Rauf Əbdülhüseyn oğlu İsmayılov () — Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Reklamçılar İttifaqının üzvü, Azərbaycanda keçə sənəti ilə məşğul olan ilk və yeganə rəssam, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi.

Həyatı 1957-ci ildə 28 iyun Mingəçevir şəhərində anadan olub. 1974–1976-cı illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, 1980–1986-cı illərdə Muxina adına Sankt-Peterburq Rəssamlıq İnstitutunun hazırlıq şöbəsində, 1986–1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin rəssamlıq fakültəsində təhsil alıb.

Fəaliyyəti Keçədən hazırlanan əsərləri:

"Ana məhəbbəti", "Hünər meydanı", "Fəryad", "Gəl rəqs edək", "Gecə görüntüləri", "Qurtuluş", "Məhəbbət sorağında", "Tənha ağac".

Yaradıcılığının istiqaməti Xalçaçı rəssam olaraq qədim türk sənət növlərindən biri olan keçə sənətini Azərbaycanda bərpa edib, onun ən zərif, unikal, analoqu olmayan nümunələrini yaradıb və dekorativ təsviri sənət nümunəsi kimi mədəniyyətimizə töhvə verib.Dünyasını dəyişən yeganə keçəci rəssamın əsərləri ORTADA qalıb

Sərgiləri 2006-cı ildə Bakı şəhərində "Həyatın bir anı", 2009-cu ildə "Ulu sənət", 2010-cu ildə "Ulu xalq – ulu sənət" adlı fərdi sərgiləri təşkil olunmuşdur. Əsərləri ABŞ, İsveç, Türkiyə, İran, Hollandiya, İngiltərə, Şimali Kipr muzeylərində və şəxsi kolleksiyalarında saxlanılır.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi (sabiq) Butros Butros Qaliyə, Türkiyənin baş naziri(sabiq) Məsud Yılmaza, Heydər Əliyevin 75 illik yubileyi şərəfinə hazırladığı "Ana Vətən, Vətən Ana" əsəri Heydər Əliyev Fonduna təqdim olunub.

Vəfatı 14 aprel 2021-ci ildə Bakı şəhərində vəfat edib. Ölümündən əvvəl COVID-19 infeksiyasına yoluxduğu bildirib.Keçəçi rəssam Rauf İsmayılov vəfat etdi

Təltifləri

2002-ci ildə “Humay” Milli mükafatına, 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqının təsis etdiyi “Soltan Məhəmməd” adına xüsusi mükafata, 2005-2006-cı illərdə İran İslam Respublikasının, 2006-cı ildə Alman səfirliklərinin xüsusi diplomlarına layiq görülüb. https://sia.az/az/news/culture/864825.html?utm_source=chatgpt.com

İstinadlar

Xarici keçidlər Rauf İsmayılov Azərbaycanın ilk keçəçi rəssamı Rauf İsmayılov - “Sənəti yaşadan unudulmaz” adlı sərgi açılıb "COVİD-19"un qurbani olmush son kechechi ressam | Gune Dogru Yadigarlar - Rauf İsmayılov

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycan Rəssamlar İttifaqının üzvləri