Alim Qasımov () — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (1993), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2010).
Həyatı
Erkən illəri Alim Qasımov 1957-ci ildə Şamaxı rayonunun Nabur kəndində (indiki Qobustan rayonunun inzibati ərazi vahidliyinə daxildir) anadan olub. O, 1978–1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983–1989-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb. Müəllimləri muğam xanəndələri Hacıbaba Hüseynov və Ağaxan Abdullayev olub.
Yaradıcılığı
1970-ci illər 1979-cu ildə ilk çıxışı Azərbaycan Televiziyasında olub.
1980-ci illər 1980-ci ildə Moskvada 22-ci Olimpiya oyunlarında iştirak edib.
1982-ci ildə birinci Respublika muğam müsabiqəsinin qalibi olub.
1983-cü ildə Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumuna qoşulub.
1990-cı illər
2000-ci illər 2000-ci ildə "Love's deep ocean" diski "Avropa Dünya Musiqi xəritəsi"ndə 9-cu yeri tutub və 47 Avropa ölkəsinin radiolarında səslənib. 2000-ci ildə Avropa Nadir Səslər assambleyasının üzvü seçilib.
2009-cu ildə Alim Qasımov ABŞ-nin Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.
2010-cu illər 2010-cu ildə Alim Qasımov fransalı DJ David Vendetta ilə "I'm your Goddess" adlı mahnını duet şəklində ifa edib. 2010-cu il martın 17-də ABŞ-nin "The New York Times" qəzetinin jurnalisti Con Pareles Alim Qasımovu "ehtiras və sədaqət, düşüncə və cazibə ilə əlaqələndirən seyrək bir cəhətdən canlı olan ən böyük müğənnilərdən biri" adlandırıb.
2011-ci il iyulun 4-də İslandiya müğənnisi Byork Böyük Britaniyanın "The Guardian" qəzetində nəşr olunan müsahibəsində Alim Qasımovu ən sevdiyi ifaçılar, onun "Azerbaijan: The Art of the Mugham" albomunu ən sevdiyi musiqi albomlar sırasına daxil edib.
2012-ci il mayın 26-da Alim Qasımov Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb.
2015 Avropa Oyunlarının açılış mərasimi Alim Qasımovun canlı muğam ifası ilə başlayıb. Daha sonra Alim Qasımov Bakı Olimpiya Stadionunda qaranlıqda uçan xalça üzərində muğam oxuyub.
Şəxsi həyatı Ailəlidir. Qızı Fərqanə Qasımova xanəndədir.
İrsi 1997-ci ildə "Parni iz Baku" komandasının üzvü olan Bəhram Bağırzadə, 2010-cu ildə "Bu Şəhərdə" komediya duetinin aktyoru Rafael İsgəndərov Alim Qasımovun parodiyasını Bakıda keçən konsertlərində edib.
Ədəbiyyatda Alim Qasımov İordaniyanın Əmman şəhərində yerləşən Kral İslam Strateji Araşdırmalar Mərkəzi tərəfindən tərtib olunan "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" kitabının siyahısının 2009-cu ildən 2019-cu ilə qədər olan variantlarına daxil edilib.
2007-ci il avqust ayında Alim Qasımovun 50 illik yubileyi münasibətilə Natəvan Faiqin "Alim Qasımov fenomeni" adlı kitab işıq üzü görüb.
Filmoqrafiya Aktyor kimi Aşıq Qərib (film, 1988) — ifaçı Qəzəlxan (film, 1991) — xanəndə Tağıyev. Çar (film, 2025) — xanəndə
İfaçı kimi Doğma sahillər (film, 1989) Bəxtəvər (film, 1990) Gecə qatarında qətl (film, 1990) 40-cı qapı (film, 2008)
İştirak etdiyi film Ver sözə ehya ki... (film, 1989)
Bəstəkar kimi Neft (film, 2003)
Diskləri Alim Qasımovun disklərinə 7 studiya albomu və bir yığma albomu daxildir.
Studiya albomları Classical Mugham (1996) Azerbaijan: Art of the Mugham (1998) The Legendary Art of Mugham (1998) Love's Deep Ocean (2000) Oyanış feat. Coldünya (2003) Central Asian Series, Vol. 6: Spiritual Music of Azerbaijan feat. Fərqanə Qasımova (2007) Intimate Dialogue feat. Fərqanə Qasımova (2010)
Yığma albomları
Central Asian Series, Vol. 6: Spiritual Music of Azerbaijan feat. Fərqanə Qasımova, Kronos Kvarteti & Humayun Saxi (2010)
Təltif və mükafatları 1988 — Beynəlxalq Musiqi Festivalı, I mükafat, Səmərqənd 1988 — Azərbaycan SSR əməkdar artisti 1989 — Musiqi medalı, Bonn 1993 — Azərbaycan Respublikasının xalq artisti 1993 — Musiqi medalı, Paris 1994 — Musiqi medalı, Hyuston 1997 — "Humay" mükafatı 1999 — IMC UNESCO Beynəlxalq Musiqi Mükafatı 1999 — Musiqi medalı 2000 — "Almaniya Fonoqrafik tənqidçiləri"nin diplomu 2001 — "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalı, Səmərqənd 2003 — IMC UNESCO Mükafatı 2008 — "Şöhrət" ordeni 2010 — Azərbaycan Respublikasının Dövlət Mükafatı 2014 — "Qızıl çinar" beynəlxalq mükafatı 2017 — "Şərəf" ordeni 2024 — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Şamaxı rayonunda doğulanlar Kateqoriya:Xanəndələr Kateqoriya:"Qızıl çinar" beynəlxalq mükafatının qalibləri Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:Azərbaycan Milli Konservatoriyasının müəllimləri