Buxtnassar Əli ibn Əhməd – Şirvanşahlar dövlətinin on dördüncü hökmdarı, Şirvanşah Əbu Mənsur ibn Yezidin qardaşı oğlu.

Fəaliyyəti

Şirvanşah Qubadın öldüyü ilk gündən hakimiyyətə onun qardaşı oğlu Buxtnəssar Əli ibn Əhməd ibn Yəzid ibn Əhməd ibn Məhəmməd ibn Yəzid keçdi. Təqribən bir ildən sonra o, hakimiyyətdən salındı və onun əmisi Salar ibn Yezid Şirvanşah elan olundu.Sara Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007 Şamaxı qalası təslim olunduqdan sonra Buxtnassar Şirvandan qaçdı, lakin Saların onun dalınca saldığı dəstə Beyləqan yaxınlığında onu yaxalayıb öldürdü.Mинopcкий. Иcтopия Шиpвaнa, c.56, ərəbmətni, §18, s.12-13

Ailəsi Atası Əhməd ibn Yezid. Şahzadə, Yəzid ibn Əhmədin oğlu. Əmisi Ənuşirəvan ibn Yəzid. Atasına qarşı üsyan qaldırdığı üçün həbs edildi, həbsdə öldü. Əmisi Mənuçöhr ibn Yəzid. Şirvanşah (1027-1034) Əmioğlusu Hörmüzd. Tabasaran əmiri (?-1065). Əmisi Əbu Mənsur Əli ibn Yəzid. Şirvanşah (1034-1043) Əmiləri Mənuçöhr və Əbu Mənsur Əlinin həyat yoldaşı Sitt bint Fəzl. Arran əmiri Fəzl bin Məhəmmədın qızı, Şəddadilər sülaləsindən. Əmisi Qubad ibn Yəzid. Şirvanşah (1043-1049) Əmiqızısı. Səlcuq əmiri Qaratəkinin həyat yoldaşı. Əmisi Salar ibn Yəzid Əmisi Məmlan ibn Yəzid Bibisi Şəmkuyyə. Haşimilər sülaləsindən Dərbənd əmiri II Əbdülmalikin (1034-1043) həyat yoldaşı.

Döyüş və hakimiyyət mübarizəsi xronologiyası TarixMüharibəMüttəfiqlərQarşı tərəfYerVəzifəsiNəticə1050-ci ilŞamaxı qalasının itirilməsi—Salar ibn YəzidYezidiyyəŞirvanşahməğlubiyyət1050-ci ilSalar ibn Yəzidin hücumu—Salar ibn YəzidBeyləqanhakimiyyətdən salınmış Şirvanşahqətli

İstinadlar

Həmçinin bax Kəsranilər Azərbaycan tarixi

Kateqoriya:Şirvanşahlar Kateqoriya:Beyləqanda vəfat edənlər