Qımırlı — Azərbaycan Respublikasının Qax rayonunun Qax İngiloy kənd inzibati ərazi dairəsində kənd.
Əhalisi 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Qımır kəndində milli tərkibi muğallardan ibarət 153 ailə yaşayırdı.Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168 Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 14 təsərrüfatda hər iki cinsdən toplam 27 nəfər əhali yaşayır.Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat
Toponimikası Qımırlı oyk., düz. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Şəki r-nundakı Aşağı Göynük və Yuxan Göynük kəndlərindən gəlmiş ailələr Qımır adlı yerdə salmışlar. Görünür, kəndin ilk sakinləri bir vaxtlar Zaqatala r-nunun Qımır kəndindən köçüb gəlmiş ailələr olmuşlar.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Həmçinin bax Qax rayonu
Xarici keçidlər Azərbaycan Respublikasi Qax Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Qax rayonunun kəndləri