Abbasov Nizami Vəli oğlu (Nizami Abbas) () — Azərbaycan operatoru, rejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü.

Həyatı Nizami Abbas 1 yanvar 1957-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində anadan olmuşdur. Ali təhsillidir. 1988-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperator fakültəsini bitirmişdir. 1974–1975-ci illərdə "Lenfilm" kinostudiyasında operator köməkçisi işləyib. 1976-cı ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator işləyir. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinin iştirakçısı olub. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Sənədli Filmlər Kino-Telestudiyası"nın bədii rəhbəri olub.

Çəkdiyi "Balaban" sənədli filmi 2015-ci ildə "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.

Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif olunub.

Ailəlidir, 1 övladı var.

Filmoqrafiya Adam (film, 2010) Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) — quruluşçu operator Ağ-qara dünya (film, 1991) — operator (sənədli film) Axırıncı addım (film, 1989) — operator (sənədli film) Aman, ayrılıq (film, 1989) Aşiqi sadiq (film, 2014) Azadlığa gedən yollar (film, 1990) — operator (sənədli film) Azadlıq elçisi (film, 1993) Azərbaycan xalçası (film, 2009) Azərbaycan mətbəxi: Dadsonrası dad (film, 2015) Azərbaycan rəngkarlığının kraliçası (film, 2009) Azərbaycan: Tarixdən səhifələr (film, 2008) — rejissor, operator (sənədli film) Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (film, 1987) Batalyon (film, 2016) Bəşəriyyətin beşiyi (film, 2011) Bəyaz həyat (film, 2003) — quruluşçu operator (çoxseriyalı bədii film) Bu Naxçıvandır (1999) — operator (sənədli film) Çoxsahəli pambıq əkini sahələrində balanslaşdırılmış yem bitkiləri (film, 1984) Dözümlü minarələr (film, 1991) El bir olsa... (film, 1989) Elan olunmamış müharibə (film, 1994) — ssenarist, rejissor, operator (sənədli film) Etimad telefonu (film, 2001) Əlvida, cənub şəhəri (film, 2006) Əzablı yollar (film, 1995) — operator (sənədli film) General Hüseyn Rəsulbəyov (film, 1998) İlk komandir (film, 2015) Haqq aşığı (film, 2021) Kamandar olimpiya çempionudur (film, 1989) Kədərimiz... Vüqarımız... — operator (qısametrajlı sənədli film) Kiçik leytenant (film, 1996) — quruluşçu operator (bədii film) Kinorejissor Arif Babayev (film, 2000) — operator (sənədli film) Kinorejissor Həsən Seyidbəyli (film, 2002) — operator (sənədli film) Qəm karvanı (film, 1990) — rejissor, operator (sənədli film) Qobustan (film, 2005) — rejissor, operator (sənədli film) Qoca palıdın nağılı (film, 1984) — ikinci operator (tammetrajlı bədii film) Qocalar (film, 2008) — kreativ prodüser (qısametrajlı bədii film) Qocalar, qocalar... (film, 1982) — operator assistenti (tammetrajlı bədii film) Laçının son günləri (film, 1992) — rejissor, operator (sənədli film) Mayak (film, 2012) — operator (qısametrajlı bədii film) Məhəmməd Füzuli (film, 1989) — operator (sənədli film) Meydan (film, 1989) — operator (sənədli film) Müharibənin iki üzü (film, 1991) — rejissor, operator (sənədli film) Naməlum torpaq (film, 1992) — operator (sənədli film) Narahat adam (film, 2005) — rejissor, operator (tammetrajlı sənədli film) Nəsrulla Nəsrullayev (film, 1999) — operator (qısametrajlı sənədli film) Pəhləvan komandir (film, 2016) Sahibi kimdir? (film, 1988) Səma şairi (film, 2003) — operator (sənədli film) Sən həmişə bizimləsən (film, 1997) Sərhəd (film, 1990) — rejissor, operator (sənədli film) Sınmış zəncirlər (film, 1997) — operator (sənədli film) Sirli bənövşə Sürüşmə (film, 1991) — rejissor, operator (qısametrajlı sənədli film) Şeytan göz qabağında (film, 1987) — quruluşçu operator (tammetrajlı bədii film) Şeytanbazar (film) — rejissor, operator (sənədli film) Şəhidlik zirvəsi (film, 2001) Tənha narın nağılı (film, 1984) — ikinci operator (tammetrajlı bədii film) Üfüqü ötənlər (film, 2011) — operator Yaşa, qızıl balıq (film, 1988) — quruluşçu operator (qısametrajlı bədii film)

İstinadlar

Xarici keçidlər "Batalyon" batalyonun qəhrəmanlığından danışır

Kateqoriya:Azərbaycan kinooperatorları Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:Şəmkir rayonunda doğulanlar