Rasim Gənzəli (tam adı: Rasim Qulu oğlu Məmmədli; ) — Azərbaycan yazıçısı, jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədrinin humanitar məsələlər üzrə müşaviri, "Beynəlxalq Əlillər Cəmiyyəti"nin İdarə Heyəti üzvü
Bioqrafiya Rasim Qulu oğlu Məmmədli 9 fevral 1962-ci ildə Naxçıvan MSSR-nin Ordubad rayonunun Gənzə kəndində anadan olmuşdur. Uşaqlıqdan əlildir, yeriyə bilmir. Evdə fərdi surətdə orta, daha sonra isə ali təhsil almışdır. Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakültəsinin kitabxanaçılıq və biblioqrafiya ixtisasını bitirmişdir.
Gənc yaşlarından publisistik və bədii yaradıcılıqla məşğul olmuşdur. Ordubadda çap olunan "Yeni Ordubad" və "El həyatı" qəzetlərində ştatdankənar müxbir kimi fəaliyyət göstərib. 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Bütün kitablarının adları "Q" hərfi ilə başlayır. Səbəbini özündən soruşduqda belə cavab verib: "İki kitabım nəşr olunmuşdu. Bir gün qardaşım qızı gəldi ki, əmi, bəs fikir vermisənmi, sənin kitablarının adı "Q" hərfi ilə başlayır? Doğrusu, özüm diqqət etməmişdim. O gündən sonra yazdığım kitablarıma "Q" hərfi ilə başlayan adlar seçdim".
2012-ci ildə Bakıda Mahmud Allahmanlının "Elm və təhsil" nəşriyyatında Rasim Gənzəlinin yaradıcılığının təhlil olunduğu, hekayələrinin, povestlərinin, romanlarının mövzu istiqamətləri, problematikası elmi-nəzəri şərh edildiyi "Rasim Gənzəlinin bədii nəsri" əsəri çap edilib.Mahmud Allahmanlı, Rasim Gənzəlinin bədii nəsri, Bakı, "Elm və təhsil", 2012, 188 səh.
2018-ci ilin fevral ayında Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı-publisist Rasim Gənzəlinin 55 illiyi münasibətilə tədbir keçirilib. Görüşdə həmçinin oxuculara yazıçının yenicə çapdan çıxmış "Qərib gecələr" kitabı da təqdim olunub.
Respublikanın dövri mətbuatında 600-ə yaxın məqalə və publisistik yazıları dərc olunub.
"Ədəbiyyat sahəsində xidmətlərinə görə Prezident mükafatı", "Qızıl qələm", "Vətən", "Yaddaş", "Türk ədəbiyyatına xidmət", BMT-nin ədəbiyyat üzrə Avropa ordeni ilə təltif edilmişdir.
12 avqust 2018-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Ailəli idi. Həyat yoldaşı olmuş Kamilə Dönməz də şairədir, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Kitabları 300px|thumb|right|Rasim Gənzəlinin kitabları 1. "Qanlı çay". Povest və hekayələr. Bakı. Gənclik nəşriyyatı. 1999-cu il. 2. "Qara sevda". Roman. Bakı. Gənclik nəşriyyatı. 2000-ci il. 3. "Qurdlar və manqurtlar". Roman. Bakı. "Adiloğlu" nəşriyyatı. 2004-cü il. 4. "Qaranlıq gündüzlər". Povest və hekayələr. Bakı. "Vektor" nəşrlər evi. 2005-ci il. 5. "Qəlbi asiman kimi". Publisistika. Bakı. "Qanun" nəşriyyatı. 2007-ci il. 6. "Qalib gələn adam". Publisistika. Bakı. "Vektor" nəşrlər evi. 2008-ci il. 7. "Qiyamət qopanda…". Roman. Bakı. "Vektor" nəşrlər evi. 2010-cu il. 8. "Qərib gecələr" 9. "Qurdbəşər"
İstinadlar
Xarici keçidlər
Kateqoriya:"Qızıl qələm" mükafatı laureatları Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Milli Dirçəliş Hərəkatı Partiyasının üzvləri