thumb|250px|right

Mari El Respublikası (, , ) — Rusiya Federasiyası subyektlərindən biri. Mari xalqının keçmiş adı - Çirmiş xalqı. Volqa Federal Dairəsinə daxildir. 4 noyabr 1920-ci ildə Mariya muxtar vilayəti kimi yaradılmışdır. Respublika kimi 1936-cı ildən fəaliyyət göstərir. Dövlət dilləri mari dili və rus dilidir.

Tarixi Finn-uqor tayfaları qədim zamanlardan Rusiyanın müasir Avropa hissəsinin ərazisində məskunlaşmışlar. Mari El Respublikasının ərazisində e.ə. birinci minilliyə aid arxeoloji mənbələr qorunub saxlanılmışdır. IX əsrdən etibarən marilər şərqə doğru hərəkət edən və Rostov, Qaliç, Yaroslavl, Suzdal, Vladimir və 1221-ci ildə Nijni Novqorod şəhərlərini quran slavyan və slavyan-fin xalqları ilə təmasda oldular. Tədricən xristianlığı qəbul adən qərb mariləri slavyanlaşaraq assimilyasiya oldular, xristianlığı qəbul etmək istəməyənlər isə şərqə qaçdılar.

Coğrafiya Respublikanın ərazisi 23.2 min kvadrat kilometrdir *. Torpaqlarının 57%-i meşələrlə örtülüdür. Respublikada 476 çay axır. Bu axar sular ümumiyyətlə noyabr-aprel ayları arasında donur. Həmçinin 200 göl var. Mari El Şərqi Avropa düzənliyinin şərqində, Volqa çayının orta axınında yerləşir. Respublikanın əksər hissəsi Volqanın sol sahilində yerləşir.

Faydalı qazıntıları torf, gil, tikinti daşı, əhəng daşı, şüşə və silikat qumları, mineral bulaqlardır.

İqlimi uzun sürən soyuq qış və isti yayı ilə mülayim kontinentaldır. Noyabr ən küləkli aydır. Qış, bir qayda olaraq, noyabr ayında başlayır. Mari El Respublikası qış idman növləri ilə məşğul olmaq üçün əla yerdir. Bahar ümumiyyətlə, sərin və quru keçir. Canavar, qonur ayı, tülkü, sığın, vaşaq, qunduz, köstəbək kimi heyvanlar burada yaşayır.

Əhali Rosstatın məlumatına görə, respublikanın əhalisi 680 397 nəfərdir (2019). Əhalinin sıxlığı 29,11 nəfər/km²-dir(2019). Şəhər əhalisi 66,34 %-dir (2018). Yoşkar-Ola və Voljsk şəhər əhalisi, eləcə də Yoşkar-Ola ətrafı və respublikanın qərbindəki bir sıra kəndlərdə ruslar üstünlük təşkil edir. Kənd yerlərində mari əhalisi üstünlük təşkil edir. Tatarlar əsasən Yoşkar-Ola, Voljsk şəhərlərində və Zveniqovski, Mari-Turek, Medvedevski, Morkin, Parangin rayonlarında kompakt şəkildə yaşayırlar. Respublikada tatarların üstünlük təşkil etdiyi 36 yaşayış məntəqəsi, tatar dilinin tədris edildiyi 19 məktəb var. Tatar mədəniyyəti cəmiyyəti, Respublika Tatar Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Tatar dilində qəzet nəşr olunur, televiziya şousu verilirTatar ensiklopedik lüğəti. — Kazan, 1999..

1926 il nəfər % 1939 nəfər % 1959 il nəfər % 1979 il чел. % 1989 nəfər % 2002 ilВсероссийская перепись населения 2002 года : Население по национальности и владению русским языком по субъектам РФ nəfər % 2010 nəfər % Cəmi 482090 100,00 % 579610 100,00 % 647680 100,00 % 704207 100,00 % 749332 100,00 % 727979 <small> 100,00 % 696459 <small> 100,00 % Ruslar 210016 43,56 % 266951 46,06 % 309514 47,79 % 334561 47,51 % 355973 47,51 % 345513 <small> 47,46 % 313947 <small> 45,08 % Marilər 247979 51,44 % 273332 47,16 % 279450 43,15 % 306627 43,54 % 324349 43,29 % 312178 <small> 42,88 % 290863 <small> 41,76 % Tatarlar 20219 4,19 % 27149 4,68 % 38821 5,99 % 40917 5,81 % 43850 5,85 % 43377 <small> 5,96 % 38357 <small> 5,51 % Çuvaşlar 2184 0,45 % 5504 0,95 % 9065 1,40 % 8087 1,15 % 8993 1,20 % 7418 <small> 1,02 % 6025 <small> 0,87 % Ukraynalılar 86 0,02 % 1805 0,31 % 2728 0,42 % 4454 0,63 % 5344 0,71 % 5097 <small> 0,70 % 3601 <small> 0,52 % Udmurtlar 1205 0,25 % 1421 0,25 % 2481 0,38 % 2455 0,35 % 2457 0,33 % 2166 <small> 0,30 % 1932 <small> 0,28 % Ermənilər 2 0,00 % 52 0,01 % 292 0,05 % 652 0,09 % 440 0,06 % 1104 <small> 0,15 % 1003 <small> 0,14 % Beloruslar 49 0,01 % 357 0,06 % 750 0,12 % 1249 0,18 % 1404 0,19 % 1406 <small> 0,19 % 940 <small> 0,13 % Mordvalar 42 0,01 % 1618 0,28 % 1613 0,25 % 1686 0,24 % 1749 0,23 % 1255 <small> 0,17 % 862 <small> 0,12 % Azərbaycanlılar - - 22 0,00 % 165 0,03 % 224 0,03 % 520 0,07 % 1157 <small> 0,16 % 844 <small> 0,12 %

İqtisadiyyat Aparıcı sənaye sahələri — maşınqayırma və metal emalı (alət və cihazlar, avtomatlaşdırma vasitələri), meşə, ağac emalı və sellüloz-kağız, yüngül və yeyinti (ət və süd). Əsas sənaye mərkəzləri Yoşkar—Ola, Voljsk şəhərləridir. Kənd təsərrüfatının aparıcı sahəsi heyvandarlıqdır (südçülük və ət-südçülük, donuzçuluq, qoyunçuluq, quşçuluq, keçi yetişdirmə). Həmçinin taxıl (arpa, yulaf, çovdar, buğda) və yem bitkiləri, kətan, mayaotu, tərəvəz, kartof yetişdirilir.

Şəhərlər Yoşkar-Ola : 256.719 nəfər (2002-ci il siyahıya almasına əsasən)

İstinadlar

Kateqoriya:Rusiya respublikaları Kateqoriya:1920-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1936-cı ildə yaranmış dövlətlər və ərazilər