Vaqif Məmmədov () — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatı, Azərbaycan Jurnalistlər Birliyinin (1992), Azərbaycan Yazıçılar Birliyinin (1995), İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və Avrasiya Yazarlar Birliyinin (2010) üzvü, Əməkdar mədəniyyət işçisi.

Həyatı Vaqif Məmmədov 1948-ci il iyun ayının 28-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub. Naxçıvan şəhər pedaqoji məktəbini (1968) və Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini (1975) bitirib.

1970-ci ildən bədii yazıları mətbuatda çap olunur. Şeirləri Türkiyədə, İranda, İraqda, Rusiyada, Ukraynada, Belarusiyada, Özbəkistanda, Almaniyada, Bolqarıstanda, Yunanıstanda, ABŞ-da çap olunmuşdur.

YUNESKO xətti ilə Bağdadda keçirilən Füzuli günlərində (1994), Bayburtda keçirilən 7-ci Uluslararası Dədə-Qorqud Kültür-Sənət Şölənində (2001), Ankarada keçirilən "Erməni iddiaları və Azərbaycan gerçəyi" beynəlxalq simpoziumunda (2005), Tehranda və Təbrizdə keçirilən Şəhriyar günlərində (2006), Hollandiyada keçirilən Xocalı soyqırımına aid beynəlxalq simpoziumda (2007), Pakistanda keçirilən "Sufizm və sülh" beynəlxalq konfransinda (2010) iştirak və çıxış etmiş, "Daşkənd təranəsi" beynəlxalq poeziya müsabiqəsinin (1983) və digər bir neçə beynəlxalq şeir müsabiqələrinin qalibi olmuşdur.

Azərbaycan Jurnalistlər Birliyinin (1992), Azərbaycan Yazıçılar Birliyinin (1995), İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və Avrasiya Yazarlar Birliyinin (2010) üzvüdür.

2001-ci ildə "Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunun yaranması və inkişaf yolu" mövzusunda dissertasiya müdafiə edib tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

1995–2000-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub. 1968–1975-ci illərdə Sədərək kənd orta məktəbində müəllim, 1975–1978-ci illərdə Sədərək kənd 1 nömrəli orta məktəbində ibtidai siniflər üzrə direktor müavini, 1978–1982-ci illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 1982–1995-ci illərdə həmin məktəbdə direktor vəzifələrində çalışmışdır. 1996–1998-ci illərdə Naxçıvan MR Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi sədrinin müavini vəzifəsində işləmişdir.

1998-ci ilin iyun ayından Naxçıvan Dövlət Universitetinin "Qeyrət" nəşriyyatının direktoru, həmçinin universitetin "Elmi əsərlər" jurnalının redaktoru, "Fikir" jurnalının məsul redaktoru, universitetin "Jurnalistika və dünya ədəbiyyatı" kafedrasının müəllimi vəzifəsində çalışır. V.Məmmədov eyni zamanda Sədərək rayon İcra hakimiyyətinin orqanı olan "Oğuz yurdu" qəzetinin nəşrə başladığı vaxtdan (22/III-2000) 2008-ci ilin fevral ayınadək həmin qəzetin redaktoru olmuşdur.

2005-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüş, 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.

2016-cı ildə vəfat edib.

Ailəsi Ailəli idi. 4 övlad atasıdır.

Şeir kitabları Yaşadacaq bu yol məni. Bakı, "Yazıcı", 1987 Sədərək harayı. Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1994 Qeyrət qalası. Bakı, "Yurd", 1999 Salam oğuz elləri. Bakı, "Çənlibel", 2001 Mənə çiçək borclusan. Bakı, "Şirvannəşr", 2003 Özüne dön halkım. Ankara, "Renk-ofset", 2004 Bu dünyanın sevinci nə, qəmi nə… Bakı, "Şirvannəşr", 2004 Vətən sığır ürəyimə. . Bakı, "Şirvannəşr", 2005 Guard on reagerde du sommet. Zirvədən baxanda. (Azərbaycan və fransız dillərində). Nakhitchivan. "Gueyrat", 2007 Seçilmiş əsərləri. 3 cilddə. I cild, Bakı, "Şirvannəşr", 2008 Seçilmiş əsərləri. 3 cilddə. II cild, Bakı, "Şirvannəşr", 2008 Ömrümün yarpaqları. Bakı, "Çənlibel", 2008 Здраствуй земля Сибири. Новосибирск, "Принтинг", 2008

Bədii-publistik kitabları

Sədərək şəhidləri. Bakı, "Şirvannəşr", 1998 Unutsaq unudularıq. Naxçıvan, "Qeyrət", 2000 Erməni xəyanəti. Naxçıvan, "Qeyrət", 2000 Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutu. Bakı, "Çənlibel", 2001 Heydər Əliyev və Sədərək rayonu. Naxçıvan, "Qeyrət", 2003 Arazdan keçə bildim. Bakı, "Şirvannəşr", 2003 Ata ömrü. Bakı, "Şirvannəşr", 2006 Şexidı Sadaraka. Novosibirsk. "Printinq", 2007 Ehramlar diyarının poetik tərənnümü. Naxçıvan, "Qeyrət", 2007 Səni kim unudar… Bakı, "Şirvannəşr", 2009 Böyük alim haqqında kiçik xatirələrim. Bakı, "Elm və təhsil", 2009 Sədərəkdə yazılan gündəlik. Bakı, "Şirvannəşr", 2010

Təltifləri Naxçıvan Muxtar Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adı (2005). Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı (2007).

İstinadlar

Xarici keçidlər

Vətənə bağlı şair ömrü (Vaqif Məmmədov-70) Vaqif Məmmədov yaradıcılığında Vətən və insan taleyi

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikasının qabaqcıl təhsil işçiləri