Nobert Yevdayev () — şair, yazıçı, rəssam, jurnalist.

1929-cu ildə Bakıda anadan olmuşdur. Şair, yazıçı, rəssam, jurnalist və bir sıra elmi işlərin müəllifidir. 1989-cu ildən ABŞ-də yaşayan həmyerlimiz orada Azərbaycanın AZEM Həmyerlilər Birliyinin sədridir. 2003-cü ildən Nyu Yorkda təsis etdiyi, rus və ingilis dillərində nəşr olunan "Novıy Rubej" qəzetinin baş redaktorudur.

Azərbaycan mədəniyyətinin Amerikada təbliğ olunması istiqamətində bir sıra tədbirlər təşkil etmişdir. Amerikadakı Azərbaycan diasporunun fəal nümayəndələrindən olan Nobert Yevdayev dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 mart 2006-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdurDünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə bir qrup ictimai xadimin təltif edilməsi haqqında .

İstinadlar

Xarici keçidlər

Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:ABŞ şairləri Kateqoriya:Azərbaycan yazıçıları