Qafqaz Albaniyasının toponimləri – Qafqaz Albaniyası ərazisində yayılmış toponimlər.
Mənbələrdə Albaniya ərazisində çoxlu yer adları çəkilir. II əsr müəllifi Klavdi PtolemeyVDİ, 1948, № 1 Albaniya ərazisində 29 yaşayış məntəqəsi və 5 çay adını çəkir. Bu toponimlərin mənşəyi haqqında geniş ədəbiyyat var, lakin demək olar, heç birinin mənası açılmamışdır. Prof. Q. Qeybullayev isə onun göstərdiyi Sanua, Qelda, Alam, Baruka, Tabilaka və İobula toponimlərini müvafiq olaraq Albaniyanın Xeni, Qelavu, orta əsrlərdə Olom, Ulam və müasir Berikey (Dərbənd rayonunda), Tövlə (Qəbələ rayonu) və Balakən adları ilə qarşılaşdırır. Maraqlıdır ki, Ptolemey Sioda toponimini Kürlə Arazın birləşdiyi yerdə (təxminən indiki Cavad kəndinin yerində) olduğunu qeyd edir. Ehtimal ki, bu toponim Suv-ada çayların qovuşduqları yürdə üç tərəfdən su ilə əhatə olunan ada formalı yer sözüdür və Suada toponimi zaman keçdikcə Cavad formasını qəbul etmişdir. Ptolemeyin qeyd etdiyi Alban, Qelda, Kamexiya, Osika və Tilbida toponimləri müvafiq surətdə Albaniyanın Alban, Gel, Şamake, Şaka və Silb tayfalarının adlarını əks etdirir. Ptolemeyin qeyd etdiyi Alam toponimi türkcə olam, olom keçid sözündən ibarətdir. İori və Alazan çaylarının qovuşuğunda orta əsrlərdə Olom toponimi vardı.
Albaniya toponimlərinin çoxu Musa Kalankatlının Alban tarixində qeyd edilmişdir, lakin tədqiqat göstərmişdir ki, bu mənbədə göstərilən yer adlarını iki qismə ayırırlar: Albaniyada yaşamış tayfaların adlarını əks etdirənlər; yerin müsbət və mənfi relyef formalarını bildirən sözlərdən ibarət adlar. Birinci qrupa Habant, Arajank, Arandjinak, Aranrot, Qarqar, Qoroz, Kanqark, Kolb, Kolt, Medz-Arank, Medz-Kolmank, Pazkank, Trtu, Tuçkatak, Çol, Çur, Xarqlank, Xunanakert və s. aid edilir. Bu toponimlərin Albaniyada yaşayan türkmənşəli Abant, Araz, Aran, Qarqar, Gorus, Kəngər, Kol (Kul), Çol (Çul), Peçeneq, Tərtər, Katak, Xun (Hun) tayfalarının adlarını əks etdirir. Albaniyanın Lpink, Lubnas, Hereti və Xeni toponimləri isə Dağıstanmənşəli tayfaların adlarını əks etdirir.
Antik və erməni mənbələrində A l a z a nStrabon, XI, 3, 2. – Albaniya ilə İberiya arasında sərhəd çaylarından birinin adı. Türkcə al qədim türkcə al – geniş sahə, böyük düzən, açıqlıqСевортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, I, səh 755 və özən (üzən) – çay, vadi sözlərindəndir. Dağlıq Altaydakı Alazan çayının adı ilə müqayisə olunurМолчанова О. Т. Топономический словарь Горного Алтая. Горно-Алтайск, 1979, səh 128.
K ü rStrabon, XI, 4, 2. – Albaniyanın içərisindən axan çayın adı. İlk tədqiqatlarda Qafqazmənşəli ad sayılmışdır.Алиев К. Г. О названии реки Кура. ДАН Азерб. ССР, 1959, № 4. Qafqaz albanlarının dilindəki "su anbarı" sözünə qarşılıq olduğu, yaxud II Kirin adı ilə adlandırıldığı düşünülür.Pospelov, E. M. Geograficheskie nazvaniya mira (Moskva, 1998), p. 231. Türkcə kür – bol (sulu), qüvvətli, sürətli, sarsılmaz, məğrurСевортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, III, səh 106 mənasına gəlir.
K e r a v nPtolemey, V, 8, 14. – Albaniyanın şimal-şərqdə Qafqaz dağlarında dağ adı. Yunanca "Κεραύνια ὄρη" — "ildırımın parçaladığı zirvələr" mənasına gəlir.Keraunia, Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon Dağıstanın Dərbənd bölgəsində indiki Qaranay oroniminin yunanca yazılışıdır. Türkcə qara və nay, nüy – meşə sözlərindən ibarətdir. 859-cu ildə ərəblərin Xəzər ölkəsindən Şəmkirə köçürdükləri ailələr özləri ilə bu adı da gətirmişlər. Şəmkir rayonunda Qaranuy toponimi var.
T a l q e – İndiki Pirallahı adasını er. əv. I əsr müəllifi Pomponi Mela Talqe, II əsr müəllifi Ptolemey Talka kimi yazmışlar. Türkcə tilqə sözündəndir (Midiyada Tilaşuri). I əsr müəllifi Pliniy bu adanı Zazata kimi yazmışdır. Türkcə saz – bataqlıq, yeraltı suların üzə çıxdığı sahə, gilli yerМурзаев Э. М. Словарь народных географических терминов. М., 1985, səh 491 (Azərbaycan dilində saz qamışlıq) və ada (bəzi türk dillərində, məsələn, özbəkcə ata) dörd tərəfi su ilə əhatələnmiş quru yer, ərazi sözlərindəndir.
T o s a r e n – Ptolemeyə görə, Kür sahili bölgələrdən birinin adıPtolemey, V, 12, 9. Türkcə tus – düz və aran – isti yer, düzən yer, qışlaq yerСевортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, III, səh 287 sözlərindəndir. Türkiyədə Arpaçay boyunda da bir çuxur bölgə Aran (digər adı Diqor-Qarabağ)Ямпольский 3. И. К изучению летописи Кавказской Албаний Изв. АН Азерб. ССР, серия общ. наук. 1957, № 9, səh 6 adlanır. Orta əsr ispan tarixçisi Antonio de Nebrixa (1441–1522) isə onu Ermənistan ərazisi kimi göstərir.Antonii
Nebrissensis … Dictionarium Redivivum Sive Novissimè Emendatum, Auctum, Locupletatum & In Meliorem Formam Restitutum: Pars Prima : Continens … Interpretationibus …
B a l a s a k a n – İlk dəfə III əsrdən adı çəkilir.Еремян С. Т. Раннефеодальные государства Закавказья в III–VII вв. "Очерки истории СССР". М., 1958 Türkcə pala – düzən, çöl sözüРадлов В. В. Опыт словаря тюркских наречий, т. I–IV, IV, 2, 1162 və sak etnonimindən olduğu güman olunur. I Şapurun Nəqşi Rüstəmində adı çəkilir.Richard Nelson Frye — The History of Ancient Iran
A r t s a k – Albaniyanın dağlıq bölgəsinin bir hissəsinin adı; Yuxarı Qarabağ. Türkcə art dağlıq ərazi, yüksəklikДревнетюркский словарь, М., 1969, səh 55 sözü və sak etnonimindən olduğu güman olunur. Şahin Mkrtçyana görə isə Albaniyanın ilk hökmdarı Aranın adından gəlir və "Ar(an)ın bağı" mənasındadır.Mkrtchyan, Shahen. Treasures of Artsakh. Yerevan: Tigran Mets Publishing, 2000, p. 10.
A r k u q e t – Sisakanda bir çayın adı. Arquçay hidroniminin ermənicə yazılışıdır. Türkcə arqu – yarğanlarla parçalanmış Древнетюркский словарь, М., 1969, səh 54 sözündəndir. Həkəri çayının yarğanlardan axan yuxarı hissəsinin adıdır.
B a l k – Sisakanda yaşayış məntəqəsi adı. Türkcə balk – şəhər, möhkəmləndirilmiş yerСевортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, II, səh 59 sözündəndir. Qədim ermənicə Balk kimi yazılmış bu toponimin çox qədim tarixi var: hələ er. əv. VIII əsrə aid Urartu mənbəində sonrakı Zəngəzur mahalına Urartu çarının hərbi səfəri ilə əlaqədar yazıda Velikuxi toponimi çəkilir. Bu toponimdəki uxi sözü urartu dilində şəkilçi olduğuna görə Velik kimi yazılmış toponim ermənicə yazılışda Balkdır. Keçən əsrə qədər Azərbaycanın Zəngəzur mahalında (indi Ermənistana aid hissəsində) Belek adlı kənd vardıПагиреев Д. Д. Алфавитный указатель к пятиверстной карте-Кавказского края. Тифлис, 1913, səh 31.
Q o ş – Arsakda kənd adı. Türkcə koş – müvəqqəti köç yeri, köçəbə, düşərgəРадлов В. В. Опыт словаря тюркских наречий, т. I–IV, II, 2, səh 626 sözündəndir.
D a s x o r a n – Albaniyada yaşayış məntəqəsi idi. Türkcə das – daş və oran, oren, uran – yer, heyvan üçün hasarlanmış yerСевортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, I, səh 477–479, yaxud Altay dillərində oron – köçəbə, düşərgə, obaГ. М. Василевич. Топонимы тунгусского происхождения. "Этнография имен". М., 1971, с. 167 sözlərindən ibarətdir.
D u r – Arsakda kənd adı. Türkcə tur düşərgəРадлов В. В. Опыт словаря тюркских наречий, т. I–IV, III, 2, səh 1475 sözündəndir.
K a v a – Albaniyanın qərbində mahal adı. IX əsr gürcü mənbəində Kavazin.Меликсетбеков Л. М. Обзор источников по истории Азербайджана. Вып. II, Баку, 1939 Türkcə kava (kaya) – qaya və san, sın – dağ beliРадлов В. В. Опыт словаря тюркских наречий, т. I–IV, IV, səh 626 sözlərindəndir. İndiki Göyəzən dağının adında qalmışdır.
K o s t – Arsakda kənd adı. Tam adı Koston. Qədim erməni dilində adların sonluqlarının ixtisara salınması səciyyəvi hal idi. Türkcə kos – köç və tön – uzunvarı təpəСевортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, III, səh 280 sözlərindəndir.
T a ş t o n – Sisakanda kənd adı. Türkcə taş – qaya və tön – uzunvarı təpə sözlərindəndir. Ermənistanda Mehri rayonunda indiki Taştun kəndinin adında qalmışdır.
U r d u – Arsakda məntəqə adı. Türkcə ordu – xan yurdu, xan düşərgəsi sözündəndir.
Q l a ç – Arsaxda məntəqə adı. Ehtimal ki, türkcə kılıç – dağ qılıncı sözündəndir.
A l a s o p – Arsakda məntəqə adı. Türkcə ala, yazı və ona (oba) sözlərindəndir.
Q a q ç ö l ü – indiki Qarayazının bir hissəsi. Türkcə qaq – köçərilərin qış düşərgəsi sözündəndir. Kürdəmir rayonunda Kaq-Hacılı, Lerik rayonunda Qaqoy, Yuxarı Qarabağda Kaqartsi toponimlərindəki qaq, kaq sözü ilə eynidir.
T a n d z i k – Arsakda məntəqə adı. Tan (mənası məlum deyil) və türkcə – çik (azərbaycanca-cik) şəkilçisindəndir. Kiçik-Tan mənasındadır. İndiki Bulutan (əslində Ulu-Tan) toponiminin antonimidir. Qeyd edilməlidir ki, 1728-ci ilə aid bir mənbədə orada Müsliman-Tan adlı kənd də qeyd olunmuşdur. Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994
T a p a t – Arsakda məntəqə adı. Türkcə tap – təpə sözündəndir. Tap, Tap-Qaraqoyunlu, Qala-Tap və b. toponimlərdəki tap sözü ilə eynidir.
Exçerxo (Exçerxor, Exçerxis) – dağ da adı. Bu oronimin əvvəlində türkcə aq sözünün durması şübhəsizdir. Sonrakı komponent güman ki, türkcə çeraq – mineral bulaq (müqayisə üçün, Ərdəbil yaxınlığında Çarıq-Su adlı yer vardır) sözünün təhrifidir.
Mxitar Qoşun əsərlərində Albaniyanın bir neçə toponimi XII əsr Alban tarixçisi Mxitar Qoşun əsərində çəkilir.
A d a x e r a y – Arsakda məntəqə adı. Türkcə ata (Azərbaycanda Ataqut, Ataxan və b. kənd adlarında olduğu kimi) və qərəqə – köçərilərin qış evi, gecə alaçıqlar qurulan yerСевортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, III, səh 24–25 sözlərindəndir.
K a y k o y – Ç o r – Arsakda məntəqə adı. Türkcə kaq (y səsi ermənicə yazılışda əlavə olunmadır) – maldarların qış düşərgəsi, oy- ev, dam Гейбуллаев Г. А. К этногенезу азербайджанцев, том 1. Баку, 1991 car – dərə sözlərindəndir.
T v a r a s a t a p – IX əsrə aid gürcü mənbəində Tvarasatap toponimi qeyd olunur.Меликсетбеков Л. М. Обзор источников по истории Азербайджана. Вып. II, Баку, 1939 Türkcə tabur – arabalardan möhkəmləndirilmiş düşərgə və təpə sözlərindəndir. XIX əsrdə Borçalı qəzasındakı TovrətəpəПагиреев Д. Д. Алфавитный указатель к пятиверстной карте-Кавказского края. Тифлис, 1913, səh 229, ya da Qazax rayonundakı Töyrətəpə toponimləri ilə lokalizə oluna bilər.
T m b a t – Türkcə tam – qala, qala divariДревнетюркский словарь, М., 1969, səh 529 və qədim yaşayış məntəqə adlarının bəziləri üçün səciyyəvi bat, bab sözlərindəndir.
Ç u l a (indiki Culfanın qədim adı). Türkcə yul (cul) – yol, keçid sözlərindəndir.
X r a m – Türk – monqol dillərində xərəm – qala sözündəndir. Yuxarı Qarabağda indiki Xramort (Xərəm – Yurt toponiminin ermənicə təhrifidir) toponimi ilə müqayisə edilir.
Stepan Orbelianın əsərində Stepan Orbelian (XIII əsr) Sisakanın mahallarının adlarını çəkir çəkir: Tsquqk (həm də Vayosdzor), Qeqarkuni, Sotk, Aqahec (yaxud Xojaraberd), Haband, Baqk (yaxud Atqen), Kovvsakan, Arevik (yaxud Taşton və Meğri), Dzork (yaxud Baqaberd qalası və Kapan), Erindjak və Qoxtan, CahukСтепанов Орбелиан, Из истории рода Сисакан: Пер. с др. армянского Г. Тер-Григоряна, Азэрб ЕА Тарих Институтунун елми архиви, инв. 1274, II fəsil. Sisakanın ərazisi Azərbaycanın Qubadlı–Zəngilan zonasını, indiki Ermənistanın Meğri, Basarkeçər, Qacaran rayonlarını və Naxçıvanın Ordubad–Əlincə bölgəsini əhatə edirdi. Qədim ermənicə verilmiş bu adların türkcə əsl formaları belədir: Tusluk, Quqar, Satak, Ala-İç (sonra Qacar), Abant, Balk (sonra Atqen), Kusakan, Arəvik həm də (Taşton), Əlincə, Kolt və Culfa.