Ancela Bricid Lensberi (; ) — ABŞ-İngiltərə aktrisası, müğənni, prodüser və yazıçıdır.
Üç dəfə Oskar mükafatına, on səkkiz dəfə Emmi mükafatına namizəd olub, altı dəfə Qızıl qlobus mükafatı laureatı olub və beş dəfə "Toni" yüksək Amerika teatr mükafatına layiq görülüb. 2013-cü ildə Lensberi yetmiş ildən artıq kinematoqrafın inkişafına göstərdiyi xidmətlərə görə, Fəxri Oskar mükafatına layiq görülüb.http://www.oscars.org/press/pressreleases/2013/20130905.html Angelina Jolie, Angela Lansbury, Steve Martin and Piero Tosi to Receive the Academy’s Governors Awards. 2014-cü ildə dram incəsənəti və xeyriyyəçilik fəaliyyətinə görə, Britaniya İmperiyası Ordeni Xanım-Komandoru elan edilib.
Həyatı Ancela Bricit Lensberi aktrisa Moyna MakQill və biznesmen Edqar Lensberinin ailəsində anadan olmuşdur. Gələcək aktrisanın babası leyborist partiyasının lideri Corc Lensberi idi. İkinci dünya müharibəsi vaxtı anası və iki kiçik qardaşı ilə Kanadaya köçürlər. Çox keçmədən isə ABŞ-yə gedirlər.
Ancela Lensberinin kinoda ilk rolu rejissor Corc Kyukorun 1944-cü ildə çəkdiyi "Qaz işığı" filmində olmuşdur. Həmin ekran əsərində onun tərəf-müqabilləri tanınmış aktyorlar Şarl Buaye və İnqrid Berqman idi. Gənc aktrisa elə o zaman ikinci planda ən yaxşı qadın roluna görə "Oskar"a namizəd göstərilmişdi. Lakin buna baxmayaraq mükafatı qazana bilməmişdi. İkinci filmi olan "Dorian Qreyin portreti"nə görə Ancela Lensberi Amerika Kino Akademiyasının mükafatına namizəd olmuşdur.
Aktrisanın sözlərinə görə o, baş qəhrəmanlardan birini ifa etmək istəyirdi. Amma "Metro-Goldwyn-Mayer" kino şirkətinin rəhbərləri Lensberini xarakterik rollara və xüsusilə də bacı, sevgili, ana rollarını təklif edirdilər. Ancelanın 22–23 yaşı olanda studiya ona Frenk Kapranın "Nikahda olmaq" filmində Spenser Treysinin 45 yaşlı sevgilisi rolunu verdihttp://www.tcm.com/thismonth/article/?cid=138937&mainArticleId=138936 TCM "Turner Classic Movies".
left|150px|thumb|Ancela Lensberi qızı Deydri və oğlu Endrü ilə
1962-ci ildə Ancela Lensberinin çəkildiyi ən tanınmış film olan "Mancur namizəd" ekranlara çıxır. Bu politik trillerdə Lensberi xanım Ayslin rolunu ifa edirdi. O, bu rola görə "Qızıl qlobus" və ABŞ Kinotənqidçilərinin Milli Şurasının mükafatına layiq görülmüşdür. Lensberi həm də "Oskar"ın ən real qalibi hesab olunurdu. Lakin son anada heykəlcik "Möcüzə yaratmaq" filmindəki roluna görə aktrisa Patti Dükə verildi.
1984-cü ildə aktrisa "Qətli o yazdı" serialındakı Cessika Fletçer roluna razılaşdı. Serial 12 il göstərilərək çox məşhur oldu. Bu müddət ərzində serialın 33 rejissoru olımuşdu. Cessiki Fletçer roluna görə aktrisa 12 dəfə "Emmi" mükafatına layiq görülmüş, ancaq qalib ola bilməmişdi.
Teatr Lensberinin Broadveydəki debütü 1957-ci ildə "Paradiso Oteli" səhnələşdirilməsi ilə başlandı, amma səhnə ulduzuna onu Jerry Hermanın "Meym" (1966) musiqili tamaşası çevirdi. Burada onun səhnə yoldaşı Bi Artur oldu.
Şəxsi həyatı Şəxsi həyatına gəldikdə isə Ancela hələ 19 yaşı olanda aktyor Riçard Kromuell ilə ailə qurmuşdu. Amma bu nikah çox sürmədi və cəmi 1 ildən sonra onlar boşandılar. 1946-cı ildə aktyor Hard Heffildin gecəsində Lensberi irland aktyoru Piter Şou ilə tanış olur. 3 ildən sonra onlar ailə qururlar. Bu nikahdan onların 2 övladı dünyaya gəlir. Onları bağladığı nikah şou-biznes tarixində ən uzun sürən nikahlardan hesab olunurdu. Belə ki, onların ailəsi 2003-cü ildə Piterin ölümünə qədər davam etdi.
Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol1944 Qaz işığı Nensi Oliver1944 Milli məxmər Edvina Braun1945 Dorian Qreyin portreti Sibil Veyn1946 Harvinin qızları Em1946 Müqəddəs Hudlum Dasti Millard1946 Buludlar gəzişəndə Londonlu mütəxəssis1947 Yaxın dostumun şəxsi işləri Klotild de Marell1947 Qış gələrsə Meybl Seybr1948 Onuncu avenünün mələyi Süzan Bratten1948 Nikahda olmaq Key Torndayk1948 Üç muşketyor kraliça Anna1949 Qırmızı Dunay Odri Kueyl1949 Samson və Delila Semadar1951 Mehriban xanım missis Edvards1952 Qiyam Lesli1954 Qumara qoyulmuş həyat Doris Hillman1955 Bənövşəyi maska madam Valentayn1955 Qayda-qanunsuz küçə Telli Dikenson1955 Saray təlxəyi şahzadə Qvendolin1955 Nəzakətsiz missis Cervis Brenda Cervis1956 Xahiş edirəm, öldür məni Mayra Lids1958 Uzun, isti yay Minni Littlcon1960 Pilləkənlərin üstündə qaranlıq Meyvis Pruitt1961 Mavi Havay Sara Li Geyts1962 Mancur namizəd missis Ayslin1964 Henri Orientin dünyası İzabel Boyd1964 Əziz ürək Fillis1965 Bugünədək danışılmış ən böyük hadisə Klavdiya Prokula1965 Moll Flendersin sevgi macərası Blayston1965 Harlou Cin Bello1966 Cənab Buddvinq Qloriya1970 Hamı üçün nəsə qrafinya Hert fon Ornşteyn1971 Dəstək və süpürgə miss Eqlantin Prays1978 Nildə ölüm Salomeya Otterborn1979 Xanım yox olur miss Froy1980 Güzgü çatladı miss Marpl1982 Sonuncu təkbuynuz Fortuna1984 Canavarlar əhatəsində nənə1984-1996 Qətli o yazdı Cessika Fletçer1984 Şəbəkə tikişi Hortenziya Butin1990 Onun axtardığı sevgi Aqata1991 Gözəl və bədheybət missis Potts1992 Missis Harris Parisə gedir Ada Harris1995 Studiyan və sən özü1996 Missis Santa Klaus Anna Klaus1997 Qətli o yazdı: Cənub-qərbdən cənuba Cessika Fletçer1997 Anastasiya Mariya Fyodorovna2000 Qətli o yazdı: Sənin ölümünün tarixçəsi Cessika Fletçer2003 Qətli o yazdı: Sonuncu azad insan Cessika Fletçer2003 Qətli o yazdı: Kelt müəmması Cessika Fletçer2004 Qaranlığı keçərək Dora2005 Dayə Makfi Adelaida Stiç2011 Mister Popperin pinqvinləri Van Qandi2017 Kiçik qadınlar Març xala2018 Qrinç 2018 Meri Poppins qayıdır şar qadın
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Birləşmiş Krallıq aktrisaları Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Britaniya müğənniləri Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:Britaniya televiziya aktrisaları Kateqoriya:ABŞ müzikl aktrisaları Kateqoriya:Britaniya müzikl aktrisaları Kateqoriya:Fəxri "Oskar" mükafatı laureatları Kateqoriya:Qızıl Qlobus mükafatı laureatları Kateqoriya:XXI əsr İngiltərə aktrisaları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Vestvud qəbiristanlığında dəfn olunanlar Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:İngilis anqlikanlar Kateqoriya:Avtobioqrafiyalar