Sabınçı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.

Tarixi İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. ""İrəvan əyalətinin icmal dəftəri"ndə "Saatlı Sabunçu" formasında"İrəvan əyalətinin icmal dəftəri" s.49, Qafqazın 5 verstlik xəritəsində Sabunçu kimiПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, s.213 qeyd edilmişdir.

Kəndin başqa adı Şeyxzadə Əli Sabunçu olmuşdurQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.50.

Toponim türk mənşəli sabunçu tayfasının adıHüseynzadə Ə.A. Sabımçu toponiminin mənşəyi. Azərb. SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin «Elmi əsərləri», tarix və fəlsəfə ser., № 7, 1975, s.45 əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 25.01.1978-ci il fərmanı ilə dəyişdirilib Araksavan (Araz qəsəbəsi) qoyulmuşdur.

Coğrafiyası və iqlimi İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 89 km şimal-qərbdə, Gərni çayından axan arxın yanında yerləşir.

Əhalisi Kənddə 1831-ci ildə 474 nəfər, 1873-cü ildə 951 nəfər, 1886-cı ildə 1050 nəfər, 1897-ci ildə 1000 nəfər, 1904-cü ildə 1397 nəfər, 1914-cü ildə 1537 nəfərQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.50-51, 130-131, 1918-ci ilin yanavarında 202 nəfərИстория Азербайджана по документам и публикациям,Баку, «Элм», 1990, s.216 azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 219 nəfər, 1926-cı ildə 285 nəfər, 1931-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır. 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar Azərbaycana köçürülümüşdür.

1000 nəfər azalma daşnakların soydaşlarımıza qarşı törətdikləri genosidin miqyasından xəbər verir.

Məscid Kənddə 2 Məscid olubQafqaz Canişinliyi Baş İdarəsində Qafqaz Statistika Komitəsinin 1873-cü illərə aid bilgilər ərasında 1879-cu ildə yayınladığı kitab.,

Tanınmış şəxsiyətləri

Vəli Ələkbərov

İstinadlar

Kateqoriya:Gərnibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri