Britaniya imperiyası — Birləşmiş Krallıq və onun sələf dövlətləri tərəfindən idarə olunan dominion, koloniya, protektorat, mandat və digər asılı ərazilərdən təşkil olunan tarixi dövlət. Onun tarixi XVI əsrin sonu və XVIII əsrin əvvəlləri aralığında İngiltərə tərəfindən qurulan dəniz əraziləri və ticarət postları ilə başladı. Ərazisinə görə dünya tarixinin ən böyük imperiyası idi və yüz ildən artıq müddətdə dünyanın ən böyük qlobal gücü olmuşdu. 1913-cü ilə qədər Britaniya imperiyasının hakimiyyəti altında olan ərazilərdə 412 milyon insan yaşayırdı — bu o dövrdə yer üzərində yaşayan ümumi əhalinin -i demək idi.Maddison 2001, p. 97: "The total population of the Empire was 412 million [in 1913]"; Maddison 2001, pp. 241: "[World population in 1913 (in thousands):] 1 791 020". İmperiya 1925-ci il etibarilə sahəsi ilə dünya ümumi quru sahəsinin -ə hökmdarlıq edirdi. Nəticədə, onun konstitusiyon, hüquqi, linqvistik və mədəni irsi geniş şəkildə yayılmışdır. Gücünün ən pik olduğu dövrdə ərazilərindən ən az biri üzərində günəşin olduğu mənasına gələn "üzərində heç vaxt günəş batmayan imperiya" olaraq adlandırılırdı.Jackson, pp. 5–6.
XV və XVI əsrlərin Coğrafi kəşflər dövründə Portuqaliya və İspaniya yer kürəsinin Avropa tərəfindən tədqiq edilməsində qabaqcıl rol oynamış və bu proses ərzində geniş dəniz ərazilərinə sahib imperiyalara çevrilmişdilər. Bu imperiyaların əldə etdiyi böyük sərvətə paxıllıq edənRusso 2012, p. 15 chapter 1 'Great Expectations': "The dramatic rise in Spanish fortunes sparked both envy and fear among northern, mostly Protestant, Europeans.". İngiltərə, Fransa və Niderland Amerika və Asiya qitəsində öz ticarət şəbəkələri və koloniyalarını yaratmağa başladılar. XVII və XVIII əsrlərdə Niderland və Fransa arasındakı ardıcıl müharibələr İngiltərənin (1707-ci il Şotlandiya ilə birləşmə aktından sonra Britaniyaya çevrilmişdi) Şimali Amerikadakı müstəmləkəçilik siyasətində əsas gücə çevirmişdi. Britaniya 1757-ci ildəki Plessi döyüşündə Ost-Hind şirkətinin Moğol Benqalını işğal etməsindən sonra Hindistan yarımadasında da üstünlüyü ələ keçirdi.
ABŞ İstiqlal müharibəsi Britaniyanın 1783-cü ilə qədər Şimali Amerikadakı ən qədim və ən çox məskunlaşılan müstəmləkələrinin bir hissəsini itirməsiylə nəticələndi. Britaniyalılar diqqətlərini Asiya, Afrika və Sakit okeana yönəltmişdilər. Fransanın Napoleon müharibələrində (1803–1815) məğlub olmasından sonra Britaniya XIX əsrin dəniz və imperiya gücünü ələ keçirdi və imperiya ərazilərini genişləndirdi. Nisbi sülh dövründə (1815–1914 – bu dövr daha sonralar "Britaniya Sülhü" mənasına gələn adlandırılmışdı) qlobal hegemona çevrildi. Britaniya keçmişdə idarə etdiyi ərazilərə yenidən nəzarəti ələ keçirmiş, o cümlədən Asiya və Latın Amerikası kimi bir çox bölgənin iqtisadiyyatına nəzarət edərək dünya ticarətində böyük üstünlüyə sahib olmuşdu.Porter, p. 8.Marshall, pp. 156–57. Muxtariyyəti olan ərazilərin yüksəlmiş dərəcələri ağ məskunlaşan koloniyalara hədiyyə edilmiş, bəziləri isə dominion kimi yenidən sinifləşdirilmişdi.
XX əsrin əvvəllərində artıq Almaniya və ABŞ Britaniyanın iqtisadi liderliyinə meydan oxumağa başlayırdı. Britaniya və Almaniya arasındakı hərbi və iqtisadi təzyiqlər Birinci Dünya müharibəsinin əsas səbəbləri idi. Bu müharibədə Britaniya öz imperiyasına çox güvənirdi. Münaqişə onun hərbi, maliyyə və insan resursları üzərində böyük dağıntı yaratmışdı. İmperiya ən geniş sərhədlərinə Birinci Dünya müharibəsindən dərhal sonra çatsa da, Britaniya artıq hərb və ya sənaye cəhətdən dünyanın qabaqcıl ölkəsi deyildi. İkinci Dünya müharibəsində Britaniyanın Şərq və Cənub-Şərqi Asiyadakı koloniyaları Yaponiya tərəfindən işğal edildi. Müharibə Britaniya və onun müttəfiqlərinin ümumi qələbəsi ilə nəticələnsə də, Britaniyanın prestijinə dəyən zərər onun çöküşünü sürətləndirən faktorlardan biri oldu. İmperiyanın ən dəyərli və ən çox insanın yaşadığı mülkü olan Hindistan geniş dekolonizasiya hərəkatı nəticəsində müstəqillik qazanmışdı. Britaniya bu hərəkatların artmasından sonra bir çox ərazisinə müstəqillik vermişdi. Süveyş böhranı Britaniyanın qlobal gücünün zəiflədiyini təsdiqlədi, 1997-ci ildə Honkonqun Çinə verilməsi isə artıq Britaniya imperiyasının sonu mənasına gəlirdi. 14 dəniz ərazisi Britaniya suverenliyi altında qalmaqdadır. Müstəqillikdən sonra bir çox keçmiş Britaniya koloniyası müstəqil dövlətlərin azad birliyi olan Millətlər Birliyinə qoşuldu. Bunlardan 16-ı, Birləşmiş Krallıq da daxil olmaqla ümumi monarx (hal-hazırda da III Çarlz) tərəfindən idarə olunur.
Mənşəyi (1497–1583) thumb|upright|Con Kabotun Yeni dünyaya ikinci səyahətində istifadə etdiyi gəmisi Matthew-un yenidən hazırlanmış versiyası Britaniya imperiyasının kökləri İngiltərə və Şotlandiya iki ayrı krallıq olduğu dövrə uzanır. 1496-cı ildə VII Henri İspaniya və Portuqaliyanın dəniz ərazilərinin tədqiqatındakı uğurlarından sonra Con Kabota Şimali Atlantika vasitəsilə Asiyaya su marşrutunu kəşf etməli olan səyahətə başçılıq etməyi tapşırdı. Kabot Avropanın Amerikanı kəşf etməsindən 5 il sonra, 1497-ci ildə səyahət etdi, ancaq Nyufaundlendin sahilinə lövbər saldı və səhvən Kolumb kimi Asiyaya çatdığına inandı.Andrews 1985, p. 45. Onun koloniya qurmaq cəhdi yox idi. Kabot növbəti il Amerika qitəsinə yenidən səyahət etsə də, o və onun gəmilərinin aqibəti heç vaxt bilinmədi.
XVI əsrin son onilliklərində, I Elizabetin hakimiyyət illərinə qədər Amerikada ingilis koloniyası qurmaq üçün başqa cəhd edilmədi.Canny, p. 35. Eyni vaxtda, 1533-cü il Müraciətlərin Məhdudlaşdırılmasına Dair Qanun "İngilərə krallıq ərazisinin imperiya olduğunu" elan etdi.Koebner, pp. 29–52. Protestant reformasiyası İngiltərə və katolik İspaniyanı iki rəqib imperiyaya çevirmişdi. 1562-ci ildə Britaniya taxtı dəniz quldurları Con Hokins və Frensis Dreyki Qərbi Afrika sahilllərindəki, İspaniya və Portuqaliyaya aid qul gəmilərinə hücum etməyə təşviq etdi.Thomas, pp. 155–58 Məqsəd Atlantika qul ticarətini bölmək idi. Bu səylər nəticəsiz qaldı və daha sonra, ingilis-ispan müharibəsi intensivləşdikcə, Elizabet Amerikadakı İspan limanları və Yeni dünyanın sərvətləri ilə qayıdan gəmilərinə hücum etmək üçün yürüşlərə öz xeyir-duasını verdi. Eyni vaxtda, Riçard Hakluyt və Con Di (Di "Britaniya imperiyası" terminini ilk istifadə edən şəxs idi)Canny, p. 62. kimi yazarlar İngiltərənin öz imperiyasını yaratdığını yazırdılar. Bu vaxt qədər İspaniya Amerika qitəsində üstün gücə çevrilmiş, Sakit okeanı tədqiq etməyə başlamışdı. Portuqaliya Afrika və Braziliya sahillərindən Çinə qədər ticarət postları və qalaları qurmuşdu. Fransa Müqəddəs Lavrentiya çayı ərazisində ilk məskunlaşma ərazilərini yaratmışdı (Bu ərazilər daha sonra Yeni Fransaya çevrilmişdi).Lloyd, pp. 4–8.
İngiltərə Portuqaliya, İspaniya və Fransanın arxasınca dəniz ərazilərində koloniyalar qurmaq istəsə də, o ilk dəniz koloniyasını XVI əsrdə İrlandiyada qura bilmişdi. Bura İngiltərədən gətirilən protestantlar 1169-cu ildə İrlandiyanın Norman işğalına qədərki dövrün presedentlərindən faydalanırdılar.Canny, p. 7.Kenny, p. 5. İrlandiyada koloniya qurmağa kömək edən bir neçə insan, xüsusilə də Qərb Ölkəsi Adamları daha sonra Şimali Amerikanın erkən koloniyalaşdırılmasında aktiv rol oynamışdı.Taylor, pp. 119,123.
İngiltərənin dəniz mülkləri (1583–1707)
I Elizabet Hamfri Gilbertin dəniz ərazilərinin tədqiqatı və kəşflər üçün səyahətə çıxmağına razılıq verdi.Andrews, p. 187. Həmin il Gilbert dəniz quldurluğu və Şimali Amerikada koloniya qurmaq üçün Karib hövzəsinə doğru ekspedisiyaya başlasa da, bu missiya Atlantik okeanı keçmədən dayandırıldı.Andrews, p. 188.Canny, p. 63. O, 1583-cü ildə ikinci dəfə cəhd etdi. Bu dəfə o, rəsmi şəkildə Nyufaundlend adasına qarşı iddia qaldırdı, ancaq burada heç bir yeni məskunlaşan qalmamışdı. Gilbert İngiltərəyə geri qayıdarkən, səyahət zamanı öldü. Onun yerinə Gilbertin qardaşı Volter Reli keçdi. Reliyə 1584-cü ildə Elizabet tərəfindən maliyyə dəstəyi verilmişdi. Sonrakı il Reli bugünkü Şimali Karolina sahillərində Roanoke Koloniyasını yaratsa da, tədarük çatışmazlığı koloniyanın uğursuz olmasına səbəb oldu.Canny, pp. 63–64.
1603-cü ildə Şotlandlar kralı VI Ceyms İngiltərə taxtına çıxdı (I Ceyms kimi) və 1604-cü ildə İspaniya ilə münaqişəni dayandıran London müqaviləsiüçün danışıqlar apardı. Artıq əsas rəqibi ilə sülh bağlayan İngiltərənin diqqəti digər dövlətlərin kolonial infrastrukturuna yiyələnmək yerinə, öz dəniz ərazilərini qurmaq məsələsinə yönəldi.Canny, p. 70. Britaniya imperiyası XVII əsrin əvvəllərində Şimali Amerika və daha kiçik Karib adalarında ingilis yaşayış yerləri və ən məşhuru Ost-Hind şirkəti olan, səhmdar cəmiyyətləri qurmaqla formalaşmağa başladı. Belə şirkətlər koloniyaların və dəniz ərazilərindəki ticarətin administrasiyasını aparmaq üçün təsis edilmişdi. XVIII əsrin sonuna doğru ABŞ İstiqlal müharibəsindən sonra on üç koloniyanın itirildiyi dövrə qədərki period bəzi tarixçilər tərəfindən "Birinci Britaniya imperiyası" olaraq adlandırılır.Canny, p. 34.
Afrika, Amerika və qul ticarəti
Karib hövzəsi ilk başda İngiltərənin ən vacib və ən mənfəətli koloniyası olsa da,James, p. 17. bundan əvvəlki bir neçə cəhd uğursuzluqla nəticələnmişdi. Qayanada 1604-cü ildə qurulan koloniya cəmi iki il yaşadı və qızıl depozitləri tapmaq baxımından uğursuz oldu.Canny, p. 71. Sent-Lüsiya (1605) və Qrenadanin (1609) eyni aqibətlə üzləşməsinə baxmayaraq, Sent-Kits (1624), Barbados (1627) və Nevisdə (1628) yaşayış yerlərinin salınmasına müvəffəq olunmuşdu.Canny, p. 221. Koloniyalar tez bir zamanda şəkər plantasiya sistemini qəbul etdilər. Qul əməyindən asılı olan bu sistem Braziliyadakı portuqallar və qul satıb, şəkər alan holland gəmiləri tərəfindən müvəffəqiyyətlə istifadə edilirdi.Lloyd, pp. 22–23. Bu ticarətin gedərək artan mənfəətinin ingilislərin əlində qalmasını təmin etmək üçün parlament 1651-ci ildə qərar qəbul etdi. Qərara görə, ingilis koloniyalarındakı ticarəti təmin etmə hüququ sadəcə ingilis gəmilərinə verilirdi. Bu, Vahid Hollandiya Vilayətləri ilə gərginliyə səbəb oldu və holland-ingilis müharibələrini başlatdı. Münaqişənin nəticəsi Amerika qitəsində İngiltərənin Amerika qitəsində mövqeyinin güclənməsi ilə nəticələndi.Lloyd, p. 32. İngiltərə 1655-ci ildə ispanların Yamayka adasını özünə birləşdirdi. 1666-cı ildə Baham adaları da ingilis koloniyasına çevrildi.Lloyd, pp. 33, 43.