Muxtar Bisavad Kərpalı oğlu — şair.

Həyatı

Muxtar Bisavad Kərpalı oğlu 1847-ci ildə Bakının Maştağa kəndində anadan olmuşdur. Gənc yaşlarından şeirler yazmağa başlamış, özünə "Bisavad" təxəllüsünü götürmüşdür. Bakı-Abşeron kəndlərində keçirilən şeir məclislərində iştirak etmiş, dövrünün şairlərindən, elm adamlarından öyrəndiklərilə savadını artırmış, Nizami, Füzuli, Sədi, Hafiz, Xəyyam, Seyid Əzim kimi sənətkarların yaradıcılığından bəhrələnmişdir. Yaradıcılığında əsas yeri qəzəl, növhə tutmuş, lakin təmsillər, felyetonlar həcvlər də yazmışdır.

Məcməüş-şüəra ədəbi məclisinin üzvü olmuşdur. Şair 1938-ci ildə ruhi xəstəlikdən vəfat etmiş, Buzovnada dəfn olunmuşdur.

Yaradıcılığı

"Gəl sənə indi verim ziynət, Əliəkbərim" misrası ilə başlayan novhəsi məclislərdə oxunur "Məni" rədifli qəzəli

Ailəsi Oğlu Əhməd Anatollu

Haqqında olan əsərlər

Məhəmmədəli Tərbiyət "Danişməndani-Azərbaycan" B., 1987 Nəsrəddin Qarayev "Poetik məclislər" Bakı: Yazıçı, 1987, 526 səh

Həmçinin bax

Məcməüş-şüəra

Mənbə Sona Xəyal "Maştağa ədəbi mühiti və Mir Cəlal"

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Repressiya qurbanları Kateqoriya:1847-ci ildə doğulanlar Kateqoriya:1938-ci ildə vəfat edənlər