Əfşar və ya Əfşari adlanan Azərbaycan türkcəsinin dialektlərindən biri — Türk dillərinin Oğuz dilləri qrupuna daxildir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Kabil Əfşar dialektini Azərbaycan dilinin dialektlərinin XIV (14-cü) qrupuna aid edir.Fascicle 3. — VIII. Azeri Turkish (author G. Doerfer), pp. 245–248. // Encyclopaedia Iranica. Volume III: Atas-Bayhaqi, Zahir-Al-Din. Edited by Ehsan Yarshater. New York: Bibliotheca Persica Press, 1989, 896 pages. ISBN 9780710091215 Bu dialektdə danışan qruplar hazırda Azərbaycanda, Türkiyədə, İranda, Suriyada və Əfqanıstanda yaşamaqdadırlar. Ethnologue və Glottolog bu dialkekti Cənubi Azərbaycandakı dilin dialekti olaraq qruplaşdırmışdır. İranika Ensiklopediyası isə onu müstəqil Cənubi Oğuz dili kimi təqdim edir.
İslam Ensiklopediyasının üçüncü nəşrində bunlar qeyd edilmişdir:
Linqivistik olaraq Əfşari Türk dillərinin Cənubi Oğuz qrupuna (cənub-qərbi türk dilləri) aid edilir (Johanson, History of Turkic, 82–3), və ya Cənubi Azərbaycan türkcəsinin dialekti kimi təqdim edilir. Farsdilli bir mühitdə yerləşdiklərinə görə, bir çox hallarda farsi dili əfşarların ana dilinə çevrilmişdir. Digər qruplar isə ikidilli olmuşdurlar (Kirmanda olduğu kimi). Bundan başqa, görünüşə görə, digər dillərlə olan kontaktlar orijinal dialekti transformasiya etmişdir. 2009-cu ildə müxtəlif Əfşar qruplarının linqvistik müqayisəsi diqqətəlayiq olaraq qalır.
Əfşari dialekti fars dilindən xeyli sayda alınma sözlər almış və Özbək dilində olduğu kimi /a/ foneminin [ɒ]-a yuvarlaqlaşdırılması baş vermişdir. Bəzi hallarda, Azərbaycan dili ilə Əfşari arasında müəyyən fərqlər də görülməkdədir. Məsələn, Əfşari də yiz (100) kimi işlənən söz Azərbaycan dilində yüz kimi işlədilir.
Özünün Kirman, Kabil və Həmədan dialektləri vardır.
Həmçinin bax Əfşar boyu Əfşar sülaləsi Qaşqay dili Şəki dialekti Aynallu dialekti
İstinadlar
Mənbə
Xarici keçidlər
Kateqoriya:Əfqanıstan dilləri Kateqoriya:İran dilləri Kateqoriya:Suriya dilləri Kateqoriya:Türkiyə dilləri Kateqoriya:Azərbaycan dilinin cənub dialektləri Kateqoriya:Aqqlütinativ dillər