Boris Nikolayeviç Svetlov (; 1880, Orenburq, Rusiya İmperiyası) — Rusiya və SSRİ oyun və sənədli kino rejissoru, ssenarist, kino və teatr aktyoru.
Həyatı Boris Svetlov 1880-ci ildə Orenburqda anadan olub. Lazarev Şərq Dilləri İnstitutunda təhsil alıb. 1910-1912-ci illərdə müxtəlif teatrlarda aktyorluq edib. 1912-ci ildən müxtəlif kinostudiyalarda filmlər çəkib. 1915-ci ildə Filma səhmdar cəmiyyətinin dəvəti ilə Azərbaycana gəlib və 1918-ci ilə qədər bir neçə filmin rejissoru olub. 1916-1917-ci ilərdə Svetlov 30-a yaxın filmə quruluş verib. 1920-ci ildən teatra qayıdıb, orada rejissorluq edib. 1921-ci ildə Petroqradda Kinotexnikum təşkil edib. Boris Svetlov 1930-cu ildən "Myuzik-Holl"un quruluşlarına rəhbərlik edib.
Filmoqrafiya Arşın mal alan (film, 1917) (tammetrajlı bədii film) — rejissor Arvad (film, 1916) (tammetrajlı bədii film) — rejissor Arvadlar ərlərini mənsəbə necə çatdırırlar (film, 1916) (tammetrajlı bədii film) — rejissor, aktyor Ayaqyalın məhəbbət (film, 1916) (qısametrajlı bədii film) — rejissor Bir alçalmanın tarixi (film, 1919) (tammetrajlı bədii film) — rejissor Knyaz Dəmir Bulat (film, 1916) (tammetrajlı bədii film) — rejissor Neft və milyonlar səltənətində (film, 1916) (tammetrajlı bədii film) — rejissor Ölümünə bir saat qalmış (film, 1916) (tammetrajlı bədii film) — rejissor Yeni tərzdə köhnə əhvalat (film, 1916) (qısametrajlı bədii film) — rejissor
Mənbə Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 12-15. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812. Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu - 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.
Xarici keçidlər
Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:Rusiya aktyorları Kateqoriya:Azərbaycan kinorejissorları