Azərbaycan Milli Ensiklopediyası — Azərbaycan Prezidentinin 2004-cü il sərəncamına əsasən 25 cild nəşr olunması planlaşdırılmış, 2007-ci ildən çap olunan çoxcildli ensiklopediya.

Haqqında XX əsrin 30-cu illərində Azərbaycan Şura Ensiklopediyasının (AŞE) yaradılması ilə əlaqədar bir sıra tədbirlər görülsə də, AŞE-nin nəşri mümkün olmamışdı.

1965-ci il dekabrın 30-da Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti "Azərbaycan Sovet Ensiklopediyasının nəşr edilməsi haqqında" qərar qəbul etdi və AzSSR EA-nın Rəyasət Heyəti yanında ASE-nin Baş Redaksiyası yaradıldı. Qərarda 10 cildlik ASE və "Azərbaycan SSR" xüsusi cildinin (Azərbaycan və rus dillərində) buraxılması nəzərdə tutulmuşdu. 1970-ci ildə ASE-nin “Azəri Sovet Ensiklopediyası” adı ilə 1-ci cildi çapdan çıxdı, lakin sovet rejiminin tələblərinə cavab vermədiyinə görə kitabın kütləvi nəşri dayandırıldı.

AzKP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə ASE-nin nəşrinə yenidən başlanıldı və 1976–87 illərdə ASE-nin 10 cildinin nəşri başa çatdırıldı. "Azərbaycan SSR" xüsusi cildi isə müəyyən səbəblərə görə çap olunmadı.

Azərbaycan Respublikasının " Nəşriyyat işi haqqında" Qanunu (2000) müstəqil Azərbaycanın yeni universal milli ensiklopediyasının nəşri üçün zəmin yaratdı. Azərbaycan Respunlikası Prezidentinin "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" 2004-cü il 12 yanvar tarixli sərəncamında deyildiyi kimi Azərbaycan xalqının həyatında baş vermiş mühüm ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri əks etdirən yeni ensiklopediyanın hazırlanıb latın qrafikasında nəşr edilməsi zərurəti meydana çıxdı.

Azərbaycan Milli Ensiklopediyasının hazırlanıb nəşr olunmasını təmin etmək üçün Azərbaycan Respunlikası Prezidentinin 2004-cü il 5 may tarixli sərəncamı ilə AMEA-nın "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi yaradıldı. 2007-ci ildə AME-nin "Azərbaycan" xüsusi cildi, 2009-cu ildə isə AME-nin 1-ci cildi çap edildi.

25 may 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti "Azərbaycan Milli Ensiklopediyası"nın veb-portalının yaradılması haqqında qərar verir.

Redaksiya heyətinin tərkibi Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin tərkibi aşağıdakı redaksiyada təsdiqlənib: VəzifəVəzifəni icra edənRedaksiya heyətinin sədriİlham ƏliyevRedaksiya heyəti sədrinin müavinləriAkif Əli Zadə İbrahim Quliyev Anar RzayevAzərbaycan Milli Ensiklopediyasının baş redaktoruİsa Həbibbəyli Azərbaycan Milli Ensiklopediyasının məsul katibiTofiq NağıyevRedaksiya heyətinin üzvləriKamal Abdullayev Ağacan Abıyev Fərhad Bədəlbəyli Bilal Bilalov Tahir Budaqov Nizami Cəfərov Namiq Cəlilov Ömər Eldarov Urxan Ələkbərov Rasim Əlquliyev Telman Əliyev Fərəh Əliyeva Firəngiz Əli-zadə Vaqif Fərzəliyev İsmayıl Hacıyev Arif Həşimov İradə Hüseynova Fərhad Xəlilov Amin İsmayılov Teymur Kərimli Fəxrəddin Qədirov Adil Qəribov Yaqub Mahmudov Ramiz Mehdiyev Abel Məhərrəmov Qərib Məmmədov Nazim Məmmədov Şahbaz Muradov Şahin Mustafayev Arif Paşayev Əsgər Rəsulov Ziyad Səmədzadə Kərim Şükürov Nailə Vəlixanova

Seriyaları

Həmçinin bax Azərbaycan Sovet Ensiklopediyası Azərbaycan ensiklopediyaları Ensiklopediya Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi Şablon:AME Azərbaycan Tarixi (Yeddi cilddə)

İstinadlar

Xarici keçidlər Azərbaycan Milli Ensiklopediyası Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi

Kateqoriya:Azərbaycan dilində ensiklopediyalar Kateqoriya:Universal ensiklopediyalar Kateqoriya:Azərbaycan ensiklopediyaları

Kateqoriya:XXI əsrin ensiklopediyaları Kateqoriya:Azərbaycan mədəniyyəti