksüz, alt tərəfi isə tüklüdür. Yetişmiş meyvələri parlaq qırmızı və ya qəhvəyi rəngdə olub, üzəri girintili-çıxıntılıdır. Çiçəkləri yarpaqlar əmələ gəlməmişdən qabaq oyanır. Meyvəsi 10 mm-ə qədər diametrində ola bilir. Dəniz səviyyəsindən 1400 m-ə qədər yüksəkliklərdə bitir.

Yayılması Böyük Qafqazın şər və qər hissələri, Qobustan, Bozqır yaylası, Kiçik Qafqazın şimal, cənub və mərkəzi hissələri, Lənkəran ovalığı.

Sayı və tendensiyası Populyasiyanın vəziyyətinin və təbii bəroanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyillidir.

Məhdudlaşdırıcı amillər Populyasiyanın zəif təkrarlanması. 

Mühafizə tədbirləri Növün nəzarətə götürülməsi və mütəmadi monitorinqlərin aparılması təklif olunur. 

Ümumi yayılması Qazaxıstan, İran, Əfqanıstan, Türkmənistan, Gürcüstan, Türkiyə, İraq və Pakistanda təbii arealları vardır.

Azərbaycanda yayılması Böyük Qafqazın şər və qər hissələri, Qobustan, Bozqır yaylası, Kiçik Qafqazın şimal, cənub və mərkəzi hissələri, Lənkəran ovalığı.

Təbii ehtiyatı Təbii ehtiyatı Azərbaycanda çox deyildir.

Çoxalması Çiçəkləmə sentyabr-oktyabr aylarına baş verir. Əsasən toxumla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir. Populyasiyanın vəziyyətinin və təbii bəroanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyillidir.

Becərilməsi Məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı kitabı"na daxil edilməsi tövsiyə olunur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İraq florası Kateqoriya:Türkiyə florası Kateqoriya:Əfqanıstan florası Kateqoriya:İran florası Kateqoriya:Pakistan florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Mərkəzi Asiya florası Kateqoriya:Qərbi Himalay florası