Müsavat Partiyası və ya qısaca Müsavat – Azərbaycanda hazırda fəaliyyət göstərən ən yaşlı siyasi partiya. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin təlimatı ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıyev tərəfindən Bakıda qoyulmuşdur.

Müsavat ərəb sözüdür və Azərbaycan dilinə bərabərlik kimi tərcümə olunur.

İlk dövr (1911–1920)

Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev (qısaca bir neçə keçmiş Hümmət Partiyası üzvü) tərəfindən yaradılmışdır. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərmişdir. Bu ilk mərhələdə Müsavat Rusiya imperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışmışdır. thumb|300px|Müsavat Partiyasının I qurultayı|leftMüsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, Türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə "Türk ədəbi dili ilə" çap olunan ilk mətbu orqandır.

Müsavatın islamçı ideologiyası ətrafında qurulmasına və onun rəhbəri olan Məhəmməd Əmin Rəsulzadənin türkçülük düşüncələrinə rəğbət bəsləməsinə baxmayaraq, Birinci Dünya müharibəsinin ilk illərində Müsavat Partiyası Çar rejimini dəstəkləmişdir.

Birləşmə 1917-ci il iyunun 17-də müsavatçılar, Difai Partiyası Gəncə Milli Komitəsinin aparıcı şəxsləri Nəsib bəy Yusifbəylinin, Həsən bəy Ağayevin, Şəfi bəy Rüstəmbəylinin, Xasməmmədli və Şeyxzamanlı qardaşlarının yaratdıqları Türk Ədəmi-Mərkəziyyət Firqəsi ilə birləşərək "Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat"ın əsasını qoymuşlar. Birləşmiş partiyanın gərərgahı 1918-ci il Bakıda baş verən qanlı mart hadisələrinədək bu şəhərdə yerlməşmişdir.

I Qurultay Müsavatın ilk qurultayı 1917-ci il oktyabrın 26–31-də Bakıda, "İsmailiyyə" binasında keçirilib.

Qurultayda partiyanln ilk Mərkəzi Komitəsinə üzvlər seçilmişdir:

125 deputatlıq Zaqafqaziya Seymində Müsavat 30 deputatla təmsil olunub.

1918-ci il mayın 28-də Tiflisdə Müsavat Partiyası bir neçə azsaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan etdi. 44 nəfərlik Milli Şuranın sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə seçildi.

Partiyanın şöbələri nəinki Azərbaycanın bütün qəzalarında və hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukraynanın, Gürcüstanın və Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və Türkiyənin paytaxtı İstanbulda təşkil olundu.

II Qurultay thumb|300px|Müsavat Partiyasının II qurultayı|leftMüsavat Partiyasının II qurultayı 1919-cu ilin dekabrında keçirildi (qurultay dekabrın 2-dən 12-dək davam etmişdir). Respublikanın bütün bölgələrindən qurultayda 140 nümayəndə təmsil olunurdu. Qurultayı giriş sözü ilə Məhəmməd Əmin Rəsulzadə açıb və partiyanın Mərkəzi Komitəsinin fəaliyyəti haqqında məruzə ilə çıxış edib.

Qurultayın Siyasi Komissiyasına Məmməd Yusif Cəfərov, Musa bəy Rəfiyev, Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov və Məhəmməd Əmin Rəsulzadə seçilmişdir. Mandat Komissiyasına isə Cavad bəy Məlik-Yeqanov, Məhəmməd Əmin Rəsulzadə və Əbdülvahab Məmmədzadə seçilmişdir. Qurultayın birinci iclası gecə saat 10-a dək davam etmiş, ikinci gün isə qurultaya Şəfi bəy Rüstəmbəyli sədrlik etmişdir. İkinci gün qurultayın Rəyasət Heyəti aşağıdakı tərkibdə seçilmişdir:

thumb|257x257px|Müsavat Partiyasının II qurultayının seçdiyi Rəyasət Heyəti II qurultayda müvafiq qərarlar qəbul edilib:

Qafqaz konfederasiyası; Denikin təhlükəsi; Dağıstan məsələsi.

Qurultayda Partiya Proqramına baxılıb. 67 maddəlik Partiya Proqramı iki hissədən ibarət idi: Birinci hissə – Nəzəriyyə və uzaq məqsəd; İkinci hissə – Əməliyyə və yaxın məqsəd.

Proqramın birinci hissəsində göstərilirdi ki, əsas amalımız olan Azərbaycan İstiqlalını bütün namus və vicdanımızla qorumalıyıq.

Proqramın ikinci hissəsi Şəkli idarə; Həqqi-əhliyyət; İqtisad və maliyyə işləri; Torpaq məsələsi; İşçi məsələsi; Ədliyyə məsələsi; Ruhani idarəsi məsələsi; Maarif məsələsi. bölmələrindən ibarət idi:

İkinci qurultayda Məhəmməd Əmin Rəsulzadə yenidən Müsavat Partiyasının sədri seçilib.

Gizli Müsavat (1920–1926) XI Qızıl Ordu Azərbaycanı işğal edən kimi, "Müsavatın" daxilində parçalanma baş verdi, solçular qolu üstünlüyü əldə etdilər, keçmiş rəhbərlik ölkəni işğaldan qurtara bilmədiyinə görə şiddətli tənqid edildi. Yeni solçu "Müsavatın" təşəbbüs qrupuna Əbdül Vahab Məmmədzadə (Yurtsevər), Məmməd Sadıq Quluzadə, Rasim Qasımov, Seyid Zərgər və daha 21 nəfər daxil olduЗаключительное постановление по делу уполномоченных ЦК, БК, Военного центра и военной организации "Мусават" / Дело Дадаша Гасанова и других. Архивный номер 500518, т. 7, машинопись, оригинал, 1926 // Архив Службы Государственной Безопасности Азербайджанской республики..

29 aprel 1920 ildə Müsavat Partiyasının fövqəladə konqresi keçirildi. Orada Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi və işğalçıların ölkədən çıxarılması uğrunda mübarizəyə başlamaq qərarına gəlindiMəmmədzadə M. Milli Azərbaycan hərəkatı. Bakı, "Nicat", 1992, c. 148–149 s..

Birinci gizli təşkilat İşğala qarşı gizli müqavimətin təşkil edilməsi üzrə iş 1920–1922-ci illər ərzində aparıldı. Fəaliyyət iki istiqamət üzrə aparılırdı: Azərbaycanın dövlət müstəqilliyinin bərpasının təbliği və işğalçılara qarşı silahlı üsyanın təşkili.

1922-ci ildən başlayaraq, gizli təşkilat "İstiqlal" adlı qəzet yayımlamağa başlamışdır. Onun cəmi 18 nömrəsi işıq üçün görmüş, hər sayı 30–50 nüsxədən ibarət idi. Bundan başqa, gizli mətbəədə partiyanın proqramı və müxtəlif vərəqələr dərc edilib yayılırdı.

Təşkilatın strukturu isə belə olmuşdur: Mirzəbala Məmmədzadənin sədrlik etdiyi Mərkəzi Komitə (MK); Əbdül Vahab Məmmədzadənin sədrlik etdiyi Bakı Komitəsi (BK); Hərbi təşkilat; Bakı və qəzalarda fəaliyyət göstərən yerli təşkilatlar.

Bakıda üçlüklər tərəfindən idarə edilən dörd rayon təşkilatı olmuşdur. Bundan başqa Salyanda və Lənkəranda da yerli təşkilatlar fəaliyyət göstərirdilər.

Hərbi təşkilat Müsavatçılar silahlı üsyan yolu ilə işğala son qoymaq məqsədilə MK nəzdində hərbi təşkilat yaratmışdırlar. Ona 1923-cü ilə qədər Dadaş Həsənov (Həsənzadə) rəhbərlik etmişdirYurtsever E. Gizli "Müsavat" teşkilatının harakteristik vazıfaları // "Azerbaycan" jurnalı, № 2–3 (27–28), İstanbul, 1954, s. 18.. Bundan sonra təşkilatı Məmməd Sadıq Quluzadə, Əhməd Hacınski, İbrahim Axundzadə, Əli Hüseyn Dadaşev və İsfəndiyar Vəkilov idarə edirdilər. Hərbi təşkilat 1922-ci ildə SSRİ tərkibinə qatılmağın əleyhinə Azərbaycanı bürümüş üsyanları təşkil etmişdir. left|thumb|Dadaş Həsənov və başqalarının istintaq işi. Hərbi təşkilatın aşağıda göstərilən şöbələri olmuşdur:

Yeni üzvlərin cəlb edilməsi ilə məşğul olan təşkilat şöbəsi; Qızıl Ordu hissələri haqqında kəşfiyyat xarakterli məlumatların əldə edilməsi ilə məşğul olan operativ şöbə; Üsyançıları silah və sursatla təchiz edə biləcək təchizat şöbəsi; Azərbaycanın dövlət müstəqilliyin bərpası ideyalarını; işğalçılara qarşı silahlı üsyana qalxmağın və strateji obyektlərin ələ keçirilməsinin vacibliyini təbliğ edən təşviqat şöbəsi. Bu şöbənin fəalları həm də Qızıl ordunun əsgər və zabitlərinin öz tərəflərinə cəlb edilməsi işini həyata keçirirdilər.

Eyni zamanda BK nəzdində də hərbi təşkilat fəaliyyətdə idi. Ona Nurulla Qulubəyov (təşviqat işləri), İbrahim Axundzadə (təşkilat məsələləri), Nurulla Rzabəyov (təchizat), Mövsüm İbrahimov (rabitə), İbrahim Atakişiyev (hərbi qruplarla iş) başçılıq edirdilər. Təşkilatın fəaliyyətində həm də Mövsüm Bəydəmirov və Nəsrulla Rzabəyli də fəal iştirak edirdilər.

BK nəzdində olan hərbi təşkilatın rəhbərləri Bakını sektorlara bölmüşdürlər, onların hərəsində özəklər yaradılmışdır. Üsyan başlayan kimi bu özəklərin rəhbərləri milləti səfərbər etməli idilər.

O zaman Qızıl Ordu hissələrində aparılan təbliğat nəticəsində müsavatçılar öz tərəflərinə çoxlu zabit cəlb edə bilmişdirlər. 1923-cü ildə "Müsavatın" gizli hərbi təşkilatının özəkləri hərbi məktəbdə, Aviasiya məktəbində, Az. SSR Konvoy komandasında, Gəncədə yerləşən Azərbaycan diviziyasının 3-cü alayında olmuşdu.

Gizli hərbi təşkilat həm də öz adamlarının vasitəsilə Qəzəl orduya məxsus məxfi məlumatları da əldə edə bilirdi, onlar Dadaş Həsənova və Əhməd Hacınskiyə ötürürdü.

Müsavat partiyası Mərkəzi Komitəsi 1922-ci ildə Məhəmməd Əmin Rəsulzadənin xaricə qaçırılması haqqında qərar qəbul etdi. Bu məxfi əməliyyatı Müsavat Partiyası MK qərarı ilə 1922 ildə Dadaş Həsənov, Rəhim Vəkilov və tanınmış tatar maarifçisi Musa Bigiyev həyata keçirə bilmişdirlər.

Sonu Gizli "Müsavat" Gürcüstanın müstəqillik hərəkatı ilə əlaqə yaradaraq bolşeviklərə qarşı birgə silahlı üsyan planını hazırlamışdırМамулиа Г. К вопросу антибольшевистского восстания в Грузии 1924 г. и его последствий для грузинского вопроса в Европе // Журнал "Прометей".. 1921-ci ildə Mirzəbala Məmmədzadə üç dəfə Tiflisdə olmuş, Gürcüstanın gizli hərəkatının rəhbərlərindən biri olan Silvestr Cibladze ilə bu barədə razılığa gəlmişdir. Daha sonra Əlövsət Nəcəfov, Dadaş Həsənov və Əli Yusifzadə gürcülərlə əlaqədə olmuşdurlar. Ancaq son olaraq onlarla birlikdə üsyan qaldırmaq planlarını həyata keçirmək imkanı olmadı.

Azərbaycan Dövlət Siyasi İdarəsi (ADSİ) Azərbaycan və gürcü Sovetlər əleyhinə birliyin yaradılması cəhdlərini izləyərək müsavatçılara ağır zərbələr endirmişdir: Əbdül Vahab Məmmədzadə, Rəhim Vəkilov, Kərbəlayı Vəli Mikayılov və başqaları həbs edilmişdirlərАйдын Али-заде. "Мусават". Aзербайджанское подполье в борьбе за независимость страны // Журнал "Уроки истории". Международный Мемориал.. "İstiqlal" qəzetinin mətbəəsi aşkar edilmiş onun fəaliyyətinə son qoymuşdur. M. Məmmədzadə isə İrana mühacirətə qaçmışdır.

İkinci gizli təşkilat Şiddətli təqiblərə baxmayaraq, müsavatçılar dağıdılmış təşkilatın fəaliyyətini bərpa edə bilmişdirlər. Onlar 1923-cü ilin noyabrında Dadaş Həsənovun evində toplantılarını keçirdilər. Burada tərkibində D. Həsənonun, Ə. Hacınskinin, Əbülfəz Babayevin, Əbdül Əbdülzadənin, Əli Yusifzadənin olduğu MK-nın yeni heyəti seçildi. MK sədri Dadaş Həsənov (1897–1927), katibi isə Əhməd Hacınski təyin olmuşdurЗейналов Э. Мечты, мечты – где ваша сладость?.. . thumb|400x400px|Müsavat Partiyasının MK sədri Dadaş Həsənov (№ 4), katibi Əhməd Hacınski (№ 1) və başqaları ADSİ 2 №-li həbsxanasında.

1924 ilin ərzində gizli təşkilat əsasən repressiya olunmuş müsavatçıların ailələrinə yardım etmək üçün maddi vəsaitlərin tapılması ilə məşğul olmuşdur.

1925-ci ilin əvvəlindən başlayaraq gizli təşkilat öz işini fəallaşdırmışdır. O zaman Dadaş Həsənovun evində keçirilən toplantıda ikinci gizli "Müsavatın" yeni MK tərkibi təsdiqlənmişdir. Onun tərkibində D. Həsənov (sədr), Ə. Hacınski (katib), Ə. Babayev, M. H. Vəliyev (Baharlı) və R. Vəkilov olmuşdurlar.

Həmçinin, BK-nın da yeni tərkibi elan edilmişdir. Onun üzvləri Mir Əbdül Qəni Mir Qasımov, Qəzənfər Sultanov (Pedaqoji institutun tələbəsi), Süleyman İsrafilov (Tibb institutunun tələbəsi), Həbib Məmmədov (N. Nərimanov adına texnikum müəllimi) olmuşdurlar.

Həmin vaxt müsavatçıların qəzalarda da işləri fəallaşmışdır. "Müsavatın" Qarabağ təşkilatı güclənmiş və 1925-ci ilin yayında Şuşada onun toplantısı keçirilmişdirQuliyev V. Mənim babam kim olub? Bakı: Şuşa nəşriyyatı, 2001, s. 148.. Orada Dadaş Həsənov da iştirak etmişdir.