I Səlim və ya Yavuz Sultan Səlim (Osmanlı türkcəsi: سلطان سليم اول Sultan Selīm-i Evvel) (10 oktyabr 1470 – 22 sentyabr 1520) — 9-cu Osmanlı sultanı və 88-ci islam xəlifəsidir. Eyni zamanda ilk türk-islam xəlifəsi və xadim ül-hərameyn üş-şərifeyn (Məkkə və Mədinənin xidmətçisi) tituluna malikdir.
Atası II Bəyazid, anası Gülbahar Xatundur.Yavuz Bahadıroğlu, Resimli Osmanlı Tarihi, Nesil Yayınları, 15. Baskı, sayfa 157, 2009, ISBN 978-975-269-299-2. Taxta oturanda 2.375.000 km2 olan Osmanlı torpaqlarını səkkiz il kimi qısa bir müddətdə 2,5 qat böyütmüş və ölümündə imperiyanın torpaqlarını 6.557.000 km2'ə çatdırmışdır. Padşahlığı dövründə Anadoluda birlik təmin edilmiş; xəlifəlik Misir Məmlüklərinə bağlı Abbasilərdən Osmanlı xanədanına keçmişdir. Bundan başqa dövrün ən əhəmiyyətli iki ticarət yolu olan İpək və Ədviyyat Yolunu ələ keçirən Osmanlı, bu sayədə şərq ticarət yollarını tamamilə nəzarəti altına almışdır.
Səlim taxta atası II Bəyazidə qarşı çevriliş edərək çıxmışdır. Şahzadə Səlim, taxta çıxmadan əvvəl hakim olaraq Trabzonda hökm sürürdü. Yavuz Sultan Səlimə qızını vermiş olan Krım Xanı Məngli Gəray, ona hərbi dəstək təmin edərək taxta keçməsinə kömək etmişdir. 1512-ci ildə taxta çıxan Sultan Səlim, 1520-ci ilin sentyabr ayında şarbon xəstəliyinə bağlı olaraq Aslan Pəncəsi (Şirpəncə) deyilən bir çiban səbəbilə 49 yaşında ikən vəfat etdi və yerinə oğlu I Süleyman keçdi. Yavuz Sultan Səlimin türbəsi İstanbulun Fateh səmtindədir. Eyni zamanda türbəsinin yanında Tənzimat Dövrü padşahlarından Əbdülməcidin də türbəsi var.
Sərt xarakteri səbəbilə Yavuz və şahzadəliyindən bəri Səlim Şah olaraq anılan Sultan Səlim 10 sentyabr 1470 tarixində atası Şahzadə Bəyazidin sancaqbəyliyi vəzifəsi səbəbiylə Amasyada dünyaya gəldi. Atası II Bəyazid, anası isə Gülbahar Xatundur. Osmanlı adətlərinə görə Şahzadə Səlim də 11 yaşında Trabzona hakim olaraq təyin edildi.
Trabzon hakimliyi dönəmi Trabzonda qardaşı Şahzadə Abdullahdan sonra, Trabzon sancaqbəyi olan ikinci və son şahzadə Yavuz Sultan Səlimdir. Fateh Sultan Mehmedin vəfatı ilə II Bəyazid (1481–1512), Osmanlı dövləti taxtına padşah olaraq cülus etdiyi zaman, oğlu Şahzadə Səlimi 1481-ci ildə Trabzon sancaqbəyi olaraq təyin etmişdi. Şahzadə Səlim, gəmi ilə Kəfəyə oğlu Süleymanın yanına gedişinə qədər, 1481–1510 illəri arasında təxminən olaraq 29 il Trabzonda valilik etmişdir.Yard. Doç. Dr. Remzi KILIÇ, Trabzon Valisi Şehzade Selim ve Faaliyetleri, Niğde Üniversitesi Eğitim Fakültesi Yeniçağ Tarihi Ana Bilim Dalı Öğretim Üyesi
Hakimliyi əsnasında dövlət işləri ilə yanaşı elmlə də məşğul olmuş və alim Mövlana Əbdülhəlim Əfəndidən dərslər almışdır. Daha o zamanlarda Şahzadə Səlim, dövlətin bel sümüyü olan türkmənlərin dövlətdən hiss etdiyi narazılığını və Səfəvi dövlətinə yönəlmələrini hiss etmişdi.Nihat Çetinkaya, Kızılbaş Türkler s.464,472. ISBN 979-975-6199-06-9 Türkmənləri dövlətə bağlamaq üçün Şahzadə Səlim, İstanbul rəhbərliyindən icazə almadan gürcülər üzərinə səfər etmiş və bu səfərlərin ən əhəmiyyətlisi olan Kutaisi səfərində Qars, Ərzurum, Artvin bölgələri ilə bir çox yeri fəth edərək Osmanlı torpaqlarına qatmışdır (1508).Tektaş, Nazım (2007). "Yavuz Sultan Selim" (Türkçe). Çadırdan Saraya, Saraydan Sürgüne Osmanlı. Yeni Şafak Gazetesi. s. 164. ISBN 975-7645-70-2. Hətta dövlət qanunlarına görə əldə edilən qənimətin beşdə birini beyt-ül mala verilməli ikən, onu da mücahid türkmənlərə təslim etmişdir.Celalzade Mustafa, Selimname sf:446 ISBN 975-17-0645-9 left|273x273px|Yavuz Sultan Səlimin atası və 8. Osmanlı padşahı II. Bəyazid|thumb
II Bəyazidin son illəri və şahzadələr məsələsi II Bəyazidin 8 oğlu var idi; oğulları yaş sırası ilə Abdullah, Şahənşah, Aləmşah, Əhməd, Qorqud, Səlim, Mehmed və Mahmuddur. Əhməd, Qorqud və Səlim xaricindəkilər atasının sağlığında ölmüşdülər. Səlim Trabzon, Qorqud Saruhan, Əhməd Amasya bölgəsində hakim idi. Səlimin oğlu Süleyman Kəfə; Əhmədin oğlu Bolu sancaqbəyi idi. Karaman hakimi Şahzadə Şahənşahın ölümü üzərinə, Beyşehirdə olan oğlu Mehmed Konyaya təyin edildi; Şahzadə Aləmşahın oğlu Osman isə Çanqırı sancaqbəyi idi. Şahzadə Mahmudun oğlu Orxan atasının Manisaya keçməsi ilə Kastamonu bəyliyinə təyin edildi, Mahmudun digər oğlu Musa isə Sinop bəyi olmuşdu. Şahzadə Mahmudun ən kiçik oğlu Əmirxan isə, çox kiçik olduğundan hələ təyin edilməmişdi.Ord. Prof. İsmail Hakkı Uzunçarşılı. Büyük Osmanlı Tarihi, Cilt II. Türk Tarih Kurumu Yayınları, 7. baskı. s.233–248. ISBN 975-6945-11-7 ISBN 975-6945-13-3
Şahzadə Səlim, Trabzon hakimliyi əsnasında türkmənlərin və hərbi müvəffəqiyyətləri münasibətiylə də yeniçərilərin dəstəyini arxasına almışdı. Ancaq Osmanlı bürokratiyası, Şahzadə Əhmədin taxta çıxmasını dəstəkləməkdə idi. Manisa sancağındaki Şahzadə Qorqudun oğlan uşağı olmadığından taxta çıxma şansı az olaraq görülməkdə idi. Konyadakı Şahzadə Şahənşah isə 2 iyul 1511-ci ildə atasından 6 ay əvvəl vəfat etdiyindən taxt mübarizəsinə daxil ola bilməmişdi.Halil İbrahim İnal, Osmanlı Tarihi Nokta Yayıncılık s.176,179 ISBN 9944-174-37-4
Fateh Qanunnaməsinə görə hökmdar olan şahzadə digər qardaşlarını öldürməli idi; bunun üçün qardaşları Qorqud və Əhmədin hərəkətlərini yaxından təqib edirdi. Səlim səltənəti ələ keçirmək üçün qardaşları kimi hazırlıq etmiş, öz əsgərlərinə əlavə olaraq Krım xanı qüvvələrindən də istifadə etmişdir. Rumeliyə keçdikdə yanında Krım xanının oğlu və kürəkəni Səadət Gərayın əmrində 350-yə qədər əsgəri də var idi. Bundan başqa tərəfdarları sayəsində Yeniçəri Ocağının dəstəyini də əldə etmişdi.
Şahzadə Səlimin oğlu Süleyman əvvəlcə Şərqi Qarahisara təyin edilmiş, ancaq Şahzadə Əhmədin ona yaxınlığı səbəbiylə etiraz etdiyindən Boluya nəql edilmişdir. Şahzadə Əhməd bu səfər də özü ilə İstanbul arasında rəqibi Səlimin oğlunun olmasını istəmədiyindən buna da etiraz etmiş və bu etirazı da qəbul edilmişdir. Bu dəfə də Şahzadə Səlim, oğlu Süleymanın öz yaxınlığında olmasını təkidlə tələb etmiş, Şərqi Qarahisar yaxud Kəfə sancaqlarından birinin verilməsini istəmişdir. Bütün bunların nəticəsində Süleyman Kəfə sancağına təyin edilmişdi.
Özü İstanbula uzaq olduğundan tez və müntəzəm xəbər ala bilmirdi. Bu səbəblə dövlət mərkəzinə yaxın bir yerə nəql edilmək istəyirdi. Bu məqsədəuyğun olaraq Rumelidə bir sancaq istədi və dərhal Krımdan Dunaya doğru getdi; ona Trabzona əlavə olaraq Kəfə verildi isə də bunu qəbul etmədi. Şahzadə Səlimə nəsihət verməsi məqsədiylə alimlər yollansa da Səlim bunları geri çevirdi; Anadoluda haranı istəsən verək təklifi gəlsə də istədiyi kimi bir cavab ala bilmədikdə dərhal Krım xanından aldığı qüvvətlə Silistrə yolu ilə Rumeliyə (Balkanlara) gəldi. Alimlər təkrar yollansa da, Səlim buna da qəti olaraq rədd cavabı vermişdir. Bundan başqa Şahzadə Səlimin bu hərəkətindən əvvəl, Şahzadə Qorqud da atasından icazə almadan Antalyadan qalxıb Manisaya getmişdi. Bu hərəkətləri doğru hesab etməyən Şahzadə Əhməd; atası II Bəyaziddən Qorqud və Səlimi öldürtmək üçün icazə istəmiş isə də II Bəyazid bunu qəbul etməmişdir. 249x249px|thumb Şahzadə Səlimin Rumeliyə keçidi İstanbulda eşidiləndə, Səlim üzərinə əsgər sövq edilməsi gündəmə gəlmişdi. Bunu xəbər alan Səlim üsyankar olmadığını, atasına hörmətlərini ifadə etmək üçün gəldiyini bəyan etmiş və ona nəsihət üçün atası tərəfindən yollanan elçiyə etibar etmiş, bunun üzərinə İstanbula dönən elçi şahzadənin atasının əlini öpmək üçün gəldiyini söyləmişdir. Səlim əleyhdarları bu oyunu qəbul etməyərək Səlimin üzərinə Rumeli Bəylərbəyi Həsən Paşanı göndərmişlər, ancaq Həsən Paşa döyüşmədən Ədirnəyə geri qayıtmışdır. Bunun üzərinə padşah II Bəyazid şəxsən Səlimə qarşı hərəkətə keçmişdir.
II Bəyazid yaşlı olduğundan arabayla hərəkət etmiş və Çuxurçayırda Səlimin ordugahının qarşısına gəlmişdi. Səlim qarşı tərəfdən hücum olmadıqca, qəti olaraq hücum etməyəciyini söyləmişdi. II Bəyazidə minmiş olduğu arabanın pəncərəsindən oğlunun qüvvələri göstərildikdə II Bəyazid duygulanmış, Rumeli axınçı və sancaqbəylərinin də təsiriylə, döyüşdən geri çəkilərək tərəflər arasında bir razılaşma olmuşdur. Razılaşmaya görə II Bəyazid şahzadələri arasında heç kimi vəliəhd elan etməməsi barədə bir əhidnamə yazdırdı. Bundan başqa Səlimə Rumeli'dən istədiyi Səməndirə Sancağı verilmiş, bununla birlikdə bu sancağa Alacahisar və İzvorvik sancaqları da əlavə edilmişdir. Bu hadisələr üzərinə Şahzadə Əhməd atasına yazdığı məktubda; Səlimin əsgəriylə padşah atasının üzərinə getdiyini, buna baxmayaraq 3 sancaq və buna əlavə olaraq 500.000 axça verilməsini tənqid etmiş; yalnız 3 sancaq olsa da bunun Rumelinin tamamilə verilməsi demək olduğunu, padşah olmasına yalnız bir xütbə və bir də sikkə qaldığını; halbuki özünün atasını əsla incitmədiyini də ifadə etmişdir. Bundan başqa atası sağ olduqca səltənətdə qəti olaraq gözü olmadığını ancaq üsyankar qardaşı üzərinə getməsinə icazə verilməsini istəmişdir. Beləcə, vəliəhd təyini işini də önləyən Səlim, əmrindəki əsgərlərlə Səməndirəyə getməyib, Köhnə Zağra və Filibe tərəflərində qalmış və Səməndirəyə bir vəkil göndərmişdir.
Taxta çıxışı
Atası ilə mübarizəsi Şahzadə Səlim, Səməndirə yolunda olarkən, mərkəzdən sancağa getməsi əmr edildi ancaq Səlim Şahqulu məsələsinin nəticələnməsini gözlədiyini ifadə edirdi. Nəticədə Şahqulu ilə döyüşülmüş, bu döyüşdə Sədrəzəm Hadım Əli Paşa həyatını itirmişdi. Şahzadə Əhməd isə üsyankarları təqib etmək yerinə Amasyaya dönmüş, əsgərlərin Əhmədə olan dəstəyi azalmışdı. Hadım Əli Paşanın vəfat etdiyini öyrənən II Bəyazid, yenə eyni zamanlarda Karaman valisi oğlu Şahzadə Şahənşahın ölüm xəbərini də aldıqda; səltənətdən qəti sürətdə çəkilməyə qərar verdi. Dövlət qabaqcıl adamlarını dəvət edib görüşdü və əksəriyyət Şahzadə Əhmədin hökmdar olmasını dəstəklədi. Hadım Əli Paşanın yerinə sədrəzəm olan Herseqli Əhməd Paşa, bu qərara qatılmadı; padşahın çəkilməməsi, Şahzadə Səlimin Səməndirədə qalması, Şahzadə Əhmədin isə Karaman əyalətinə nəql edilməsi lazım olduğunu müdafiə etsə də başda padşah olmaq üzrə əksəriyyət Şahzadə Əhmədin hökmdar olmasını istədiyindən ona xəbər göndərdi. Qərar verildikdən sonra II Bəyazid, Rumeli bəylərini çağıraraq onlardan Şahzadə Əhmədə etiraz etməyəcəklərinə dair söz aldı. Rumeli bəyləri kimi Səlimi dəstəkləyən yeniçərilər isə Şahzadə Əhmədin hökmdarlığını önləmək üçün "Sənin sağlığında biz başqasını padşah istəmirik" deyə təminat vermişdi. Filibe'də olan Şahzadə Səlim isə bütün bunları adamları vasitəsiylə öyrənirdi.thumb|I. Səlimin cülus mərasimi təsvir edən Osmanlı miniatürü|317x317pxBəyazidin verdiyi əhdnaməyə əməl etmədiyini anlayan Şahzadə Səlim, 40.000 nəfərlik qüvvətlə, Çorluda atasının qüvvələrinin olduğu düzənliyə girdi. 1511-ci ilin avqust ayında tarixində baş verən döyüş sonunda Səlimin qüvvələri məğlub oldu. Şahzadə təqib edənlərin əlindən zorla xilas olaraq Qara dəniz sahilinə gəldi və ona qatılanlarla İynə Adadan gəmiylə Kəfəyə getdi. Səlimin bu məğlubiyyəti üzərinə, Şahzadə Əhmədə dərhal İstanbula gəlməsi yazıldı.Hammer,Osmanlı Tarihi Cilt II sf:380Yılmaz Öztuna, Yavuz Sultan Selim sf:39 ISBN 975-00981-1-0
Sədrəzəm Herseqli Əhməd Paşa, daha əvvəl verilən əhdnaməyə sadiq qalmaq və Şahzadə Əhmədin paytaxta çağırılmaması haqqında padşaha təkidlər etsə də bu bir nəticə vermədi. Şahzadə Əhməd İstanbula gəldiyi günün sabahı padşah elan edildi.
Yeniçəri ayaqlanması və Sultan Səlimin cülusu