() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Şimali Amerikanın şərq hissəsində quru və daşlı torpaqlarda bitən ağac bitkisidir.

Botaniki xarakteristikası Hündürlüyü 10-12 m-ə çatır. Gözəl, dekorativ çətirli, qalın, tüklü, açıq-qonur zoğları vardır. Çoxillik zoğların qabığı qonur rəngdədir, çatlayandır. Yarpaqlar tək lələkvaridir, uzunluğu 50 sm-ə qədərdir, 11-31 yarpaqcıqdan ibarətdir. Yarpaqcıqların üst səthi tünd-yaşıl, alt səthi ağ-göyümtül rəngdə olub, ucu bizdir. Payızda yarpaqların rəngi açıq-qırmızıdan tünd-qırmızıya qədər dəyişir. Bitki ikievlidir. Çiçəkləri xırdadır, uzunluğu 20 sm-ə qədər olan piramidal süpürgələrə yığılmışdır. Erkəkcikli çiçəkləri sarımtıl-yaşıl, dişicikli çiçəkləri qırmızıdır. Meyvəsi şarşəkilli çəyirdəkmeyvədir, yetişəndə tüklərlə örtülür. 2 dekorativ forması vardır: neştərvari (f.laciniata) - dərin dişli, neştərvari yarpaqlıdır; bölünmüş forması (f.dessecta) - lələkvari bölünmüş yarpaqlıdır.

Ekologiyası Torpaq yaxşı drajenalı, orta miqdarda nəmişli olmalıdır.

Azərbaycanda yayılması Mərdəkan dendrarisində 1978-ci ildə introduksiya edilmişdir. Abşeronda bağ və parklarda rast gəlinir.

İstifadəsi Dekorativ görünüşə malikdir. Oduncağının belə gözəl rəngdə olmasına baxmayaraq yerli əhali tərəfindən demək olar ki, istifadə olunmur. Yarpaqlarından tanin alınır ki, ondan şərabçılıqda və toxumçuluqda geniş istifadə olunur.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Meyvə ağacları Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları