Aspərəsti — Azərbaycan Respublikasının Quba rayonunun Zərqava kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Asparəsti oyk, mür. Vəlvələçayın sahilindədir. Əslində Asparastə olmalıdır. Yerli əhalinin verdiyi məlumata görə, oykonim tat dilindəki əs (at) və parusta (düşmə) sözlərindən düzəlib, "atın dağdan üzü aşağı düşə bildiyi cığır" mənasındadır. Tədqiqatçılara görə isə aspa (türk dillərində "sürgün", "dağ aşırımı, dağ yolu"; "ağcaqovaq") və rəstə (İran dillərində "yaşayış yeri, kənd") komponentlərindən ibarət olan bu coğrafi ad "dağ aşırımında kənd, dağ yolunda kənd" deməkdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 326 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri