Əbun-Nəcib Sührəvərdi (; ) — Azərbaycan türkü, hüquqşünas alim, sufi mütəfəkkir, mötədil sufizmin nümayəndəsi.Misbah Islam – Decline of Muslim States and Societies, səh 234
Həyatı Əbun-Nəcib Sührəvərdinin 1097-ci ilin yanvar, yaxud fevral ayında Zəncan yaxınlığındakı Sührəvərd qəsəbəsindəIbn Khallikan's Biographical dictionary, səh 152 anadan olmuş, Bağdada gedərək orada Nizamiyyə mədrəsəsində təhsil almışdır.Zakir Məmmədov. Sührəvərdi Əbunnəcib. Azərbaycan Sovet Ensiklopediyası. IX cild. Bakı,1986. səh. 112
AMEA-nın müxbir üzvü Zakir Məmmədov orta əsr mənbələrində Əbun-Nəcib Sührəvərdinin gənclik illərində yoxsul həyat sürməsi, Ziyaəddin və Nəcibəddin ləqəbi ilə tanındığını bildirərək qeyd edir ki, Tacəddin Sübki onun Dəclə sahilində uçuq bir evi olduğunu, özü və dostlarının oraya sığındığını yazmışdır.Zakir Məmmədov. Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978. səh. 53 Yaqut Həməvi halal zəhmətlə dolanan mütəfəkkir haqqında yazır:
O, Bağdadda su daşıyar, öz qazancını yeyərdi.Закир Мамедов. Азербайджанские философы и мыслители средневековья. Баку, 1993
Çətin güzəran, zəhmətli günlər keçirən Əbun-Nəcib Sührəvərdi görkəmli alim, böyük sufi şeyxi kimi şöhrət qazanaraq Nizamiyyə mədrəsəsində dərs demiş, bir müddət Şərqin ilk və ən böyük universitet tipli təhsil mərkəzi olan Nizamiyyə mədrəsəsinə başçılıq etmişdir.Ian Richard Netton – Seek knowledge: thought and travel in the house of Islam, səh 71 Əbun-Nəcib xalq arasında böyük nüfuza malik sufi şeyxi kimi tanındığı üçün onun hüququ hakim dairələr tərəfindən toxunulmaz olmuşdu: mütəfəkkir təqib olunan şəxslərə öz sufi ribatlarında yer verməkdən belə çəkinməmişdir. Zakir Məmmədov Tacəddin Sübkinin kitabına əsasən belə bir faktı yazır:
"Əbun-Nəcib Sührəvərdi sultandan, xəlifədən və başqalarından qorxmayıb, ona pənah gətirənləri müdafiə etmiş, onlar təhlükədən sovuşmuşlar."
Mənbələrdə Əbun-Nəcib Sührəvərdinin Əbdürrəhim və Əbdüllətif adlı iki oğlu yad edilir. Onlardan biri sufi, digəri isə hüquqşünas alim olmuşdur.Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi, Bakı, 1994
AMEA-nın müxbir üzvü Zakir Məmmədov mənbələr əsasında belə qənaətə gəlmişdir ki, Əbun-Nəcib Sührəvərdi 8 aprel 1168-ci ildə vəfat etmiş, Bağdadın cənub qərb səmtində Dəclə sahilində öz ritablarından birində dəfn olunmuşdur.Zakir Məmmədov. Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978
Yaradıcılığı Əbun-Nəcib Sührəvərdinin əsas əsərləri "Təsəvvüfə dair müridlərin davranış qaydaları" (Ədəb əl-müridin fit-təsəvvüf),Daphna Ephrat – Spiritual wayfarers, leaders in piety: Sufis and the dissemination of Islam, Стр. 124Mohamed Taher – Encyclopaedic survey of Islamic culture, Том 13, səh 61 "Allahın gözəl adlarının şərhi" (Şərh əl-Əsma əl-Hüsnə), "Çıraqların qəribəsi" (Qərib əl-məsabih) traktatlarıdır.
Zakir Məmmədov Əbun-Nəcib Sührəvərdinin təlimi haqqında yazır ki, sufi təliminin mötədil qoluna mənsub mütəfəkkirin nəzərində təsəvvüf şəriətdən başlayıb, təriqətdən (mənəvi kamillik yolundan) keçərək həqiqətdə sona yetir. Birinci mərhələ elm, ikinci mərhələ əməl, axırını isə ilahi vergi ilə səciyyələnir. O, bu mənada deyir: "Təsəvvüfün əvvəli elm, ortası əməl, axırı ilahi vergidir. Elm muradı aşkar edir, əməl tələbi müəyyənləşdirir, ilahi vergi ümid qayəsinə çatdırır."
Həmçinin bax Sührəvərdilik Təsəvvüf
İstinadlar
Kateqoriya:Zəncanda doğulanlar Kateqoriya:Sührəvərddə doğulanlar Kateqoriya:Bağdadda vəfat edənlər Kateqoriya:İran şəxsləri