Qənidərə — Azərbaycan Respublikasının Quba rayonunun Çiçi kənd inzibati ərazi dairəsində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir.

Toponimikası Qənidərə oyk., sadə. Dağətəyi ərazidədir. Kəndin adı Qəni (ş.a.) və dərə komponentlərinin birləşməsindən ibarətdir. Yaşayış məntəqəsi həmin r-ndakı Çiçi kəndindən çıxmış ailələrin son illərdə Qənidərə adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 107 nəfər əhali yaşayır. Kəndin əhalisi tatlardan ibarətdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri