Umudlu — Azərbaycan Respublikasının Ağdərə rayonunun Umudlu kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Umudlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi.
Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Umudlu kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.
Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır.
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. thumb|300x300px|Sərsəng su anbarından Umudlu kəndinə gedən avtomobil yolu
Əhalisi Tanınmış şəxsləri Akif Əzizov Əhəd Kərimov
İstinadlar
Ədəbiyyat Ramiz Abbaslı. Umudlu qətliamı. Papravənd müharibəsi.
Xarici keçidlər
Unutmayacağımız işğal tarixləri: Ağdərə, Çərəkdar, Narınclar, Umudlu...
Kateqoriya:Ağdərə rayonunun kəndləri