thumb|250px|right Tıva Respublikası (, ) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri.

Coğrafiya Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur. Yağıntının miqdarı 250–400 mm-dir. Əsas çayları Yenisey və onun qollarıdır. Respublika ərazisində çol landşaftı, dağ şabalıdı torpaqlar geniş yayılmışdır. Dağ yamaclarında qaraşam, dağlıq sahələrdə tundra bitkiləri yayılmışdır. Bu isə əkinçilik və heyvandarlığın inkişafına geniş imkanlar yaradır.

Əhali 2002-ci ildə aparılmış siyahıya almaya əsasən respublikada 305.510 , 1 yanvar 2007-ci ilə olan rəsmi təxminə əsasən isə 309.439 nəfər əhali yaşayır. Tıva Respublikası əhalisinin 60% - dən çoxu tıvalılardır. Əhalinin 47% - i şəhərlərdə, 53%- i kəndlərdə yaşayır. Böyük şəhərləri Qızıl, Şanqonar və Cadandır.

İqtisadiyyat Tıvada hasilat sənayesi, yüngül və yeyinti sənayesi, meşə-ağac emalı inkişaf etmişdir. Kənd təsərrüfatı dənli və yem bitkilərinin becərilməsi və heyvandarlıq istiqamətlidir. Heyvandarlıqda ətlik – südlük qaramal və zərifyunlu qoyunçuluq əsas yer tutur. Respublikanı xarici aləmlə bağlayan yeganə avtomobil yolu Qızıl – Minusinsk magistralıdır.

Rayonlar

Şəhərlər Qızıl – 104.105 nəfər (2002-ci il siyahıya almasına əsasən) Təbii fəlakət

27 dekabr 2011-ci il tarixində saat Moskva vaxtı ilə 19:22-də Kaa-Xem rayonunda (Kızıldan 100 km şərqdə) maqnitudası 6,7 olan 9,5 bal gücündə zəlzələ olub. Daha sonra isə 6 bal gücündə təkrar təkanlar (afterşok) baş verib.

İstinadlar

Xarici keçidlər Tuva Respublikası hökumətinin rəsmi veb səhifəsi

Həmçinin bax

Kateqoriya:Çin tarixi Kateqoriya:1992-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1944-cü ildə yaranmış dövlətlər və ərazilər