Yeva Nikitiçna Olenskaya (1900, Quba, Bakı quberniyası, Rusiya imperiyası – 19 may 1959, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan teatrının ilk aktrisalarından biri, Əmək Qəhrəmanı, Azərbaycan SSR xalq artisti.
Həyatı Yevgeniya Nikitiçna Olenskaya 1900-cü ildə Qubada anadan olub. Əslən rus olsa da uşaqlıqdan Azərbaycan dilini öyrənib və sonrakı dövrlərdə Yeva və ya Yeva xanım adı ilə tanınıb. 1907-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.
Böyük bacısı Aleksandra Olenskaya Azərbaycan fəaliyyət göstərən müxtəlif teatr truppalarında çıxış edirdi. İlk dəfə 1913-cü il oktyabrın 25-də 13 yaşında bacısı ilə birlikdə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının premyerasında Asya rolunu ifa edib. 1913-cü ildə Nicat Cəmiyyətinin teatr truppasına daxil olub. Daha sonra bacısı ilə birlikdə Səfa Cəmiyyətinin teatr truppasında fəaliyyət göstərib.
1917-ci ildə Boris Svetlov və Q.Lemberq tərəfindən ekranlaşdırılmış "Arşın mal alan" filmində bacısı Aleksandra ilə birlikdə rol alıb və burada Telli obrazını canlandırıb.
1918-1919-cu illərdə Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi fəaliyyət göstərib. 1919-cu ildə Azərbaycan Cümhuriyyəti tərəfindən yaradılmış Türk Dövlət Teatrının aktrisalar heyətində olub.
1923-1926-cı illərdə Bakı Teatral Texnikumunda təhsil alıb. 1922-ci ilin axırlarından 1925-ci ilin əvvəllərinədək Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında daha sonra isə 1925-ci ildən ömrünün sonuna qədər, 34 il Azərbaycan Dram Teatrında fəaliyyət göstərib. Burada həm milli dramaturgiya nümunələrində, həm də tərcümə əsərlərinin tamaşalarında dramatik, faciə, komik və xarakterik rollar yaradıb.
1927-ci ildə Əmək Qəhrəmanı, 1949-cu ildə isə Azərbaycan SSR xalq artisti adlarını alıb.
Yeva Olenskaya 19 may 1959-cu ildə Bakıda vəfat edib.
İfa etdiyi rollar
Azərbaycan dramaturgiyası
Xarici dramaturgiya
Filmoqrafiya Arşın mal alan (film, 1917) — rol: Telli
Ailəsi Böyük bacısı Aleksandra (Şura) Olenskaya da aktrisa olub. Bacısının həyat yoldaşı Heydər Vəzirov Azərbaycan SSR xalq torpaq komissarı olub. 1937-ci ildə həyat yoldaşı və iki oğlu ilə birlikdə repressiyaya məruz qalıb.
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:Qubada doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Səssiz film aktrisaları Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:Əmək qəhrəmanları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Rusəsilli azərbaycanlılar Kateqoriya:Azərbaycan teatr aktrisaları Kateqoriya:Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı şəxsləri