Xorvatiya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1993-cü ildə qoşulmuş və ümumilikdə 25 dəfə müsabiqədə iştirak etmişdir. 1993 və 2011-ci illər arasında ölkənin Avroviziya təmsilçiləri Dora pop festivalı vasitəsilə seçilmişdir. İştirak etdiyi illər ərzində Xorvatiya heç vaxt müsabiqənin qalibi ola bilməmiş və indiyədək əldə edilən ən yüksək nəticə 1996-cı ildə Maya Blaqdan və 1999-cu ildə Doris Draqoviçin təmsilində qazandıqları dördüncü yer olmuşdur. Ölkə ümumilikdə altı dəfə müsabiqədə ilk onluqda yer almışdır.
2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Xorvatiya altı dəfə yarımfinal mərhələsində məğlub olmuşdur. 2010-cu ildən 2013-cü ilədək dörd il ard-arda yarımfinal məğlubiyyətindən sonra ölkə 2014 və 2015-ci illərdə müsabiqəyə qatılmaqdan imtina etmişdir. Növbəti ildə Avroviziyaya geri dönən Xorvatiya 2016 və 2017-ci illərdə müsabiqənin finala yüksələ bilmişdir.
Xorvatiya daha öncə 1961-ci ildən 1991-ci ilə kimi Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində Avroviziyada iştirak etmişdir. Xorvat qrupu olan Riva 1989-cu ildə Yuqoslaviyaya Avroviziyada ilk və yeganə qələbəsini qazandırmışdır. 1990 Avroviziya Mahnı Müsabiqəsi Xorvatiyanın Zaqreb şəhərində keçirilmişdir.
Təmsilçilər
İlDilMüğənniMahnıFinalYarım-finalYerXalYerXal 1993 Xorvatca, İngiliscə Put "Don't Ever Cry" 15 31 3 51 1994 Xorvatca Toni Çetinski "Nek' ti bude ljubav sva" 16 27Yarımfinal olmayıb 1995 Xorvatca Magazin və Lidiya Horvat-Dunyko "Nostalgija" 6 91 1996 Xorvatca Maya Blaqdan "Sveta ljubav" 4 98 19 30 1997 Xorvatca E. N. I. "Probudi me" 17 24Yarımfinal olmayıb 1998 Xorvatca Daniyela Martinoviç "Neka mi ne svane" 5 131 1999 Xorvatca Doris Draqoviç "Marija Magdalena" 4 118 2000 Xorvatca Qoran Karan "Kad zaspu anđeli" 9 70 2001 İngiliscə Vanna "Strings of My Heart" 10 42 2002 İngiliscə Vesna Pisaroviç "Everything I Want" 11 44 2003 Xorvatca, İngiliscə Klaudia Beni "Više nisam tvoja" 15 29 2004 İngiliscə İvan Mikuliç "You Are The Only One" 12 50 9 72 2005 Xorvatca Boris Novkoviç və LADO "Vukovi umiru sami" 11 115 4 169 2006 Xorvatca Severina "Moja štikla" 12 56Birbaşa finalçı 2007 Xorvatca, İngiliscə Dragonfly və Dado Topiç "Vjerujem u ljubav"Finala keçməyib 16 54 2008 Xorvatca Kraljevi ulice və 75 Cents "Romanca" 21 44 4 112 2009 Xorvatca İqor Sukrov və Andrea "Lijepa Tena" 18 45 13 33 2010 Xorvatca Feminnem "Lako je sve"Finala keçməyib 13 33 2011 İngiliscə Daria "Celebrate" 15 41 2012 Xorvatca Nina Badriç "Nebo" 12 42 2013 Xorvatca Klapa s Mora "Mižerja" 13 38 2016 İngiliscə Nina Kralyiç "Lighthouse" 23 73 10 133 2017 İngiliscə, İtalyanca Jak Hudek "My Friend" 13 128 8 141 2018 İngiliscə Franka Bateliç "Crazy"Finala keçməyib 17 63 2019 İngiliscə, Xorvatca Roko Blajeviç "The Dream" 14 64
QEYD: a. Xorvatiya yarımfinalda 13-cü yeri tutmasına baxmayaraq münsiflər heyətinin qərarı ilə finala vəsiqə qazanmışdır.
Səsvermə tarixi Xorvatiyanın ən çox xal "verdiyi" ölkələr Sıra Ölkə Xal 1 144 2 82 3 76 4 73 5 71 Xorvatiyanın ən çox xal "aldığı" ölkələr Sıra Ölkə Xal 1 125 2 115 3 77 4 71 5 51
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Ev sahibliyi İlŞəhərEv sahibiAparıcılar 1990 Zaqreb Vatroslav Lisinski Concert Hall Helqa Vlahoviç Brnobiç və Oliver Mlakar
Qalereya
İstinadlar
Həmçinin bax
Kateqoriya:Ölkələr Avroviziya Mahnı Müsabiqəsində